https://sputnik.az/20240229/elektron-resept-kagiz-dovriyyesini-aradan-qaldiracaq---nazirlik-resmisi-462938704.html
Elektron resept kağız dövriyyəsini aradan qaldıracaq - Nazirlik rəsmisi
Elektron resept kağız dövriyyəsini aradan qaldıracaq - Nazirlik rəsmisi
Sputnik Azərbaycan
Səid Fərzullayev bildirib ki, "Elektron resept" sistemi həkim, pasiyent və əczaçılar üçün vahid bir platforma üzərindən reseptlərin idarə olunmasını təmin... 29.02.2024, Sputnik Azərbaycan
2024-02-29T23:12+0400
2024-02-29T23:12+0400
2024-02-29T23:12+0400
resept
səhiyyə
elektron
analitik
informasiya
mərkəz
https://cdnn1.img.sputnik.az/img/40316/59/403165986_0:86:1801:1099_1920x0_80_0_0_e48815779fb8ca4b2a83a5370deafb5d.jpg
BAKI, 29 fevral — Sputnik. Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin şöbə müdiri Səid Fərzullayev elektron reseplərlə bağlı əhalini maraqlandıran suallara cavab verib. Sputnik Azərbaycan həmin müsahibəni təqdim edir: - Səid müəllim, ilk öncə bilmək istərdik ki, "Elektron resept" sistemi nədir? - Elektron resept kağız reseptin rəqəmsal versiyasıdır. "Elektron resept" sistemi Azərbaycanda mövcud olan dövlət və özəl tibb müəssisələrində vətəndaşlara yazılan reseptlərin elektron şəkildə qeydiyyatı və idarə olunması funksiyasını daşıyır. Eyni zamanda, "Elektron resept" sistemi həkim, pasiyent və əczaçılar üçün vahid bir platforma üzərindən reseptlərin idarə olunmasını təmin edəcək. - Bu sistem vasitəsilə reseptdə yazılan dərman vasitələrini vətəndaşlar necə əldə edə bilər? - Həkim müayinəsi və ya tibbi konsultasiyadan sonra vətəndaşlara elektron resept vasitəsilə təyin edilən dərman vasitələrini ölkəmizdə fəaliyyət göstərən istənilən aptek təşkilatından əldə etmək olar. Bunun üçün elektron reseptin qeydiyyat nömrəsini və ya elektron reseptin üzərindəki QR kodu əczaçıya təqdim etmək lazımdır. Elektron resepti əczaçıya istər pasiyentin özü, istərsə də elektron reseptini həvalə etdiyi şəxs təqdim edə bilər. Həmçinin, vətəndaşlarımız "Reseptim" mobil əlavəsini yükləməklə, onlara yazılan reseptləri görə biləcək. - Elektron resept sisteminin hansı üstünlükləri var? - Elektron resept kağız dövriyyəsini aradan qaldıracaq və həkimlər vətəndaşlara elektronlaşdırılmış, daha operativ şəkildə xidmət göstərəcəklər. Eyni zamanda, vətəndaşların tibbi məlumatlarına əlçatanlığını, tibb mütəxəssislərinin daha effektiv xidmət göstərməsini və dərman dövriyyəsinə nəzarətin gücləndirilməsini təmin edir. Bundan əlavə, elektron resept reseptlərin oxunaqlığını və ya səhv şərhini aradan qaldıracaq, əvvəllər təyin edilən dərmanların tarixini görməyə, dərmanlar arasında arzuolunmaz uyğunsuzluğun qarşısını almağa, dəqiq dozaları göstərməyə, habelə Xəstəliklərin Beynəlxalq Təsnifatına əsaslanan diaqnozlara uyğunlaşdırmağa imkan verəcək. Elektron Resept sisteminin tətbiqi daha əvvəl qeyd etdiyim üstünlüklərlə yanaşı, bütün sektorun şəffaflığının artırılması nəticəsində əlavə iqtisadi effekt yaradacaq. Dərman vasitələrinin daim yenilənən reyestri isə ölkə miqyasında makroanaliz üçün əsas olacaq. Belə ki, dərman vasitələrinin mövcudluğu və tələbat, dərman vasitələrini kimə və hansı diaqnoz üçün təyin etmiş həkimlər barədə dolğun məlumat olacaq. Bu, həm də dərman vasitələrinin satışı zamanı aparılan əməliyyatlara nəzarətin gücləndirilməsi, o cümlədən saxta və qeydiyyatsız məhsulların yayılmasının qarşısını alacaqdır. - "Reseptim" mobil əlavəsini haradan yükləmək olar? - Səhiyyə Nazirliyi tərəfindən istifadəyə verilən "Elektron Resept" sistemi (reseptim.az) ilə bağlı əhali və tibb işçiləri arasında maarifləndirmənin daha da genişləndirilməsi, istifadəsinin əlçatanlığının təmin olunması üçün nazirliyin rəsmi internet resursu olan sehiyye.gov.az və nazirliyin Analitik Ekspertiza Mərkəzinin rəsmi internet resursu olan pharma.az portallarında xüsusi link yaradılıb. Linkdə