https://sputnik.az/20240228/erken-nikahla-bagli-merasimlere-gore-mesuliyyet-mueyyen-edilmelidir---dovlet-komitesi-462915732.html
Erkən nikahla bağlı mərasimlərə görə məsuliyyət müəyyən edilməlidir - Dövlət Komitəsi
Erkən nikahla bağlı mərasimlərə görə məsuliyyət müəyyən edilməlidir - Dövlət Komitəsi
Sputnik Azərbaycan
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi-Təminat şöbəsinin müdiri bildirib ki, nikah yaşının azaldılması ilə bağlı istisnanın ləğv... 28.02.2024, Sputnik Azərbaycan
2024-02-28T15:55+0400
2024-02-28T15:55+0400
2024-02-28T16:01+0400
nikah
cəmiyyət
erkən nikahlar
erkən nikah
"işıqlı gələcək üçün oxu: qız uşaqlarının təhsildən erkən ayrılmasının qarşısının alınmasına dair maarifləndirmə kampaniyasının və ictimai müzakirələrin təşkili" layihəsi
ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsi
https://cdnn1.img.sputnik.az/img/42435/83/424358320_0:214:2885:1836_1920x0_80_0_0_dbc192a0aadca569942dd2be75bb2cad.jpg
BAKI, 28 fevral — Sputnik. Erkən nikahlar (uşaq evlilikləri) birbaşa uşaq hüquqlarının pozulmasıdır. Bu halların qarşısının alınması və cəzalandırılması ilə bağlı mövcud qanunvericilik bazasının təkmilləşdirilməsi zəruridir. Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi-Təminat şöbəsinin müdiri Taliyə İbrahimova bildirib.Onun sözlərinə görə, nikah yaşının azaldılması ilə bağlı istisnanın ləğv edilməsi və erkən evliliklə nəticələnən mərasimlərin keçirilməsinə görə də məsuliyyətin müəyyən edilməsi təklif olunur. O deyib ki, 2022-ci ildə 18 yaşadək analar tərəfindən 2011 uşaq dünyaya gətirilib. 2021-ci illə müqayisədə 361 nəfər artım olub. Ən yüksək göstəricilər Qazax-Tovuz, Mərkəzi Aran və Qarabağ iqtisadi rayonlarında qeydə alınıb. Taliyə İbrahimova, həmçinin qeyd edib ki, Ailə Məcəlləsinə əsasən nikah yaşının 1 yaş azaldılması ilə bağlı yerli icra hakimiyyəti orqanları tərəfindən 271 qərar (Qazax-Tovuz və Mərkəzi Aran rayonları üstünlük təşkil edir) qəbul edilib: "Dövlət Komitəsinin yerli icra hakimiyyəti orqanlarından əldə etdiyi məlumata əsasən 2022-ci ildə 269 erkən evliliyin qarşısı alınıb. Cinayət Məcəlləsinin 176-1-ci maddəsi ilə yetkinlik yaşına çatmayan qızı nikaha məcbur etməyə görə isə 2023-cü ildə 1 cinayət işi açılıb".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42435/83/424358320_76:0:2807:2048_1920x0_80_0_0_501f009f98c0222cf88ab50556eace6c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
nikah, erkən nikahlar, erkən nikah, "işıqlı gələcək üçün oxu: qız uşaqlarının təhsildən erkən ayrılmasının qarşısının alınmasına dair maarifləndirmə kampaniyasının və ictimai müzakirələrin təşkili" layihəsi, ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsi
nikah, erkən nikahlar, erkən nikah, "işıqlı gələcək üçün oxu: qız uşaqlarının təhsildən erkən ayrılmasının qarşısının alınmasına dair maarifləndirmə kampaniyasının və ictimai müzakirələrin təşkili" layihəsi, ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsi
Erkən nikahla bağlı mərasimlərə görə məsuliyyət müəyyən edilməlidir - Dövlət Komitəsi
15:55 28.02.2024 (Yenilənib: 16:01 28.02.2024) Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi-Təminat şöbəsinin müdiri bildirib ki, nikah yaşının azaldılması ilə bağlı istisnanın ləğv edilməsi də təklif edilir.
BAKI, 28 fevral — Sputnik. Erkən nikahlar (uşaq evlilikləri) birbaşa uşaq hüquqlarının pozulmasıdır. Bu halların qarşısının alınması və cəzalandırılması ilə bağlı mövcud qanunvericilik bazasının təkmilləşdirilməsi zəruridir.
Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi-Təminat şöbəsinin müdiri Taliyə İbrahimova bildirib.
Onun sözlərinə görə, nikah yaşının azaldılması ilə bağlı istisnanın ləğv edilməsi və erkən evliliklə nəticələnən mərasimlərin keçirilməsinə görə də məsuliyyətin müəyyən edilməsi təklif olunur.
O deyib ki, 2022-ci ildə 18 yaşadək analar tərəfindən 2011 uşaq dünyaya gətirilib. 2021-ci illə müqayisədə 361 nəfər artım olub. Ən yüksək göstəricilər Qazax-Tovuz, Mərkəzi Aran və Qarabağ iqtisadi rayonlarında qeydə alınıb.
Taliyə İbrahimova, həmçinin qeyd edib ki, Ailə Məcəlləsinə əsasən nikah yaşının 1 yaş azaldılması ilə bağlı yerli icra hakimiyyəti orqanları tərəfindən 271 qərar (Qazax-Tovuz və Mərkəzi Aran rayonları üstünlük təşkil edir) qəbul edilib:
"Dövlət Komitəsinin yerli icra hakimiyyəti orqanlarından əldə etdiyi məlumata əsasən 2022-ci ildə 269 erkən evliliyin qarşısı alınıb. Cinayət Məcəlləsinin 176-1-ci maddəsi ilə yetkinlik yaşına çatmayan qızı nikaha məcbur etməyə görə isə 2023-cü ildə 1 cinayət işi açılıb".