https://sputnik.az/20240228/ne-pasinyan-bize-etimad-edir-ne-de-biz-pasinyana---munhen-gorusunden-netice-gozlenilmir-462918766.html
Nə Paşinyan bizə etimad edir, nə də biz Paşinyana - Berlin görüşündən nəticə gözlənilmir
Nə Paşinyan bizə etimad edir, nə də biz Paşinyana - Berlin görüşündən nəticə gözlənilmir
Sputnik Azərbaycan
Azərbaycan tərəfi bu görüşdə hər hansı konkret nəticələrin olmayacağını bilərək danışıqlara gedir. 28.02.2024, Sputnik Azərbaycan
2024-02-28T14:44+0400
2024-02-28T14:44+0400
2024-02-29T10:07+0400
siyasət
almaniya
ceyhun bayramov
ararat mirzoyan
olaf şolts
berlin
https://cdnn1.img.sputnik.az/img/07e8/02/1c/462917900_0:0:1200:676_1920x0_80_0_0_dac72610b08ca08a5f60c7ddd4905bd4.jpg
BAKI, 28 fevral — Sputnik. Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş keçirlir. Politoloq Elşən Manafov görüşdən gözləntilərini Sputnik Azərbaycan-la bölüşüb. Politoloq hesab edir ki, bu görüş mövcud problemlərin həlli istiqamətində hər hansı bir irəliləyişi təmin etməyəcək. Çünki bir müddət əvvəl Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycan tərəfinə etimad etmədiyini bildirib. O qeyd edib ki, tərəflər arasında uzun müddət gərginliyin davam etməsi etimadsızlığın əsas səbəblərindəndir: Qeyd edək ki, nazirlərin görüşü ilə bağlı razılıq Almaniya Kansleri Olaf Şoltsun təşkil etdiyi görüş çərçivəsində əldə edilmişdi. Hazırda Berlində davam edən görüşün nəticələri ilə bağlı fikirlər müxtəlifdir. Çünki Azərbaycan və Ermənistan arasında son günlər şərti sərhəddə atəşkəsin pozulması şəraitində baş tutan görüş tərəflər arasında gərginliyin yüksək olduğunu deməyə əsas verir. Ekspertlər hesab edirlər ki, Ermənistan tərəfinin Fransadan aldığı silahlar və Fransanın müdafiə naziri Lekornunun İrəvana səfəri Paşinyan administrasiyasının ritorikasında da dəyişiklik yaradıb. Fransa KİV-nə müsahibə verən Ermənistan baş nazirinin açıqlamaları göstərir ki, Ermənistan hökuməti Cənubi Qafqazda vəziyyəti gərginləşdirmək üçün xarici havadarlarından yeni təlimatlar alıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/02/1c/462917900_71:0:1138:800_1920x0_80_0_0_c4c92f6d094c9a05f572cb296f698f59.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
almaniya, ceyhun bayramov, ararat mirzoyan, olaf şolts, berlin
almaniya, ceyhun bayramov, ararat mirzoyan, olaf şolts, berlin
Nə Paşinyan bizə etimad edir, nə də biz Paşinyana - Berlin görüşündən nəticə gözlənilmir
14:44 28.02.2024 (Yenilənib: 10:07 29.02.2024) Azərbaycan tərəfi bu görüşdə hər hansı konkret nəticələrin olmayacağını bilərək danışıqlara gedir.
BAKI, 28 fevral — Sputnik. Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş keçirlir.
Politoloq Elşən Manafov görüşdən gözləntilərini Sputnik Azərbaycan-la bölüşüb.
Politoloq hesab edir ki, bu görüş mövcud problemlərin həlli istiqamətində hər hansı bir irəliləyişi təmin etməyəcək. Çünki bir müddət əvvəl Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycan tərəfinə etimad etmədiyini bildirib. O qeyd edib ki, tərəflər arasında uzun müddət gərginliyin davam etməsi etimadsızlığın əsas səbəblərindəndir:
"Hesab edirəm ki, Azərbaycan tərəfi də Paşinyana və onun komandasına etimad etmir. Bu cür etimadsızlıq şəraitində Qərbin vasitəçilik səylərinə baxmayaraq Berlin görüşündə hər hansı bir irəliləyişin olacağını gözləmirəm. Azərbaycan tərəfi bu görüşdə hər hasnı konkret nəticələrin olmayacağını bilərək danışıqlara gedir. Azərbaycan bununla göstərmək istəyir ki, istənilən halda danışıqlara hazırdır. Bu, ona görə edilir ki, Ermənistan Qərbdəki havadarları vasitəsilə Azərbaycanın danışıqlardan yayınması fikrini ortaya atmasın".
Qeyd edək ki, nazirlərin görüşü ilə bağlı razılıq Almaniya Kansleri Olaf Şoltsun təşkil etdiyi görüş çərçivəsində əldə edilmişdi.
Hazırda Berlində davam edən görüşün nəticələri ilə bağlı fikirlər müxtəlifdir. Çünki Azərbaycan və Ermənistan arasında son günlər şərti sərhəddə atəşkəsin pozulması şəraitində baş tutan görüş tərəflər arasında gərginliyin yüksək olduğunu deməyə əsas verir.
Ekspertlər hesab edirlər ki, Ermənistan tərəfinin Fransadan aldığı silahlar və Fransanın müdafiə naziri Lekornunun İrəvana səfəri Paşinyan administrasiyasının ritorikasında da dəyişiklik yaradıb. Fransa KİV-nə müsahibə verən Ermənistan baş nazirinin açıqlamaları göstərir ki, Ermənistan hökuməti Cənubi Qafqazda vəziyyəti gərginləşdirmək üçün xarici havadarlarından yeni təlimatlar alıb.