Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Donbasda "Abrams" tankları yanır, bundan sonra nə olacaq?

© AFP 2024 / WILLIAM WESTM1 Abrams tankı
M1 Abrams tankı - Sputnik Azərbaycan, 1920, 29.02.2024
Abunə olmaq
Rusiya Silahlı Qüvvələri hər gün Xarkov, Poltava və Odessa vilayətlərində "prioritet" olmaqla, Ukrayna Silahlı Qüvvələrinin bütün hədəflərinə - əməliyyat arxasının bütün dərinliyinə qədər kütləvi raket zərbələri endirirlər.
Rusiya torpağında Ukrayna Silahlı Qüvvələrinin (USQ) ABŞ istehsalı olan tankların yanması ABŞ-ın texnoloji geriliyinin və NATO planlarının dağılmasının görünən nəticəsidir. Tarixin tərəzisi Ukrayna hərbi əməliyyatlar teatrında Rusiya ilə proksi-müharibəsində Qərbin biabırçı məğlubiyyəti ilə xüsusi hərbi əməliyyat (XHƏ) zonasından kənarda münaqişənin genişlənməsi arasında dəyişir. Rusiya Silahlı Qüvvələri (RSQ) ABŞ və NATO-nu rüsvayçılıq və termonüvə özünü məhv etmək arasında çətin seçim etməyə məcbur edir. "Drang nach Osten" və ya "şərqə genişlənmə" strategiyasının dəyəri təcavüzkarlar üçün ənənəvi olaraq yüksəkdir.
ABŞ-ın "Abrams"lar taqımının Donbasda yerləşdirilməsindən dərhal sonra, fevralın 26-da rusiyalıların nəticə verən qeyri-idman ovu başlayıb. Ukrayna ordusunun M1A1 "Abrams" tanklarından birincisi Berdıçi kəndi yaxınlığında Rusiya qoşunları tərəfindən məhv edilib. Obyektiv nəzarət kadrları vətənpərvər "CNN" telekanalı istisna olmaqla, demək olar ki, bütün dünya mediasında yayılıb. ABŞ tankı kəşfiyyat pilotsuz uçuş aparatı (PUA, dron) tərəfindən aşkar edilib və dərhal hücum dronu ilə vurulub. Hesabı Mərkəzi Hərbi Dairənin 2-ci ümumqoşun ordusunun 15-ci qvardiya motoatıcı briqadasının döyüşçüləri açıblar. Elə həmin gün Tula desantçıları mobil "Lanset"lə ilk dəfə olaraq "NATO-nun ən müasir, sürətli və dəqiq atıcı silahı" olan İsveçin "Archer" özüyeriyən haubitsasını, eləcə də Fransanın eyni "CAESAR" özüyeriyən haubitsasını ilk dəfə məhv ediblər.
Bu yaxınlarda ehtimal edilib ki, "Abrams" tankları Rusiya qoşunlarına qarşı cəbhə xəttinə yaxın ərazidə yerləşdirildikdən sonra "sürətlə itki verməyə başlayacaq", çünki M1A1 İraq ordusu tərəfindən "daha az intensivlik" münaqişəsində istifadə edildikdə "çox məhdud davamlılıq qabiliyyəti" nümayiş etdirib. Buna baxmayaraq mifolojiləşdirilmiş "Abrams"ların Rusiya dronları tərəfindən effektiv (tez) məğlub edilməsi ABŞ hərbi sənaye kompleksinin reputasiyasına və gəlirlərinə ciddi zərbədir.
