Математика - Sputnik Azərbaycan, 1920
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Azərbaycanlılar Bakı ilə İrəvan arasında sülh prosesini dəstəkləyirlərmi?

Abunə olmaq
Azərbaycanlıların İrəvanla münasibətlərin normallaşması prosesinə münasibətləri haqqında daha ətraflı Sputnik Azərbaycan-ın infoqrafikasında.
Azərbaycan vətəndaşlarının əksəriyyəti Bakı ilə İrəvan arasında sülh müqaviləsinin bağlanmasını dəstəkləyirlər.
Bu barədə Azərbaycan Respublikası Sosial Tədqiqatlar Mərkəzinin (STM) keçirdiyi sorğusunda bildirilib.
Belə ki, respublika vətəndaşlarının 78,2%-i Ermənistanla sülh prosesini dəstəklədiyini bildiriblər.
Sorğu fevral ayında Azərbaycanın 12 iqtisadi rayonunda telefon müsahibəsi vasitəsilə aparılıb və 18 yaşdan yuxarı olan 390 respondent bu sorğuda iştirak edib.
STM-nin məlumatlarına əsasən, ötən ilin noyabrında sülh müqaviləsinin bağlanmasını respondentlərin 78,5%-i, 2023-cü ilin sentyabr və may aylarında isə müvafiq olaraq 76,4 və 77,3%-i dəstəkləyib.
Daha ətraflı məlumat əldə etmək üçün Sputnik Azərbaycan-ın infoqrafikasını izləyə bilərsiniz.
Xəbər lenti
0