Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

PUA bölmələri ilə keçirilən təlim-məşq uçuşları davam etdirilir

© AR Ministry of DefencePUA bölmələri ilə keçirilən təlim-məşq uçuşları davam etdirilir
PUA bölmələri ilə keçirilən təlim-məşq uçuşları davam etdirilir - Sputnik Azərbaycan, 1920, 29.02.2024
Abunə olmaq
Təlim-məşq uçuşlarından əvvəl heyətlər tərəfindən PUA-ların döyüşə hazırolma vəziyyətinə gətirilməsi üzrə fəaliyyətlər icra olunub.
BAKI, 29 fevral — Sputnik. Azərbaycan Hərbi Hava Qüvvələrinin "Akınçı" hücum pilotsuz uçuş aparatları hava kəşfiyyatı aparıb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Təlim-məşq uçuşlarından əvvəl heyətlər tərəfindən PUA-ların döyüşə hazırolma vəziyyətinə gətirilməsi üzrə fəaliyyətlər icra olunub.
Əvvəlcədən müəyyən edilmiş marşrutlar üzrə silahlanmaya yeni qəbul edilən "Akıncı" hücum PUA-ları tərəfindən hava kəşfiyyatının aparılması, şərti düşmənə məxsus yerüstü hədəflərin koordinatlarının təyin olunması, eləcə də digər tapşırıqlar yerinə yetirilib.
Döyüş hazırlığının yüksək səviyyədə saxlanması və heyət üzvlərinin fərdi bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə keçirilən təlimdə PUA heyətləri qarşıya qoyulan bütün tapşırıqları yüksək peşəkarlıqla icra ediblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0