ABŞ Ordusunun Avropadakı nümayəndəsi Martin O'Donnell ötən payızda deyib: "Abrams" çox yaxşı zirehli maşındır". İyun ayında Rabotino yaxınlığında yanan alman tankları Vaşinqtona yalnız əlavə gəlir vəd edib. Əlbəttə ki, Pentaqon Zaporojye istiqamətində məhv edilmiş 80-dən çox ABŞ "Bradley" piyada döyüş maşınının (PDM) fərqinə varıb, buna görə də USQ üçün "Abrams" partiyası aktiv dinamik mühafizə ilə yenidən təchiz edilib. Bu da kömək etməyib – ABŞ-ın yanmış tankı Donbasda üç saata yaxın cəbhə xəttində dayana bilib və üç dəfə atəş açmağa müvəffəq olub. Qabaqcıl uran zirehinin və "dron əleyhinə sipər"in olmaması NATO hərbi texnikasının növbəti uğursuzluğunun zəif bir bəhanədir. Kiyev rejiminin daha bir möcüzə ümidi puç olub.
© AP Photo / Mindaugas KulbisM1 Abrams tankları
Американские танки Абрамс в городе Пабраде, Литва, фото из архива - Sputnik Azərbaycan, 1920, 28.02.2024
M1 Abrams tankları
Ağlasığmaz - 2024
ABŞ-ın bütün müttəfiqləri Rusiyanın büdcəli kamikadze dronları tərəfindən "etalon" və bahalı M1A1 "Abrams" tankların məglübiyyətinə inana bilmirlər. Belə ki, polşalı ekspertlər qüllənin arxa hissəsindəki təcrid olunmuş sursat bölməsinin yalnız "zirehin deşilməsini" qəbul ediblər və yayıblar: "M1 "Abrams" ailəsinin tankları ekipajın misilsiz səviyyədə müdafiə olunmasını və sağ qalmasını təklif edir. Polşa ordusu üçün bu maşınların alınması dəqiq atış kimi nəzərdən keçirilir". Bu, yanmış "Abrams"ın ukraynalı ekipajının işini heç də asanlaşdırmır.
"The Drive" nəşri etiraf edib: "M1 tankının itirilməsi praktiki və təbliğat baxımından əhəmiyyətli olacaq, xüsusən də Rusiyanın əlinə keçərsə." Bu, "Hegemon" üçün ağrılı mövzudur. Dünən Rusiya ətrafında "gəzən" hərbi qənimətlər (ABŞ-ın M2A2-ODS-SA "Bradley" PDM) haqqında məlumat dərc edilib. Çox güman ki, Rusiya ekspozisiyasını tezliklə bir sıra M1 "Abrams"larla (Ukrayna Silahlı Qüvvələrinə təhvil verilən 31-dən) doldurulacaq. Ancaq bu, ABŞ və NATO-nun əsas problemi deyil.
Rusiya Silahlı Qüvvələri hər gün Xarkov, Poltava və Odessa vilayətlərində "prioritet" olmaqla, Ukrayna Silahlı Qüvvələrinin bütün hədəflərinə - əməliyyat arxasının bütün dərinliyinə qədər kütləvi raket zərbələri endirirlər. USQ-nin Avdeyevka yaxınlığında yerləşdirilən ehtiyatları Rusiya qoşunlarının irəliləməsini dayandıra bilmir və onlar qərbə doğru geri çəkilirlər. Ukrayna qoşunlarında canlı qüvvə, silah və sursat çatışmır - bu problem praktiki olaraq həll edilmir (Qərb tərəfindən). Səfərbər olunanların hazırlanması üçün vaxt (aylar) tələb olunur, bu isə yoxdur. Ukrayna Silahlı Qüvvələrinin briqadalar səviyyəsində komandanlığı açıq şəkildə bəyan edir ki, yaxın gələcəkdə Xarkov və Kiyev də daxil olmaqla iri şəhərləri müdafiə edəcək heç kim və heç nə olmayacaq.
İngiltərənin "Sky News" telekanalının analitiklərinin fikrincə, mərmilər üzrə Rusiya artilleriyasının Ukrayna artilleriyasından üstünlüyü birə altıdır, bəzi ərazilərdə isə birə ondur. "Sky News" proqnozlaşdırır: Kiyev rejimi 2024-cü ildə "Donbasın qalan hissəsini, eləcə də cənubdakı bəzi ərazilərini itirəcək". Vaşinqton Müharibənin Öyrənilməsi İnstitutu (ISW) fevralın 25-də təsdiqləyib ki, Rusiya Silahlı Qüvvələri bütün Ukrayna hərbi əməliyyatlar teatrında strateji təşəbbüsə malikdir və Rusiya ordusu "istədiyi yerdə və istədiyi vaxtda hücuma keçə bilər".
