Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Mobil telefonların qadağan olunduğu məktəblərin sayı artırılacaq - Nazir

© AP Photo / Riccardo De LucaTelefon
Telefon - Sputnik Azərbaycan, 1920, 29.02.2024
Abunə olmaq
Emin Əmrullayevin sözlərinə görə, növbəti ildən qaydaların daha geniş məktəblərdə tətbiqi genişləndiriləcək.
BAKI, 29 fevral — Sputnik. "Bu gün 200-dən çox məktəbdə şagirdə davranış qaydaları tətbiq edilən məktəblərdə smartfonlardan istifadə qadağandır". Sputnik Azərbaycan-ın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, növbəti ildən qaydaların daha geniş məktəblərdə tətbiqi genişləndiriləcək.

"Əvvəl telefon yox idi, hadisəni üç-dörd nəfər bilirdi. İndi telefon var və çəkilir, paylaşılır. Hadisə baş verəndə məktəb polisə müraciət edib və addım atılıb. Araşdırılıb, hadisə təsdiqini tapmayıb. Valideynlərlə söhbət aparılıb. Bundan əlavə nə addım atılacaq?" - nazir bildirib.

Nazir qeyd edib ki, psixoloqla bağlı problemlər onun məktəbdə rolunun başa düşülməməsindən irəli gəlir:
"Məktəb psixoloqunun rolu şagirdlərin təlim prosesində iş aparması, şagirdləri motivasiya etməsidir. Onları klinik psixoloqlarla qarışdırmamalıdırlar".
Qeyd edək ki, Azərbaycanda "Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları"nın tətbiq edildiyi məktəblərdə şagirdlərin sinifə mobil telefonla daxil olmasına qadağa qoyulub. "Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları"nın 5.4-cü bəndinə görə şagird ağıllı saat və telefonları, həmçinin digər elektron cihazları məktəbə gətirməməli və dərs zamanı istifadə etməməlidir. Bu qaydalar hal-hazırda da qüvvədədir. Şagird əgər məktəbə gəlib-getməsi üçün təhlükəsizliyinin təmin olunması məqsədilə məktəbə telefon gətirirsə, həmin telefon şagirddən alınıb təhlükəsiz yerdə saxlanılır və dərs məşğələləri bitdikdən sonra ona qaytarılır. Bu qayda ancaq pilot olaraq tətbiq edilən məktəblərə aiddir.
Xatırladaq ki, 2022-ci ildə hazırlanan "Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları" sənədində bir sıra qadağalar nəzərdə tutuıub. Həmin layihəyə görə, şagirdlər məktəbə ağıllı saat, digər elektron cihazlar, mobil telefon gətirə, amma dərs zamanı onlardan istifadə edə bilməzlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0