pasiyentlər və həkimlər üçün "Elektron Resept" sistemi ilə bağlı videotəlimatlar yerləşdirilib. Bu videotəlimatlar vasitəsilə həkim və pasiyentlər rahat, tam aydın şəkildə "Elektron Resept"dən yararlanma qaydaları ilə tanış ola bilərlər. Eyni zamanda, linkdə yerləşdirilən QR kodlar vasitəsi ilə "Reseptim" mobil əlavəsini İOS və Android tipli mobil telefon istifadəçiləri tərəfindən yükləmək mümkündür. - Hansı dərman vasitələri "Elektron resept" sistemində yer alacaq? Bioloji fəallığa malik qida əlavələri də elektron reseptə daxil ediləcəkmi? - "Elektron resept" sistemi mövcud qanunvericiliyə əsasən yalnız dövlət qeydiyyatına alınan, Tarif Şurası tərəfindən qiymətinin yuxarı həddi müəyyən edilən, ölkəmizə idxal olunan və son istifadə müddəti bitməyən dərman vasitələrinin bazası əsasında tərtib edilib. - Dövlət qeydiyyatına alınmayan dərman vasitələrini elektron reseptə yazmaq mümkündürmü? - "Dərman vasitələri haqqında" Azərbaycan Respublikası Qanunun 12-1-ci maddəsinə (Dərman vasitələrinə reseptlərin yazılması) əsasən: - "Elektron resept" sistemi ilə bağlı suallar yaranarsa hara müraciət etmək lazımdır? - Vətəndaşlarımız tərəfindən "Elektron Resept" Sistemin istifadəsi ilə bağlı hər hansı sual yaranarsa, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Çağrı Mərkəzi ilə (tel: (012) 596 07 12) əlaqə saxlaya bilərlər. Qeyd edək ki, Rəqəmsal resept (Elektron resept) sistemi Azərbaycanda mövcud olan dövlət və özəl tibb müəssisələrində vətəndaşlara yazılan reseptlərin elektron şəkildə qeydiyyatı və idarə olunması funksiyasını daşıyır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40316/59/403165986_110:0:1689:1184_1920x0_80_0_0_dced66c188136b5884afb1ae897089ff.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
resept, elektron, analitik, informasiya, mərkəz
resept, elektron, analitik, informasiya, mərkəz
Elektron resept kağız dövriyyəsini aradan qaldıracaq - Nazirlik rəsmisi
Səid Fərzullayev bildirib ki, "Elektron resept" sistemi həkim, pasiyent və əczaçılar üçün vahid bir platforma üzərindən reseptlərin idarə olunmasını təmin edəcək.
BAKI, 29 fevral — Sputnik. Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin şöbə müdiri Səid Fərzullayev elektron reseplərlə bağlı əhalini maraqlandıran suallara cavab verib. Sputnik Azərbaycan həmin müsahibəni təqdim edir:
- Səid müəllim, ilk öncə bilmək istərdik ki, "Elektron resept" sistemi nədir?
- Elektron resept kağız reseptin rəqəmsal versiyasıdır. "Elektron resept" sistemi Azərbaycanda mövcud olan dövlət və özəl tibb müəssisələrində vətəndaşlara yazılan reseptlərin elektron şəkildə qeydiyyatı və idarə olunması funksiyasını daşıyır. Eyni zamanda, "Elektron resept" sistemi həkim, pasiyent və əczaçılar üçün vahid bir platforma üzərindən reseptlərin idarə olunmasını təmin edəcək.
- Bu sistem vasitəsilə reseptdə yazılan dərman vasitələrini vətəndaşlar necə əldə edə bilər?
- Həkim müayinəsi və ya tibbi konsultasiyadan sonra vətəndaşlara elektron resept vasitəsilə təyin edilən dərman vasitələrini ölkəmizdə fəaliyyət göstərən istənilən aptek təşkilatından əldə etmək olar. Bunun üçün elektron reseptin qeydiyyat nömrəsini və ya elektron reseptin üzərindəki QR kodu əczaçıya təqdim etmək lazımdır. Elektron resepti əczaçıya istər pasiyentin özü, istərsə də elektron reseptini həvalə etdiyi şəxs təqdim edə bilər. Həmçinin, vətəndaşlarımız "Reseptim" mobil əlavəsini yükləməklə, onlara yazılan reseptləri görə biləcək.
- Elektron resept sisteminin hansı üstünlükləri var?
- Elektron resept kağız dövriyyəsini aradan qaldıracaq və həkimlər vətəndaşlara elektronlaşdırılmış, daha operativ şəkildə xidmət göstərəcəklər. Eyni zamanda, vətəndaşların tibbi məlumatlarına əlçatanlığını, tibb mütəxəssislərinin daha effektiv xidmət göstərməsini və dərman dövriyyəsinə nəzarətin gücləndirilməsini təmin edir.
