Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Prezident İlham Əliyev Macarıstanın yeni seçilmiş prezidentini təbrik edib

© AFP 2023 / OLIVER BUNICİlham Əliyev, arxiv
İlham Əliyev, arxiv  - Sputnik Azərbaycan, 1920, 29.02.2024
Abunə olmaq
Bildirilib ki, qarşılıqlı inam və etimada əsaslanan, gündən-günə yeni məzmunla zənginləşən Azərbaycan-Macarıstan münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur.
BAKI, 29 fevral — Sputnik. Prezident İlham Əliyev Macarıstanın yeni seçilmiş Prezidenti Tamaş Şuyoku təbrik edib.
Təbrikdə deyilir:
"Hörmətli cənab Şuyok, Macarıstanın Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
Macarıstan Azərbaycanın yaxın dostu və etibarlı tərəfdaşıdır. Qarşılıqlı inam və etimada əsaslanan, gündən-günə yeni məzmunla zənginləşən Azərbaycan-Macarıstan münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur.
© AFP 2023 / ATTILA KISBENEDEKTamaş Şuyoku, arxiv
Tamaş Şuyoku, arxiv - Sputnik Azərbaycan, 1920, 29.02.2024
Tamaş Şuyoku, arxiv
Biz böyük potensiala malik dövlətlərarası əlaqələrimizin bütün sahələrdə genişlənməsinə, o cümlədən strateji tərəfdaşlığımızın daha da dərinləşməsinə xüsusi önəm veririk. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan ilə Macarıstan arasında ənənəvi dostluq münasibətlərinin möhkəmləndirilməsi, çoxşaxəli əməkdaşlığın bundan sonra da uğurla davam etdirilməsi naminə birgə səylər göstərəcəyik.
Sizə ən xoş arzularımı çatdırır, dost Macarıstan xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə müvəffəqiyyətlər diləyirəm".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0