CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gəncədə xəstəxanada müalicə alan vərəm xəstələrinin sayının çox göstərildiyi üzə çıxıb

© AFP 2024 / DOUGLAS MAGNOXəstəxana
Xəstəxana - Sputnik Azərbaycan, 1920, 28.02.2024
Abunə olmaq
Tibbi xidmətlərin göstərilməsinə dair İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə xəstəxana arasında bağlanmış müqavilənin şərtlərinə əməl olunmayıb, xidmətlərin dəyəri gecikmələrlə ödənilib.
BAKI, 28 fevral — Sputnik. Gəncə Şəhər Birləşmiş Xəstəxanasının tabeliyində olan Z. Məmmədov adına xəstəxananın Vərəm şöbəsində stasionar şəraitdə müalicə alan xəstələrin sayı çox göstərilib.
Hesablama Palatasından verilən xəbərə görə, 2023-cü ilin 4 dekabr tarixində 33 nəfər xəstənin stasionar şəraitdə müalicə aldığı göstərilsə də, faktiki olaraq 14 nəfər, 15 dekabr tarixində 30 nəfər xəstə stasionar şəraitdə müalicə aldığı göstərilsə də, faktiki olaraq 17 nəfər olub, stasionar müalicədə olan vərəmli xəstələrin xəstəxananı tərk etmələri ilə bağlı şöbənin müdirinin müvafiq razılığı olmayıb.
Ümumilikdə auditin əhatə etdiyi illərdə Xidmətlər Zərfinə daxil olmayan digər xidmətlərin göstərilməsi, eləcə də müvafiq arayışların verilməsi ilə bağlı fiziki şəxslərdən əldə edilən gəlirlər artım dinamikasına malik olub, 2021-ci ildə bu istiqamətdə 175,1 min manat, 2022-ci ildə isə həmin illə müqayisədə 2,0 dəfə, 2023-cü ilin 9 ayı ərzində 2021-ci ilin göstəricindən 2,8 dəfə, 2022-ci ilin göstəricindən 1,4 dəfə çox vəsait daxil olub. Xəstəxananın müxtəlif mənbələrdən formalaşan daxilolmalarının artımı fonunda bu gəlirlər daha sürətli tempə malik olmuş, nəticədə pay göstəricisi yüksəlib.
Tibbi xidmətlərin göstərilməsinə dair İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə xəstəxana arasında bağlanmış müqavilənin şərtlərinə əməl olunmayıb, xidmətlərin dəyəri gecikmələrlə ödənilib. Belə ki, auditin əhatə etdiyi illərdə məlumatlar 2-3 ay gecikmə ilə təqdim olunaraq Agentlik tərəfindən 2-3 ay da əlavə olmaqla ekspertizadan keçirilib, hər ilin son 2 ayı üzrə göstərilmiş xidmətlər barədə məlumatın təqdim edilməsi, ekspertizadan keçirilməsi və ödənilməsi növbəti ildə həyata keçirilib.
Xəbər lenti
0