CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 1 mart – FOTO

© Sputnik / Elnur Salayev1 mart
1 mart - Sputnik Azərbaycan, 1920, 01.03.2024
Abunə olmaq
Bu gün dünyada və ölkədə müxtəlif illərdə hansı hadisələr baş verib - bu barədə Sputnik Azərbaycan icmalında oxuyun.
BAKI, 1 mart — Sputnik. Martın 1-də bir çox dünya şöhrətli aktyorlar, elm adamları, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəliblər. Bu gün də tarixə düşən hadisələr bəzi hadisələr baş verib.
Martın 1-də kimlər dünyaya gəlib?
Vasif Dadaşov (1939-2017) - Sovet və Azərbaycan mühəndis-energetiki, "Araz" su elektrik stansiyasının (SES) baş mühəndisi və direktoru (1971-1976), MDB-nin əməkdar energetikidir. O, Azərbaycanın milli enerji sisteminin qabaqcıllarından biridir.
© Photo : Puvlic domainVasif Dadaşov
Vasif Dadaşov - Sputnik Azərbaycan, 1920, 29.02.2024
Vasif Dadaşov
Timur Vaynşteyn (1974) - rusiyalı prodüser, rejissor, ssenarist, NTV kanalının (2015-ci ildən) və "Premyer" şirkətinin (2020-ci ildən) baş prodüseridir. O, Bakıda anadan olub və "Parni iz Baku" (Bakılı Oğlanlar) Şən və Hazırcavablar Klubu (KVN) komandasının bədii rəhbəridir.
© Sputnik / Vladimir Trefilov / Mediabanka keçidTimur Vaynşteyn
Генеральный продюсер телеканала НТВ Тимур Вайнштейн - Sputnik Azərbaycan, 1920, 29.02.2024
Timur Vaynşteyn
Frederik Şopen (1810-1849) - polyak bəstəkar və virtuoz pianoçudur. Onun yaradıcılığı Avropa musiqi mədəniyyətinin inkişafına mühüm təsir göstərib. Şopen romantizm əsasında prelüd, etüd, ekspromt kimi musiqi formalarını canlandırıb. Bəstəkar iki fortepiano konserti, üç sonata, dörd ballada, altmış mazurka, on altı polonez, on yeddi vals, iyirmi yeddi etüd yazıb.
© AFP 2023Frederik Şopen şəkli
Frederik Şopen şəkli - Sputnik Azərbaycan, 1920, 29.02.2024
Frederik Şopen şəkli
Ced Allan (1935-2019) - amerikalı teatr və kino aktyorudur. "Santa Barbara" teleserialında Kepvellər ailəsinin patriarxı SiSi rolu ona ən böyük populyarlıq gətirib. Aktyorun uğurları arasında "Lessi", "Həyatımızın günləri" və "Beverli-Hills, 90210" seriallarındakı rollar da var.
İrina Kupçenko (1948) - Sovet və Rusiya teatr və kino aktrisası, RF xalq artistidir. Y.Vaxtanqov adına Dövlət Akademik Teatrının aparıcı artistidir. "Aşiqlər haqqında roman", "Başqa insanların məktubları", "Qəribə qadın", "Adi bir möcüzə" və s. filmlərdə rol alıb.
© Sputnik / Светлана Шевченко / Mediabanka keçidİrina Kupçenko
İrina Kupçenko - Sputnik Azərbaycan, 1920, 29.02.2024
İrina Kupçenko
Tomas Anders (1963) - alman pop müğənnisi, aktyor, bəstəkar və "Modern Talking" qrupunun keçmiş solistidir. Onun diskoqrafiyasında 18 studiya albomu var, bunlardan üçü Florian Zilberayzen ilə duet şəklində yazılıb. Müğənninin karyerası boyu 26 musiqi klipi çəkilib.
© AFP 2023 / TOBIAS SCHWARZTomas Anders
Томас Андерс - Sputnik Azərbaycan, 1920, 29.02.2024
Tomas Anders
Anna Semenoviç (1980) - rusiyalı fiqurlu konkisürən, aktrisa, müğənni və "Blestyaşiye" pop qrupun keçmiş solistidir. O, dəfələrlə beynəlxalq yarışlarda mükafatlar qazanıb. Ağır menisk zədəsi və sonrakı əməliyyat onu fiqurlu konkisürməni tərk edib musiqi ilə məşğul olmağa məcbur edib.
© Sputnik / Евгений Одиноков / Mediabanka keçidAnna Semenoviç
Anna Semenoviç - Sputnik Azərbaycan, 1920, 29.02.2024
Anna Semenoviç
Nastasya Samburskaya (1987) - rusiyalı teatr və kino aktrisası, müğənni, televiziya aparıcısıdır. Onun ən böyük populyarlığı "Univer. Yeni Yataqxana" və "Univer. 10 il sonra" seriallarındakı Kristina Sokolovskaya roluna görə olub.
© Sputnik / Екатерина ЧесноковаNastasya Samburskaya
Nastasya Samburskaya - Sputnik Azərbaycan, 1920, 29.02.2024
Nastasya Samburskaya
Castin Biber (1994) - kanadalı pop-R&B müğənnisi, musiqiçi və aktyordur. 2016-cı ildə "Qremmi" mükafatının 58-ci illik təqdimat mərasimində "Ən yaxşı rəqs yazısı" kateqoriyasında mükafat qazanıb.
© STUART FRANKLIN / Getty Images via AFPCastin Biber
Канадский певец Джастин Бибер, фото из архива - Sputnik Azərbaycan, 1920, 29.02.2024
Castin Biber
Martın 1-də dünyada baş verən tarixi hadisələr
1565-ci ildə Braziliyada Portuqaliyanın Rio-de-Janeyro koloniyası qurulub.
© AFP 2023 / SILVIO AVILARio-de-Janeyroda İsa Məsihin heykəli
Статуя Иисуса Христа в Рио-де-Жанейро - Sputnik Azərbaycan, 1920, 29.02.2024
Rio-de-Janeyroda İsa Məsihin heykəli
1780-ci ildə Pensilvaniya köləliyi qadağan edən ilk ABŞ ştatı olub.
1845-ci ildə ABŞ Prezidenti Con Tayler Texas ştatının ABŞ yurisdiksiyasına daxil edilməsi haqqında fərman imzalayıb. Texas uzun illərdir ki, ABŞ və Meksika arasında mübahisə obyektidir və təxminən 12 ildir ki, ABŞ, Belçika, Hollandiya və İngiltərə onu müstəqil dövlət kimi tanıyıb.
1873-cü ildə "Reminqton" şirkəti ilk çap maşını istehsalına başlayıb.
1920-ci ildə Azərbaycanın ilk milli xəbər agentliyi olan AZƏRTAC fəaliyyətə başlayıb.
AZƏRTAC-ın yeni binası - Sputnik Azərbaycan, 1920, 29.02.2024
AZƏRTAC-ın yeni binası
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0