https://sputnik.az/20240301/qus-qripi-ile-bagli-kecirilen-monitorinqlerin-neticeleri-aciqlanib-462976113.html
Quş qripi ilə bağlı keçirilən monitorinqlərin nəticələri açıqlanıb
Quş qripi ilə bağlı keçirilən monitorinqlərin nəticələri açıqlanıb
Sputnik Azərbaycan
Monitorinq zamanı vəhşi və ev quşlarından götürülmüş nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasında müayinə edilib. 01.03.2024, Sputnik Azərbaycan
2024-03-01T17:27+0400
2024-03-01T17:27+0400
2024-03-01T17:42+0400
quş qripi
cəmiyyət
monitorinq
nəticələr
aqta
bakı
sumqayıt
https://cdnn1.img.sputnik.az/img/41227/08/412270859_0:516:2649:2006_1920x0_80_0_0_0f1a2a19c65690c5343bfaa1afcf520f.jpg
BAKI, 1 mart — Sputnik. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi respublika ərazisində quş qripi xəstəliyinə qarşı keçirilmiş epizootoloji monitorinqlərin nəticələrini açıqlayıb. AQTA-dan verilən məlumata görə, monitorinqlər 12-16 fevral tarixlərini əhatə edib. Epizootik risk əsasında müəyyən olunmuş Biləsuvar, Şabran və Xızı rayonlarındakı Mahmudçala, Ağzıbir və Yaşma ovçuluq təsərrüfatlarını, Abşeron yarımadasında, Salyan, Ağcabədi və Lənkəran rayonlarının ərazisində yerləşən Abşeron, Şirvan, Ağgöl, Qızılağac milli parklarının su-bataqlıq sahələrini və dənizsahili zonaları əhatə edib. Qeyd olunan ərazilərdə ümumi müşahidələr aparılmaqla vəhşi quşlara klinik baxış keçirilib, xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən ovlanmış 61 baş müxtəlif növ vəhşi quşdan diaqnostik material nümunələri götürülüb. Monitorinq çərçivəsində Bakı və Sumqayıt şəhərləri, həmçinin Abşeron, Şabran, Lənkəran, Beyləqan, Bərdə, Salyan, Siyəzən, Hacıqabul, Cəlilabad və Biləsuvar rayonlarındakı 13 sənaye əsaslı quşçuluq müəssisəsindən 130 baş, habelə Bakı şəhəri, Abşeron, Xaçmaz, Xızı, Lənkəran, Masallı, Şabran, Biləsuvar, Salyan və Ağcabədi rayonlarına aid ümumilikdə 180 ailə təsərrüfatında saxlanılan müxtəlif növ 540 baş ev quşundan laborator müayinə üçün qan və yaxma nümunələri götürülüb, təsərrüfatlara ümumi baxış keçirilib və epizootoloji məlumatlar toplanıb. Monitorinq zamanı vəhşi və ev quşlarından götürülmüş nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasında müayinə edilib. Müayinələrin və ümumi epizootoloji müşahidələrin təhlili nəticəsində quş qripi xəstəliyinin törədicisinə və xəstəliyə şübhəli klinik əlamətləri olan quşa rast gəlinməyib. Ev quşlarından götürülmüş diaqnostik nümunələr Nyukasl xəstəliyinə görə də müayinə edilib və yoluxmaya şübhəli hal rast gəlinməyib. Monitorinqlərin aparıldığı dövr ərzində təbiət ərazilərində, ailə və fermer təsərrüfatlarında quduzluq və xırdabuynuzlu heyvanların taunu xəstəliklərinə həssas heyvanlar arasında da epizootoloji müşahidələr aparılıb ki, sözügedən xəstəliklərə görə klinik xəstə və ya tələf olmuş heyvanlara rast gəlinməyib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41227/08/412270859_0:61:2649:2048_1920x0_80_0_0_041b1ef775a1c65a0e5e10a7b94199a2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
quş qripi, monitorinq, nəticələr, aqta, bakı, sumqayıt
quş qripi, monitorinq, nəticələr, aqta, bakı, sumqayıt
Quş qripi ilə bağlı keçirilən monitorinqlərin nəticələri açıqlanıb
17:27 01.03.2024 (Yenilənib: 17:42 01.03.2024) Monitorinq zamanı vəhşi və ev quşlarından götürülmüş nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasında müayinə edilib.
BAKI, 1 mart — Sputnik. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi respublika ərazisində quş qripi xəstəliyinə qarşı keçirilmiş epizootoloji monitorinqlərin nəticələrini açıqlayıb.
AQTA-dan verilən məlumata görə, monitorinqlər 12-16 fevral tarixlərini əhatə edib.
Epizootik risk əsasında müəyyən olunmuş Biləsuvar, Şabran və Xızı rayonlarındakı Mahmudçala, Ağzıbir və Yaşma ovçuluq təsərrüfatlarını, Abşeron yarımadasında, Salyan, Ağcabədi və Lənkəran rayonlarının ərazisində yerləşən Abşeron, Şirvan, Ağgöl, Qızılağac milli parklarının su-bataqlıq sahələrini və dənizsahili zonaları əhatə edib. Qeyd olunan ərazilərdə ümumi müşahidələr aparılmaqla vəhşi quşlara klinik baxış keçirilib, xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən ovlanmış 61 baş müxtəlif növ vəhşi quşdan diaqnostik material nümunələri götürülüb.
Monitorinq çərçivəsində Bakı və Sumqayıt şəhərləri, həmçinin Abşeron, Şabran, Lənkəran, Beyləqan, Bərdə, Salyan, Siyəzən, Hacıqabul, Cəlilabad və Biləsuvar rayonlarındakı 13 sənaye əsaslı quşçuluq müəssisəsindən 130 baş, habelə Bakı şəhəri, Abşeron, Xaçmaz, Xızı, Lənkəran, Masallı, Şabran, Biləsuvar, Salyan və Ağcabədi rayonlarına aid ümumilikdə 180 ailə təsərrüfatında saxlanılan müxtəlif növ 540 baş ev quşundan laborator müayinə üçün qan və yaxma nümunələri götürülüb, təsərrüfatlara ümumi baxış keçirilib və epizootoloji məlumatlar toplanıb.
Monitorinq zamanı vəhşi və ev quşlarından götürülmüş nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasında müayinə edilib. Müayinələrin və ümumi epizootoloji müşahidələrin təhlili nəticəsində quş qripi xəstəliyinin törədicisinə və xəstəliyə şübhəli klinik əlamətləri olan quşa rast gəlinməyib. Ev quşlarından götürülmüş diaqnostik nümunələr Nyukasl xəstəliyinə görə də müayinə edilib və yoluxmaya şübhəli hal rast gəlinməyib.
Monitorinqlərin aparıldığı dövr ərzində təbiət ərazilərində, ailə və fermer təsərrüfatlarında quduzluq və xırdabuynuzlu heyvanların taunu xəstəliklərinə həssas heyvanlar arasında da epizootoloji müşahidələr aparılıb ki, sözügedən xəstəliklərə görə klinik xəstə və ya tələf olmuş heyvanlara rast gəlinməyib.