https://sputnik.az/20240228/mtk-sedrleri-anbarlarin-yuyulmasini-temin-etmirler---gigiyena-ve-epidemiologiya-merkezi-462918895.html
MTK sədrləri anbarların yuyulmasını təmin etmirlər - Gigiyena və Epidemiologiya Mərkəzi
MTK sədrləri anbarların yuyulmasını təmin etmirlər - Gigiyena və Epidemiologiya Mərkəzi
Sputnik Azərbaycan
Eldar Abdullayev deyib ki, təhsil müəssisələrinin anbarlarının yuyulmasını Elm və Təhsil Nazirliyi təmin etməlidir. 28.02.2024, Sputnik Azərbaycan
2024-02-28T21:50+0400
2024-02-28T21:50+0400
2024-02-28T21:50+0400
mtk
cəmiyyət
milli məclis
elm və təhsil nazirliyi
su
su anbarı
https://cdnn1.img.sputnik.az/img/40371/78/403717801_0:101:2001:1226_1920x0_80_0_0_9885d1b537e8b81a108e9c8a24885ca4.jpg
BAKI, 28 fevral — Sputnik. Binalara verilən su həmin mənzil-tikinti kooperativinin (MTK) anbarına verilir. Bunu Milli Məclisdə keçirilən "Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar" mövzusunda dinləmədə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Kommunal Gigiyena bölməsinin müdiri Eldar Abdullayev deyib. O bildirib ki, anbar MTK-nın tabeliyindədir: "Həmin MTK sədrləri anbarların yuyulmasını təmin etmirlər. Standarta görə isə həmin anbarlar ildə 1 dəfə yuyulmalıdır. Amma bu, təmin edilmir. MTK-larda monitorinq aparılmasına çətinlik törədilir, ancaq şikayət olanda bizim qurum MTK-larda monitorinq həyata keçirir". Eldar Abdullayev təhsil müəssisələrinin anbarlarının yuyulması ilə bağlı problemə də toxunub: "Bunu Elm və Təhsil Nazirliyi təmin etməlidir". Qeyd edək ki, fevralın 28-də Milli Məclisdə "Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar" mövzusunda ictimai dinləmə keçirilir. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin və Aqrar siyasət komitəsinin birgə təşkilatçılığı ilə keçirilən dinləmədə deputatlarla yanaşı, müvafiq dövlət orqanlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri, bu sahənin ekspertləri və digər aidiyyəti şəxslər iştirak edirlər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40371/78/403717801_51:0:1828:1333_1920x0_80_0_0_6aaae796f2cc83e7f9a812e809296850.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
mtk, milli məclis, elm və təhsil nazirliyi, su, su anbarı
mtk, milli məclis, elm və təhsil nazirliyi, su, su anbarı
MTK sədrləri anbarların yuyulmasını təmin etmirlər - Gigiyena və Epidemiologiya Mərkəzi
Eldar Abdullayev deyib ki, təhsil müəssisələrinin anbarlarının yuyulmasını Elm və Təhsil Nazirliyi təmin etməlidir.
BAKI, 28 fevral — Sputnik. Binalara verilən su həmin mənzil-tikinti kooperativinin (MTK) anbarına verilir.
Bunu Milli Məclisdə keçirilən "Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar" mövzusunda dinləmədə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Kommunal Gigiyena bölməsinin müdiri Eldar Abdullayev deyib.
O bildirib ki, anbar MTK-nın tabeliyindədir: "Həmin MTK sədrləri anbarların yuyulmasını təmin etmirlər. Standarta görə isə həmin anbarlar ildə 1 dəfə yuyulmalıdır. Amma bu, təmin edilmir. MTK-larda monitorinq aparılmasına çətinlik törədilir, ancaq şikayət olanda bizim qurum MTK-larda monitorinq həyata keçirir".
Eldar Abdullayev təhsil müəssisələrinin anbarlarının yuyulması ilə bağlı problemə də toxunub: "Bunu Elm və Təhsil Nazirliyi təmin etməlidir".
Qeyd edək ki, fevralın 28-də Milli Məclisdə "Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar" mövzusunda ictimai dinləmə keçirilir.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin və Aqrar siyasət komitəsinin birgə təşkilatçılığı ilə keçirilən dinləmədə deputatlarla yanaşı, müvafiq dövlət orqanlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri, bu sahənin ekspertləri və digər aidiyyəti şəxslər iştirak edirlər.