https://sputnik.az/20240301/azerbaycanda-enerji-effektivliyi-fondu-yaradilib-462971928.html
Azərbaycanda Enerji effektivliyi fondu yaradılıb
Azərbaycanda Enerji effektivliyi fondu yaradılıb
Sputnik Azərbaycan
Fondun vəsaitinin formalaşdırılmasına və idarə olunmasına ümumi nəzarəti Azərbaycan Respublikasının Energetika Nazirliyi həyata keçirir. 01.03.2024, Sputnik Azərbaycan
2024-03-01T13:36+0400
2024-03-01T13:36+0400
2024-03-01T14:15+0400
prezident ilham əliyev
fərman
fərman
fərman
fərman
enerji
enerji
iqtisadiyyat
https://cdnn1.img.sputnik.az/img/40941/95/409419544_38:0:1000:541_1920x0_80_0_0_6ba9e2ddc943f33a31fadba294c97aa6.jpg
BAKI, 1 mart - Sputnik. Azərbaycanda Enerji effektivliyi fondu yaradılıb.Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.Fərmana əsasən “Enerji effektivliyi fondunun vəsaitlərinin formalaşdırılması və istifadə Qaydası” təsdiq edilib.Müəyyən edilib ki, Fond enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi üzrə tədbirlərin stimullaşdırılması və təşviqi məqsədilə yaradılır və onun vəsaitinin sərəncamçısı Enerji Məsələlərini Tənzimləmə Agentliyi qismində Azərbaycan Respublikasının Energetika Nazirliyidir. Fondun vəsaitinin formalaşdırılmasına və idarə olunmasına ümumi nəzarəti Azərbaycan Respublikasının Energetika Nazirliyi həyata keçirir.Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmanın 2-ci hissəsi ilə təsdiq edilən Qaydanın 2.2-ci bəndinə uyğun olaraq, qiymətlərinə dövlət tənzimlənməsi tətbiq olunmayan enerji resurslarının satışından Fonda köçürüləcək vəsaitin formalaşdırılması barədə təkliflərini altı ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli və bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.Azərbaycan Respublikasının Energetika Nazirliyi və Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidirlər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40941/95/409419544_279:0:1000:541_1920x0_80_0_0_8ef2fe32937c754cf20ed855947967f8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
prezident ilham əliyev, fərman, fərman, fərman, fərman, enerji, enerji
prezident ilham əliyev, fərman, fərman, fərman, fərman, enerji, enerji
Azərbaycanda Enerji effektivliyi fondu yaradılıb
13:36 01.03.2024 (Yenilənib: 14:15 01.03.2024) Fondun vəsaitinin formalaşdırılmasına və idarə olunmasına ümumi nəzarəti Azərbaycan Respublikasının Energetika Nazirliyi həyata keçirir.
BAKI, 1 mart - Sputnik. Azərbaycanda Enerji effektivliyi fondu yaradılıb.
Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Fərmana əsasən “Enerji effektivliyi fondunun vəsaitlərinin formalaşdırılması və istifadə Qaydası” təsdiq edilib.
Müəyyən edilib ki, Fond enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi üzrə tədbirlərin stimullaşdırılması və təşviqi məqsədilə yaradılır və onun vəsaitinin sərəncamçısı Enerji Məsələlərini Tənzimləmə Agentliyi qismində Azərbaycan Respublikasının Energetika Nazirliyidir.
Fondun vəsaitinin formalaşdırılmasına və idarə olunmasına ümumi nəzarəti Azərbaycan Respublikasının Energetika Nazirliyi həyata keçirir.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmanın 2-ci hissəsi ilə təsdiq edilən Qaydanın 2.2-ci bəndinə uyğun olaraq, qiymətlərinə dövlət tənzimlənməsi tətbiq olunmayan enerji resurslarının satışından Fonda köçürüləcək vəsaitin formalaşdırılması barədə təkliflərini altı ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli və bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
Azərbaycan Respublikasının Energetika Nazirliyi və Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidirlər.