https://sputnik.az/20240229/kiyevin-canli-quvve-catismazligini-ecnebi-muzdlular-hesabina-cozmek-cehdleri-ugursuz-olub-462916724.html
Kiyevin canlı qüvvə çatışmazlığını əcnəbi muzdlular hesabına çözmək cəhdləri uğursuz olub
Kiyevin canlı qüvvə çatışmazlığını əcnəbi muzdlular hesabına çözmək cəhdləri uğursuz olub
Sputnik Azərbaycan
Diplomat qeyd edib ki, muzdluların toplanması, təlimi və Ukraynaya çatdırılması sxemi daha çox özəl hərbi şirkətlər vasitəsilə qurulur. 29.02.2024, Sputnik Azərbaycan
2024-02-29T00:02+0400
2024-02-29T00:02+0400
2024-02-29T00:02+0400
kiyev
dünya xəbərləri
ukrayna
rusiya
https://cdnn1.img.sputnik.az/img/07e8/02/1c/462916500_0:0:2920:1643_1920x0_80_0_0_2137d02ea50e2654eb700d494d8d3d4c.jpg
BAKI, 29 fevral — Sputnik. Kiyevin döyüş meydanında canlı qüvvə çatışmazlığı problemini əcnəbi muzdlular hesabına həll etmək cəhdləri uğursuzluqla nəticələnib, onların diplomatik nümayəndəliklər vasitəsilə cəlb edilməsi səmərəsizdir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin Kiyev rejiminin cinayətlərinə görə xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik RİA Novosti bildirib. "Ukraynalılar öz resurslarında birbaşa muzdlu olmaq, müqavilə bağlamaq və Ukraynaya döyüşməyə getmək barədə təlimatlar dərc edirlər. Bu, diplomatik və konsulluq fəaliyyətinin beynəlxalq qanunlarının birbaşa pozulmasıdır, lakin buna baxmayaraq, bir sıra ölkələrdə buna göz yumurlar. Ukraynanın xarici nümayəndəlikləri işə qəbul mərkəzləri kimi fəaliyyət göstərir. Diplomat qeyd edib ki, muzdluların toplanması, təlimi və Ukraynaya çatdırılması sxemi daha çox özəl hərbi şirkətlər vasitəsilə qurulur. Onun sözlərinə görə, Ukraynada onlardan təxminən on nəfəri, xüsusən də Avropa Təhlükəsizlik Akademiyası və bir sıra başqaları yaranıb. Miroşnik vurğulayıb ki, diplomatik nümayəndəliklər vasitəsilə muzdlu əsgərlərin cəlb edilməsi səmərəsizdir. "İkincisi, muzdluların özlərinin Rusiya ordusuna qarşı hərbi əməliyyatlarda iştiraka münasibəti dəyişdi, çünki buradakı hərbi əməliyyatların xarakteri Suriya, İraq və ya anqlo-saksonların olduğu digər qaynar nöqtələrdən tamamilə fərqlidir" - diplomat bildirib. "Orada razılaşmalar var, "ağ adam"a hörmət var, amma burada belə deyil. Burada barışmaz döyüş gedir və muzdluların taleyi, əgər onlar hərbçilərimizin döyüş meydanına düşsələr, yumşaq desək, bərbaddır. Buna görə də meydanda canlı qüvvə çatışmazlığı problemini həll etmək üçün ilkin cəhdlər Ukrayna tərəfində uğursuzluğa düçar olub. İndi Kiyevdə artıq Afrika dövlətlərindən, inkişaf etməkdə olan ölkələrdən, uzunmüddətli müharibələrin davam etdiyi ərazilərdən muzdlu əsgərlərin cəlb edilməsi təşəbbüsləri var, lakin onlar Ukraynada başqalarının maraqları üçün gedib ölməyə o qədər də həvəsli deyillər", - Miroşnik fikirlərini tamamlayıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/02/1c/462916500_160:0:2891:2048_1920x0_80_0_0_74d288d683189dc09e5fd7b966f1cc46.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
kiyev, ukrayna, rusiya
Kiyevin canlı qüvvə çatışmazlığını əcnəbi muzdlular hesabına çözmək cəhdləri uğursuz olub
Diplomat qeyd edib ki, muzdluların toplanması, təlimi və Ukraynaya çatdırılması sxemi daha çox özəl hərbi şirkətlər vasitəsilə qurulur.
BAKI, 29 fevral — Sputnik. Kiyevin döyüş meydanında canlı qüvvə çatışmazlığı problemini əcnəbi muzdlular hesabına həll etmək cəhdləri uğursuzluqla nəticələnib, onların diplomatik nümayəndəliklər vasitəsilə cəlb edilməsi səmərəsizdir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin Kiyev rejiminin cinayətlərinə görə xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik RİA Novosti bildirib.
"Ukraynalılar öz resurslarında birbaşa muzdlu olmaq, müqavilə bağlamaq və Ukraynaya döyüşməyə getmək barədə təlimatlar dərc edirlər. Bu, diplomatik və konsulluq fəaliyyətinin beynəlxalq qanunlarının birbaşa pozulmasıdır, lakin buna baxmayaraq, bir sıra ölkələrdə buna göz yumurlar. Ukraynanın xarici nümayəndəlikləri işə qəbul mərkəzləri kimi fəaliyyət göstərir.
Diplomat qeyd edib ki, muzdluların toplanması, təlimi və Ukraynaya çatdırılması sxemi daha çox özəl hərbi şirkətlər vasitəsilə qurulur. Onun sözlərinə görə, Ukraynada onlardan təxminən on nəfəri, xüsusən də Avropa Təhlükəsizlik Akademiyası və bir sıra başqaları yaranıb.
Miroşnik vurğulayıb ki, diplomatik nümayəndəliklər vasitəsilə muzdlu əsgərlərin cəlb edilməsi səmərəsizdir.
"İkincisi, muzdluların özlərinin Rusiya ordusuna qarşı hərbi əməliyyatlarda iştiraka münasibəti dəyişdi, çünki buradakı hərbi əməliyyatların xarakteri Suriya, İraq və ya anqlo-saksonların olduğu digər qaynar nöqtələrdən tamamilə fərqlidir" - diplomat bildirib.
"Orada razılaşmalar var, "ağ adam"a hörmət var, amma burada belə deyil. Burada barışmaz döyüş gedir və muzdluların taleyi, əgər onlar hərbçilərimizin döyüş meydanına düşsələr, yumşaq desək, bərbaddır. Buna görə də meydanda canlı qüvvə çatışmazlığı problemini həll etmək üçün ilkin cəhdlər Ukrayna tərəfində uğursuzluğa düçar olub. İndi Kiyevdə artıq Afrika dövlətlərindən, inkişaf etməkdə olan ölkələrdən, uzunmüddətli müharibələrin davam etdiyi ərazilərdən muzdlu əsgərlərin cəlb edilməsi təşəbbüsləri var, lakin onlar Ukraynada başqalarının maraqları üçün gedib ölməyə o qədər də həvəsli deyillər", - Miroşnik fikirlərini tamamlayıb.