https://sputnik.az/20240229/taksi-suruculeri-narkotestden-kecirilecek-eger-tibb-iscileri-neqativ-yola-el-atmasa-462918176.html
Taksi sürücüləri narkotestdən keçiriləcək, əgər tibb işçiləri neqativ yola əl atmasa
Taksi sürücüləri narkotestdən keçiriləcək, əgər tibb işçiləri neqativ yola əl atmasa
Sputnik Azərbaycan
AYNA-dan bildirilib ki, sürücülər daşıyıcı tərəfindən parklarda yaradılan tibb məntəqələrində də tibbi müayinədən keçə bilərlər. 29.02.2024, Sputnik Azərbaycan
2024-02-29T09:32+0400
2024-02-29T09:32+0400
2024-02-29T09:32+0400
taksi
cəmiyyət
elməddin muradlı
test
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/12/461391853_0:161:3068:1887_1920x0_80_0_0_fbebb6c9d723d8e452b164d90035abc9.jpg
BAKI, 29 fevral — Sputnik. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) taksi sürücülərinin reysqabağı tibbi müayinədən keçməsi ilə bağlı qaydaya aydınlıq gətirib. Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, hüquqi şəxslər və ya fərdi sahibkarlar reysqabağı texniki müayinə ilə bağlı aidiyyəti üzrə qeydiyyatdan keçmiş texniki-təmir sahələri (nəqliyyat vasitələrinə texniki xidmət göstərən məntəqələr), sürcülərin tibbi müayinəsi üçün isə tibb müəssisələri ilə müvafiq qaydada müqavilə imzalaya bilərlər. Sürücülər üçün bu şərait eyni zamanda daşıyıcı tərəfindən parklarda da yaradıla bilər. Qeyd edək ki, yeni qaydalara əsasən, taksi fəaliyyətinə icazə üçün tələb olunan sənədlərdən biri də reysqabağı tibbi müayinə müqaviləsidir. Qurumdan Sputnik Azərbaycan-a cavabda bildirilib ki, "Avtomobil nəqliyyatı haqqında", "Lisenziyalar və icazələr haqqında" qanunlara əsasən, taksi minik avtomobilləri ilə sərnişindaşıma fəaliyyəti göstərmək istəyən hüquqi şəxslər və ya fərdi sahibkarlar buraxılış vəsiqəsi, eyni zamanda nəqliyyat vasitələri üçün buraxılış kartı almalıdırlar. "Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasını, sürücülərin isə reysqabağı tibbi müayinədən keçirməsini təmin etməlidirlər. Hüquqi şəxslər və ya fərdi sahibkarlar reysqabağı texniki müayinə ilə bağlı aidiyyəti üzrə qeydiyyatdan keçmiş texniki-təmir sahələri (nəqliyyat vasitələrinə texniki xidmət göstərən məntəqələr), sürcülərin tibbi müayinəsi üçün isə tibb müəssisələri ilə müvafiq qaydada müqavilə imzalaya bilərlər. Qeyd olunan şərait eyni zamanda daşıyıcı tərəfindən parklarda da yaradıla bilər. Sürücünün narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələr və psixotrop maddələrdən istifadənin müəyyən edilməsi üçün aparılan tibbi müayinənin nəticəsi barədə məlumatlar, eyni zamanda xüsusi hazırlıq keçməsini təsdiq edən sənəd də təqdim etməlidir. Bu sənədlər olmadığı təqdirdə daşıyıcılar icazəyə müraciət edə bilməyəcəklər" - cavabda bildirilib. O da qeyd olunub ki, taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələbləri, həmçinin sürücü barədə məlumatların siyahısı təsdiq olunandan sonra taksi nəqliyyat vasitələrinə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən müvafiq icazə veriləcək. Bu sahə üzrə elektron qaydada icazələrin verilməsi prosesinə isə taksi fəaliyyətinə dair yeni tələblər müəyyən edildikdən sonra başlanılacaq. Bununla da bu sahədə uçot və nəzarət mexanizminin tətbiqi, reysqabağı texniki müayinə və tibbi müayinənin icrasına nəzarət mümkün olacaq. Qaydaların pozulmasına görə cərimələr nəzərdə tutulub. Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, taksi sürücülərinin tibbi müayinəsinin real aparılması bu xidməti göstərən tibb məntəqələrindəki həkimlərin insafına bağlıdır: "Taksi sürücülərinin hamısı eyni vaxtda işə çıxmır. Ona görə də, taksi sürücüləri qeydiyyatda olduqları rayon üzrə səhər reysə çıxmazdan öncə tibbi müayinədən keçə bilərlər. Taksi sürüclərinin hamısına nəzarət etmək çətin olsa da, mümkündür. Amma Azərbaycan reallığında taksi sürücülərinin tibbi müayinəsi ilə bağlı neqativ halların olacağı da gözləniləndir". Məlumat üçün bildirək ki, Nazirlər Kabinetinin 71 nömrəli Qərarına əsasən, sürücülərin reysqabağı tibbi müayinədən keçirməsini təmin etməlidirlər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/12/461391853_169:0:2900:2048_1920x0_80_0_0_c81e30d78d8ce8551ab210569e7484e5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
taksi, elməddin muradlı, test
taksi, elməddin muradlı, test
Taksi sürücüləri narkotestdən keçiriləcək, əgər tibb işçiləri neqativ yola əl atmasa
AYNA-dan bildirilib ki, sürücülər daşıyıcı tərəfindən parklarda yaradılan tibb məntəqələrində də tibbi müayinədən keçə bilərlər.
