Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Qod Nisanova "Dostluq" ordeni təqdim edilib

© Photo : Q.Nisanovun mətbuat xidməti / Mediabanka keçidRusiyalı milyarder Qod Nisanov
Rusiyalı milyarder Qod Nisanov - Sputnik Azərbaycan, 1920, 01.03.2024
Abunə olmaq
Təqdimat mərasimində çıxış edən P.Bülbüloğlu Rusiyadakı Azərbaycan diasporunun fəaliyyətinin mühüm rolunu qeyd edib.
BAKI, 1 mart — Sputnik. Azərbaycanın Rusiyadakı səfirliyində rusiyalı iş adamı Qod Nisanova "Dostluq" ordeni təqdim edilib.
Q.Nisanova mükafatı Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu təqdim edib.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev bir müddət əvvəl Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə Qod Nisanovun "Dostluq" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Təqdimat mərasimində çıxış edən P.Bülbüloğlu Rusiyadakı Azərbaycan diasporunun fəaliyyətinin mühüm rolunu qeyd edib:
"Fəxr edirik ki, Azərbaycandan olan insanlar vətənimizi layiqincə təmsil edirlər. Biz sizin uğurunuzdan çox razıyıq və sizə daha böyük uğurlar arzulayırıq".
Q.Nisanov qeyd edib ki, aldığı mükafat təkcə ona deyil, bütün azərbaycanlılara məxsusdur:
"Dostluq" ordeni mənim üçün simvolikdir. Bu, təkcə mənim deyil, Azərbaycanı dəstəkləyən bütün soydaşlarımın mükafatıdır. Azərbaycan bizim bir parçamızdır, həyatımızın bir parçasıdır. Harada olsaq da, taleyimiz Azərbaycanla bağlıdır".
Xəbər lenti
0