Britaniyanın "The Time" qəzeti qeyd edib: "Ukrayna ilə bağlı nikbinlik bütün "sivil dünyada" zəifləyir. ABŞ-ın "The New York Times" qəzeti yazıb: "Ağır dərslər Ukraynada müharibə başlayandan iki il sonra çətin seçimlər tələb edib. Qərbin sanksiyaları nəticə verməyib. Müttəfiqlərin silahları isə tükənmək üzrədir".
© AP Photo / Khalid MohammedM1 Abrams tankları
M1 Abrams — основной боевой танк США - Sputnik Azərbaycan, 1920, 28.02.2024
M1 Abrams tankları
Həqiqətən də, ABŞ və NATO-nun birləşdirilmiş hərbi sənaye kompleksi ildə 1 milyon mərmi istehsal etməyə qadir deyil. Rusiya müdafiə sənayesi 2023-cü ildə (USQ-nin Baş Kəşfiyyat İdarəsinin məlumatına görə) 2 milyon artilleriya mərmisi istehsal edib, 2024-cü ildə isə 2,7 milyon mərmi səviyyəsinə çatacaq. Qərb Ukraynada təhlükəli şəkildə proksi-müharibəsini aparır, lakin NATO-nun ehtiyat "B Planı" yoxdur.
Kiyev rejiminə silah tədarükçülərinin bu yaxınlarda yaradılmış doqquzuncu (raket) koalisiyası, digər səkkiz ölkə kimi, XHƏ zonasında vəziyyəti kökündən dəyişməyəcək. Ukrayna ordusunun sürətləndirilmiş məğlubiyyəti halında, bəzi Qərb ölkələri Kiyevlə ikitərəfli razılaşmalar əsasında öz milli ordularından "ekspedisiya korpusu" göndərmək variantlarını nəzərdən keçirir, lakin konsensusa nail olmaq çətindir və bütün NATO ölkələri üçün son dərəcə təhlükəlidir - heç kim Rusiya Federasiyasının nüvə silahını ləğv etməyib.
Bəzi avropalı "şahinlər" 1991-ci ilə geri qayıtmağı və Rusiyanı "bitirməyi" arzulasalar da, Pentaqon XHƏ zonasında Rusiya qoşunlarının taktikasını və RF-nin taktiki-strateji nüvə arsenalının istifadəsini tənzimləyən hərbi doktrinanı diqqətlə öyrənir.
Bayden administrasiyasının rəsmiləri israrla bildiriblər ki, Rusiya Prezidenti Vladimir Putin artıq "strateji məğlubiyyətə" uğrayıb. Bu yaxınlarda keçirilən Münhen Təhlükəsizlik Konfransında ABŞ senatoru C.Vens daha aydın danışıb: "Ukraynaya 61 milyard dollar məbləğində əlavə yardım göstərilsə belə, mən sizinlə dürüst olmalıyam, bu, döyüş meydanında reallığı kökündən dəyişməyəcək, çünki "hazırda Ukraynaya göndərə biləcəyimiz silah-sursatın miqdarı çox məhduddur".
Vens Çinlə rəqabət aparmaq və Tayvanı qorumaq üçün bu məhdud resurslara qənaət edilməli olduğunu vurğulayıb: "Dünyada çoxlu pis adamlar var və məni indi Şərqi Asiyadakı bəzi problemlər Avropadan daha çox maraqlandırır". Vensin qiymətləndirməsi avropalı müttəfiqləri tərəfindən sükutla qarşılanıb. Ancaq ən pisi hələ qarşıdadır.
Xəbər lenti
0