https://sputnik.az/20240229/ceyhun-bayramov-turkiyeye-gedib-462961976.html
Ceyhun Bayramov Türkiyəyə gedib
Ceyhun Bayramov Türkiyəyə gedib
Sputnik Azərbaycan
"Türk dünyasında institusionallaşma: 21-ci əsrdə Türk Dövlətləri Təşkilatı" panelində çıxışı, eləcə də çoxsaylı ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə... 29.02.2024, Sputnik Azərbaycan
2024-02-29T17:54+0400
2024-02-29T17:54+0400
2024-02-29T17:54+0400
siyasət
ceyhun bayramov
türkiyə
https://cdnn1.img.sputnik.az/img/07e7/07/19/457130559_0:0:2919:1642_1920x0_80_0_0_0fa1f51212112273ccb812d3c7299f4c.jpg
BAKI, 29 fevral — Sputnik. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, səfər çərçivəsində Ceyhun Bayramovun Antalya Diplomatiya Forumunda iştirakı, "Türk dünyasında institusionallaşma: 21-ci əsrdə Türk Dövlətləri Təşkilatı" panelində çıxışı, eləcə də çoxsaylı ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur. Xatırladaq ki, 28-29 fevral 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında Almaniyanın paytaxtı Berlin şəhərində Villa Borsig-də danışıqlar aparılıb. XİN-dən verilən xəbərə görə, nazirlər və onların heyətləri arasında "Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş" layihəsinin müddəaları üzrə mövqelər müzakirə edilib. Bəzi əsas məsələlər üzrə əlavə işin davam etdirilməsinə ehtiyac olduğu qeyd edilib. Səfər çərçivəsində, nazirlər Almaniyanın xarici işlər naziri Annalena Berbok ilə görüşüblər. Nazir Ceyhun Bayramov Azərbaycan və Ermənistan arasında danışıqlara ev sahibliyi etdiyinə görə Almaniya tərəfinə minnətdarlıq ifadə edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/07/19/457130559_58:0:2787:2047_1920x0_80_0_0_d1f3186cd4dfe10df13708859aba480a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ceyhun bayramov, türkiyə
Ceyhun Bayramov Türkiyəyə gedib
"Türk dünyasında institusionallaşma: 21-ci əsrdə Türk Dövlətləri Təşkilatı" panelində çıxışı, eləcə də çoxsaylı ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.
BAKI, 29 fevral — Sputnik. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində Ceyhun Bayramovun Antalya Diplomatiya Forumunda iştirakı, "Türk dünyasında institusionallaşma: 21-ci əsrdə Türk Dövlətləri Təşkilatı" panelində çıxışı, eləcə də çoxsaylı ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.
Xatırladaq ki, 28-29 fevral 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında Almaniyanın paytaxtı Berlin şəhərində Villa Borsig-də danışıqlar aparılıb.
XİN-dən verilən xəbərə görə, nazirlər və onların heyətləri arasında "Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş" layihəsinin müddəaları üzrə mövqelər müzakirə edilib.
Bəzi əsas məsələlər üzrə əlavə işin davam etdirilməsinə ehtiyac olduğu qeyd edilib.
Səfər çərçivəsində, nazirlər Almaniyanın xarici işlər naziri Annalena Berbok ilə görüşüblər.
Nazir Ceyhun Bayramov Azərbaycan və Ermənistan arasında danışıqlara ev sahibliyi etdiyinə görə Almaniya tərəfinə minnətdarlıq ifadə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.