Bundan əlavə, elektron resept reseptlərin oxunaqlığını və ya səhv şərhini aradan qaldıracaq, əvvəllər təyin edilən dərmanların tarixini görməyə, dərmanlar arasında arzuolunmaz uyğunsuzluğun qarşısını almağa, dəqiq dozaları göstərməyə, habelə Xəstəliklərin Beynəlxalq Təsnifatına əsaslanan diaqnozlara uyğunlaşdırmağa imkan verəcək.
Elektron Resept sisteminin tətbiqi daha əvvəl qeyd etdiyim üstünlüklərlə yanaşı, bütün sektorun şəffaflığının artırılması nəticəsində əlavə iqtisadi effekt yaradacaq. Dərman vasitələrinin daim yenilənən reyestri isə ölkə miqyasında makroanaliz üçün əsas olacaq. Belə ki, dərman vasitələrinin mövcudluğu və tələbat, dərman vasitələrini kimə və hansı diaqnoz üçün təyin etmiş həkimlər barədə dolğun məlumat olacaq. Bu, həm də dərman vasitələrinin satışı zamanı aparılan əməliyyatlara nəzarətin gücləndirilməsi, o cümlədən saxta və qeydiyyatsız məhsulların yayılmasının qarşısını alacaqdır.
- "Reseptim" mobil əlavəsini haradan yükləmək olar?
- Səhiyyə Nazirliyi tərəfindən istifadəyə verilən "Elektron Resept" sistemi (reseptim.az) ilə bağlı əhali və tibb işçiləri arasında maarifləndirmənin daha da genişləndirilməsi, istifadəsinin əlçatanlığının təmin olunması üçün nazirliyin rəsmi internet resursu olan sehiyye.gov.az və nazirliyin Analitik Ekspertiza Mərkəzinin rəsmi internet resursu olan pharma.az portallarında xüsusi link yaradılıb. Linkdə pasiyentlər və həkimlər üçün "Elektron Resept" sistemi ilə bağlı videotəlimatlar yerləşdirilib. Bu videotəlimatlar vasitəsilə həkim və pasiyentlər rahat, tam aydın şəkildə "Elektron Resept"dən yararlanma qaydaları ilə tanış ola bilərlər. Eyni zamanda, linkdə yerləşdirilən QR kodlar vasitəsi ilə "Reseptim" mobil əlavəsini İOS və Android tipli mobil telefon istifadəçiləri tərəfindən yükləmək mümkündür.
- Hansı dərman vasitələri "Elektron resept" sistemində yer alacaq? Bioloji fəallığa malik qida əlavələri də elektron reseptə daxil ediləcəkmi?
- "Elektron resept" sistemi mövcud qanunvericiliyə əsasən yalnız dövlət qeydiyyatına alınan, Tarif Şurası tərəfindən qiymətinin yuxarı həddi müəyyən edilən, ölkəmizə idxal olunan və son istifadə müddəti bitməyən dərman vasitələrinin bazası əsasında tərtib edilib.
- Dövlət qeydiyyatına alınmayan dərman vasitələrini elektron reseptə yazmaq mümkündürmü?
- "Dərman vasitələri haqqında" Azərbaycan Respublikası Qanunun 12-1-ci maddəsinə (Dərman vasitələrinə reseptlərin yazılması) əsasən:
12-1.5. Klinik protokollara əsasən, xəstələrin müalicəsi üçün zəruri hesab olunan, lakin beynəlxalq patentləşdirilməmiş adı (təsiredici maddənin adı) ilə dövlət qeydiyyatına alınmayan dərman vasitəsi reseptdə yazıla bilər. Bu halda həmin dərman vasitəsinin tələb olunan miqdarı göstərilməklə resept sistem vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilir.;
12-1.6. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) 2 (iki) iş günü müddətində həmin reseptin klinik protokollara və xəstənin elektron sağlamlıq kartındakı məlumatlara uyğunluğunu yoxlayır və nəticəsinə uyğun olaraq resepti elektron sistemdə təsdiq edir və ya təsdiqindən imtina edir;
12-1.7. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən resept təsdiq olunduqdan sonra reseptdə göstərilən dövlət qeydiyyatında olmayan dərman vasitəsi bu Qanunun 9.4-cü və 9.6-cı maddələrinə uyğun olaraq ölkəyə gətirilə bilər.
- "Elektron resept" sistemi ilə bağlı suallar yaranarsa hara müraciət etmək lazımdır?
- Vətəndaşlarımız tərəfindən "Elektron Resept" Sistemin istifadəsi ilə bağlı hər hansı sual yaranarsa, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Çağrı Mərkəzi ilə (tel: (012) 596 07 12) əlaqə saxlaya bilərlər.
Qeyd edək ki, Rəqəmsal resept (Elektron resept) sistemi Azərbaycanda mövcud olan dövlət və özəl tibb müəssisələrində vətəndaşlara yazılan reseptlərin elektron şəkildə qeydiyyatı və idarə olunması funksiyasını daşıyır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.