DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Makron hakimiyyətini saxlamaq üçün III Dünya Müharibəsini alovlandırmaq qərarına gəlib

© AFP 2024 / LUDOVIC MARINFransa Prezidenti Emmanuel Makron
Fransa Prezidenti Emmanuel Makron  - Sputnik Azərbaycan, 1920, 29.02.2024
Abunə olmaq
Makronun təşəbbüsləri Fransa əhalisi üçün təhlükəli olmağa başlayıb. Almaniya, ABŞ, Kanada, İtaliya və Finlandiya nümayəndələri Makronun ideyasını rədd ediblər.
BAKI, 29 fevral — Sputnik. Fransa Prezidenti Emmanuel Makron hakimiyyətini qorumaq üçün üçüncü dünya müharibəsini alovlandırmaqdan daha yaxşı heç nə tapmayıb.
Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodin özünün "Teleqram" kanalında siyasətçinin NATO qoşunlarının Ukraynaya mümkün göndərilməsi ilə bağlı son açıqlamalarını belə şərh edib.
"Makron unudub ki, bir neçə il əvvəl müasir Fransanı Napoleon dövrü ilə müqayisə edərək, Bonapartın "itkiləri nəzərə almadığını", lakin o vaxtdan bəri ölkənin "insan həyatını hər şeydən üstün tutduğunu" demişdi. Prezidentliyi dövründə Makron, açığını desəm, çox az şeyə nail olub" – Volodin qeyd edib.
O, fermerlərin etirazlarını, Fransa iqtisadiyyatının durğunluğunu və ölkənin Afrikadakı geosiyasi məğlubiyyətlərini misal çəkib. Rusiya Dövlət Dumasının spikerinin sözlərinə görə, Fransa vətəndaşları Makronu dəstəkləmirlər - onun reytinqi aşağı düşüb və əgər prezident seçkiləri bu gün keçirilsəydi, onları Marin Le Pen qazanacaqdı (o, 2022-ci ildə ikinci yeri tutmuşdu).
"Fransa prezidentinin təşəbbüsləri Fransa əhalisi üçün təhlükəli olmağa başlayıb. Belə bəyanatlar verməzdən əvvəl Makronun Napoleon və onun əsgərləri üçün bunun necə başa çatdığını xatırlaması düzgün olardı" - Volodin sözünü yekunlaşdırıb.
Fransa liderinin bəyanatı artıq müxtəlif ölkələrin siyasətçiləri tərəfindən şərh edilib. Xüsusilə Almaniya, ABŞ, Kanada, İtaliya və Finlandiya nümayəndələri Makronun ideyasını rədd ediblər. BMT baş katibinin nümayəndəsi Stefan Dyüjarrik bildirib ki, təşkilat Ukrayna ilə vəziyyətdə münaqişənin gərginləşməsinə yönəlmiş ritorikadan çəkinməyə çağırır.
Xəbər lenti
0