BAKI, 29 fevral — Sputnik. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) taksi sürücülərinin reysqabağı tibbi müayinədən keçməsi ilə bağlı qaydaya aydınlıq gətirib. Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, hüquqi şəxslər və ya fərdi sahibkarlar reysqabağı texniki müayinə ilə bağlı aidiyyəti üzrə qeydiyyatdan keçmiş texniki-təmir sahələri (nəqliyyat vasitələrinə texniki xidmət göstərən məntəqələr), sürcülərin tibbi müayinəsi üçün isə tibb müəssisələri ilə müvafiq qaydada müqavilə imzalaya bilərlər. Sürücülər üçün bu şərait eyni zamanda daşıyıcı tərəfindən parklarda da yaradıla bilər.
Qeyd edək ki, yeni qaydalara əsasən, taksi fəaliyyətinə icazə üçün tələb olunan sənədlərdən biri də reysqabağı tibbi müayinə müqaviləsidir.
Qurumdan Sputnik Azərbaycan-a cavabda bildirilib ki, "Avtomobil nəqliyyatı haqqında", "Lisenziyalar və icazələr haqqında" qanunlara əsasən, taksi minik avtomobilləri ilə sərnişindaşıma fəaliyyəti göstərmək istəyən hüquqi şəxslər və ya fərdi sahibkarlar buraxılış vəsiqəsi, eyni zamanda nəqliyyat vasitələri üçün buraxılış kartı almalıdırlar.
"Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasını, sürücülərin isə reysqabağı tibbi müayinədən keçirməsini təmin etməlidirlər. Hüquqi şəxslər və ya fərdi sahibkarlar reysqabağı texniki müayinə ilə bağlı aidiyyəti üzrə qeydiyyatdan keçmiş texniki-təmir sahələri (nəqliyyat vasitələrinə texniki xidmət göstərən məntəqələr), sürcülərin tibbi müayinəsi üçün isə tibb müəssisələri ilə müvafiq qaydada müqavilə imzalaya bilərlər.
Qeyd olunan şərait eyni zamanda daşıyıcı tərəfindən parklarda da yaradıla bilər. Sürücünün narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələr və psixotrop maddələrdən istifadənin müəyyən edilməsi üçün aparılan tibbi müayinənin nəticəsi barədə məlumatlar, eyni zamanda xüsusi hazırlıq keçməsini təsdiq edən sənəd də təqdim etməlidir. Bu sənədlər olmadığı təqdirdə daşıyıcılar icazəyə müraciət edə bilməyəcəklər" - cavabda bildirilib.
O da qeyd olunub ki, taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələbləri, həmçinin sürücü barədə məlumatların siyahısı təsdiq olunandan sonra taksi nəqliyyat vasitələrinə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən müvafiq icazə veriləcək. Bu sahə üzrə elektron qaydada icazələrin verilməsi prosesinə isə taksi fəaliyyətinə dair yeni tələblər müəyyən edildikdən sonra başlanılacaq. Bununla da bu sahədə uçot və nəzarət mexanizminin tətbiqi, reysqabağı texniki müayinə və tibbi müayinənin icrasına nəzarət mümkün olacaq. Qaydaların pozulmasına görə cərimələr nəzərdə tutulub.
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, taksi sürücülərinin tibbi müayinəsinin real aparılması bu xidməti göstərən tibb məntəqələrindəki həkimlərin insafına bağlıdır:
"Taksi sürücülərinin hamısı eyni vaxtda işə çıxmır. Ona görə də, taksi sürücüləri qeydiyyatda olduqları rayon üzrə səhər reysə çıxmazdan öncə tibbi müayinədən keçə bilərlər. Taksi sürüclərinin hamısına nəzarət etmək çətin olsa da, mümkündür. Amma Azərbaycan reallığında taksi sürücülərinin tibbi müayinəsi ilə bağlı neqativ halların olacağı da gözləniləndir".
Məlumat üçün bildirək ki, Nazirlər Kabinetinin 71 nömrəli Qərarına əsasən, sürücülərin reysqabağı tibbi müayinədən keçirməsini təmin etməlidirlər.