CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 29 fevral – FOTO

© Sputnik / Elnur Salayev29 fevral
29 fevral - Sputnik Azərbaycan, 1920, 29.02.2024
Abunə olmaq
Bu gün dünyada və ölkədə müxtəlif illərdə hansı hadisələr baş verib - Sputnik Azərbaycan icmalında oxuyun.
BAKI, 29 fevral — Sputnik. Fevralın 29-da bir çox dünya şöhrətli aktyorlar, elm adamları, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəliblər. Bu gün də tarixə düşən bəzi hadisələr baş verib.
Fevralın 29-da kimlər dünyaya gəlib?
Coni (1996) - Rusiyada fəaliyyət göstərən Azərbaycan əsilli müğənni və bəstəkardır. Mügənninin əsl adı Cahid Hüseynlidir. O, NTV-də "Maska" şousunun ikinci mövsümünün qalibi, "Qızıl qramafon", "Jara Music Awards", "Muz-TV" və "Awards Yeni Radio" mükafatları laureatıdır.
© Photo : Social media page of JonyConi (Cahid Hüseynli)
Российский певец азербайджанского происхождения Jony (Джахид Гусейнли) - Sputnik Azərbaycan, 1920, 29.02.2024
Coni (Cahid Hüseynli)
Coakkino Rossini (1792-1868) - italyan bəstəkarı və 39 operanın müəllifidir. Onun ən məşhur operaları "Sevilya bərbəri", "Zoluşka", "Musa Misirdə" və "Vilyam Tell" operalarıdır.
Herman Hollerit (1860-1929) - amerikalı mühəndis, ilk elektromexaniki hesablama maşınının – tabulyatorun ixtiraçısı və "IBM" şirkətinin yaradıcısıdır.
Jerar Darmon (1948) - Fransız teatr və kino aktyoru, müğənnidir. O, "Böyük Karnaval", "Yalnız iki dəfə ölürlər", "Ən yaxşı tətilimiz" filmlərində rol alıb.
© AFP 2023 / LOIC VENANCEJerar Darmon
Jerar Darmon - Sputnik Azərbaycan, 1920, 29.02.2024
Jerar Darmon
Fevralın 29-da dünyada baş verən tarixi hadisələr
1504-cü ildə ispan dənizçisi Xristofer Kolumb Ayın tutulmasından istifadə edərək Yamayka hindularını qorxudub.
© Sputnik / Murad OrujovAy tutulması
Bakıda natamam ay tutulması - Sputnik Azərbaycan, 1920, 29.02.2024
Ay tutulması
1888-ci ildə amerikalı mühəndis Herman Hollerit statistik tabulyator - ilk elektromexaniki hesablama maşınını yaradıb.
1936-cı ildə danimarkalı fizik Nils Bor atomun ilk kvant nəzəriyyəsini hazırlayıb, atomun quruluşu və kvant mexanikasının əsaslarının işlənilməsində iştirak edib.
1960-cı ildə Mərakeş tarixində 5,7 bal gücündə olan ən dağıdıcı və ölümcül zəlzələ baş verib. Zəlzələ nəticəsində Aqadir şəhəri tamamilə dağılıb və 15 saniyədə 15 min nəfər həlak olub ki, bu da şəhər əhalisinin üçdə biri deməkdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0