https://sputnik.az/20240301/rubinyan-ermenistan-ve-azerbaycan-esas-prinsipler-uzre-raziliga-gele-bilibler-462974759.html
Rubinyan: Ermənistan və Azərbaycan əsas prinsiplər üzrə razılığa gələ biliblər
Rubinyan: Ermənistan və Azərbaycan əsas prinsiplər üzrə razılığa gələ biliblər
Sputnik Azərbaycan
Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması prosesindən danışan Rubinyan ümid etdiyini bildirib ki, tərəflər lazımi nəticələrə nail ola biləcəklər. 01.03.2024, Sputnik Azərbaycan
2024-03-01T20:21+0400
2024-03-01T20:21+0400
2024-03-01T20:21+0400
ermənistan
siyasət
azərbaycan
azərbaycan
prinsip
razılıq
razılıq
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/01/460997033_0:142:3138:1907_1920x0_80_0_0_94e742b2771e5b1b6c7614525812b358.jpg
BAKI, 1 mart — Sputnik. Ermənistan və Azərbaycan sülh sazişinin əsas prinsipləri üzrə razılığa gələ biliblər. Bunu Ermənistan parlamentinin sədr müavini, Türkiyə ilə münasibətlərin normallaşması üzrə xüsusi nümayəndə Ruben Rubinyan Antalya vilayətində III Diplomatiya Forumu çərçivəsində "Cənubi Qafqazda sülh, inkişaf və kommunikasiya" mövzusunda keçirilən paneldə çıxışı zamanı deyib. Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması prosesindən danışan Rubinyan ümid etdiyini bildirib ki, tərəflər lazımi nəticələrə nail ola biləcəklər. O xatırladıb ki, Ermənistan və Azərbaycan sülhün əsas prinsipləri üzrə artıq razılığa gəliblər - bu, Alma-Ata Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünün tanınması, suverenlik prinsipi əsasında regional kommunikasiyaların açılmasıdır: "Əgər biz iki ölkə başçılarının artıq razılaşdırdıqları prinsipləri sazişə daxil edə bilsək, o zaman sülhə tez nail ola bilərik". Xüsusi nümayəndə Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşmasından danışaraq qeyd edib ki, belə həssas məqamda ən vacib məsələ razılaşmaların həyata keçirilməsidir. Rubinyanın sözlərinə görə, gələcəkdə Ermənistanla Türkiyə arasında razılaşmalar əldə olunarsa, onların həyata keçirilməsi zəruridir. O qeyd edib ki, xalqların bir-birinə inam səviyyəsinin aşağı olmasına baxmayaraq, tərəflər münasibətləri normallaşdırmağa çalışır: "Biz bu prosesi davam etdiririk və ümid edirəm ki, Sərdar Kılıçla mən birlikdə qarşıya qoyduğumuz məqsədə - Ermənistanla Türkiyə arasında münasibətlərin tamamilə normallaşmasına və diplomatik münasibətlərin qurulmasına nail olacağıq".
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/01/460997033_204:0:2935:2048_1920x0_80_0_0_be609c0465c13dbe4f3d136ef680e3c2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ermənistan, azərbaycan, azərbaycan, prinsip, razılıq, razılıq
ermənistan, azərbaycan, azərbaycan, prinsip, razılıq, razılıq
Rubinyan: Ermənistan və Azərbaycan əsas prinsiplər üzrə razılığa gələ biliblər
Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması prosesindən danışan Rubinyan ümid etdiyini bildirib ki, tərəflər lazımi nəticələrə nail ola biləcəklər.
BAKI, 1 mart — Sputnik. Ermənistan və Azərbaycan sülh sazişinin əsas prinsipləri üzrə razılığa gələ biliblər.
Bunu Ermənistan parlamentinin sədr müavini, Türkiyə ilə münasibətlərin normallaşması üzrə xüsusi nümayəndə Ruben Rubinyan Antalya vilayətində III Diplomatiya Forumu çərçivəsində "Cənubi Qafqazda sülh, inkişaf və kommunikasiya" mövzusunda keçirilən paneldə çıxışı zamanı deyib.
Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması prosesindən danışan Rubinyan ümid etdiyini bildirib ki, tərəflər lazımi nəticələrə nail ola biləcəklər.
O xatırladıb ki, Ermənistan və Azərbaycan sülhün əsas prinsipləri üzrə artıq razılığa gəliblər - bu, Alma-Ata Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünün tanınması, suverenlik prinsipi əsasında regional kommunikasiyaların açılmasıdır: "Əgər biz iki ölkə başçılarının artıq razılaşdırdıqları prinsipləri sazişə daxil edə bilsək, o zaman sülhə tez nail ola bilərik".
Xüsusi nümayəndə Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşmasından danışaraq qeyd edib ki, belə həssas məqamda ən vacib məsələ razılaşmaların həyata keçirilməsidir.
Rubinyanın sözlərinə görə, gələcəkdə Ermənistanla Türkiyə arasında razılaşmalar əldə olunarsa, onların həyata keçirilməsi zəruridir.
O qeyd edib ki, xalqların bir-birinə inam səviyyəsinin aşağı olmasına baxmayaraq, tərəflər münasibətləri normallaşdırmağa çalışır: "Biz bu prosesi davam etdiririk və ümid edirəm ki, Sərdar Kılıçla mən birlikdə qarşıya qoyduğumuz məqsədə - Ermənistanla Türkiyə arasında münasibətlərin tamamilə normallaşmasına və diplomatik münasibətlərin qurulmasına nail olacağıq".