Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

XİN başçısı: Ermənistan sürətlə silahlanır, aqressiv ritorikasını davam etdirir

© Photo : MFA AzerbaijanAzərbaycan XİN başçısının Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidov ilə görüşü
Azərbaycan XİN başçısının Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidov ilə görüşü - Sputnik Azərbaycan, 1920, 01.03.2024
Abunə olmaq
Ceyhun Bayramov Ermənistan tərəfindən son dövrlərdə daha intensiv xarakter alan siyasi və hərbi təxribatların, bu ölkənin sürətlə silahlanaraq aqressiv ritorikasını davam etdirməsinin sülh prosesinə təhdid törətdiyi bildirilib.
BAKI, 1 mart — Sputnik. Ermənistanın sürətlə silahlanaraq aqressiv ritorikasını davam etdirməsi sülh prosesinə təhdid törədir.
Bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində özbəkistanlı həmkarı Baxtiyor Saidov ilə görüşdə deyib.
Nazir postmünaqişə dövründə bölgədə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlar, regional sülh və sabitliyi təhdid edən çağırışlar barədə həmkarını ətraflı məlumatlandırıb.

Xəbər lenti
0