https://sputnik.az/20240228/rusiya-azerbaycan-erazisi-vasitesile-agroexpress-layihesini-yeniden-ise-salmaq-isteyir-462925296.html
Rusiya Azərbaycan ərazisi vasitəsilə "Agroexpress" layihəsini yenidən işə salmaq istəyir
Rusiya Azərbaycan ərazisi vasitəsilə "Agroexpress" layihəsini yenidən işə salmaq istəyir
Sputnik Azərbaycan
A.Kirillova vurğulayıb ki, Rusiya ilə Azərbaycan arasında dəmir yolu daşımaları hər zaman dinamik şəkildə inkişaf edib. 28.02.2024, Sputnik Azərbaycan
2024-02-28T22:16+0400
2024-02-28T22:16+0400
2024-02-28T22:16+0400
rusiya
cəmiyyət
azərbaycan dəmir yolları
dəmir yolu
https://cdnn1.img.sputnik.az/img/07e6/02/15/439399618_0:0:3640:2048_1920x0_80_0_0_fb2afd95b8c5ccc097c52d0f2e97c02c.jpg
BAKI, 28 fevral — Sputnik. "Rusiya Dəmir Yolları" Azərbaycanın tranzit ölkə kimi çıxış edəcəyi "Agroexpress" layihəsini yenidən işə salmağı planlaşdırır. Rusiya KİV-ləri xəbər verir ki, bunu Mineralnıye Vodıda keçirilən XII Rusiya-Azərbaycan regionlararası forumu çərçivəsində "Rusiya Dəmir Yolları" ASC-nin baş direktorunun müşaviri Alevtina Kirillova deyib. Onun sözlərinə görə, Azərbaycan ənənəvi olaraq Rusiyaya böyük həcmdə meyvə və tərəvəz ixrac edir: "Hətta bir zamanlar "Agroexpress" layihəsinə də start verilmişdi. Təəssüf ki, bu gün bu layihə gözlədiyimiz kimi fəal inkişaf etmir. Lakin biz Rusiyanın Şərqə üz tutmasını və Rusiya kənd təsərrüfatı məhsullarının yeni istehlakçılarının meydana çıxmasını nəzərə alaraq onu yenidən işə salmağı planlaşdırırıq". O qeyd edib ki, Azərbaycan bu məsələdə məhsulların tranziti rolunu oynayacaq və "Azərbaycan Dəmir Yolları" QSC əlavə tarif gəlirləri əldə edəcək. A.Kirillova vurğulayıb ki, Rusiya ilə Azərbaycan arasında dəmir yolu daşımaları hər zaman dinamik şəkildə inkişaf edib. Xatırladaq ki, 2022-ci ildə Azərbaycan-Rusiya İşgüzar Şurasının və Rusiya İxrac Mərkəzinin (RİM) dəstəyi ilə “Agroexpress” layihəsi çərçivəsində Azərbaycandan Rusiyaya ilk yük qatarı yola düşüb. İlk yük Rusiya bazarında böyük tələbat olan xurma olub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/15/439399618_455:0:3186:2048_1920x0_80_0_0_171cc2dca211b2d8d505cf6e9a1cba75.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya, azərbaycan dəmir yolları, dəmir yolu
rusiya, azərbaycan dəmir yolları, dəmir yolu
Rusiya Azərbaycan ərazisi vasitəsilə "Agroexpress" layihəsini yenidən işə salmaq istəyir
A.Kirillova vurğulayıb ki, Rusiya ilə Azərbaycan arasında dəmir yolu daşımaları hər zaman dinamik şəkildə inkişaf edib.
BAKI, 28 fevral — Sputnik. "Rusiya Dəmir Yolları" Azərbaycanın tranzit ölkə kimi çıxış edəcəyi "Agroexpress" layihəsini yenidən işə salmağı planlaşdırır.
Rusiya KİV-ləri xəbər verir ki, bunu Mineralnıye Vodıda keçirilən XII Rusiya-Azərbaycan regionlararası forumu çərçivəsində "Rusiya Dəmir Yolları" ASC-nin baş direktorunun müşaviri Alevtina Kirillova deyib.
Onun sözlərinə görə, Azərbaycan ənənəvi olaraq Rusiyaya böyük həcmdə meyvə və tərəvəz ixrac edir: "Hətta bir zamanlar "Agroexpress" layihəsinə də start verilmişdi. Təəssüf ki, bu gün bu layihə gözlədiyimiz kimi fəal inkişaf etmir. Lakin biz Rusiyanın Şərqə üz tutmasını və Rusiya kənd təsərrüfatı məhsullarının yeni istehlakçılarının meydana çıxmasını nəzərə alaraq onu yenidən işə salmağı planlaşdırırıq".
O qeyd edib ki, Azərbaycan bu məsələdə məhsulların tranziti rolunu oynayacaq və "Azərbaycan Dəmir Yolları" QSC əlavə tarif gəlirləri əldə edəcək.
A.Kirillova vurğulayıb ki, Rusiya ilə Azərbaycan arasında dəmir yolu daşımaları hər zaman dinamik şəkildə inkişaf edib.
Xatırladaq ki, 2022-ci ildə Azərbaycan-Rusiya İşgüzar Şurasının və Rusiya İxrac Mərkəzinin (RİM) dəstəyi ilə “Agroexpress” layihəsi çərçivəsində Azərbaycandan Rusiyaya ilk yük qatarı yola düşüb. İlk yük Rusiya bazarında böyük tələbat olan xurma olub.