https://sputnik.az/20240228/ehaliye-verilen-icmeli-su-hec-bir-dovlet-standartina-cavab-vermir---komite-sedri-462916128.html
Əhaliyə verilən içməli su heç bir dövlət standartına cavab vermir - Komitə sədri
Əhaliyə verilən içməli su heç bir dövlət standartına cavab vermir - Komitə sədri
Sputnik Azərbaycan
Sadiq Qurbanovun sözlərinə görə, laborator müayinələrin nəticələrinə əsasən ölkədə əhaliyə verilən içməli su kimyəvi və bakterioloji göstəricilərinə görə... 28.02.2024, Sputnik Azərbaycan
2024-02-28T14:00+0400
2024-02-28T14:00+0400
2024-02-28T15:43+0400
su
cəmiyyət
içməli su
türkiyənin enerji və təbii ehtiyatlar naziri
milli məclis
https://cdnn1.img.sputnik.az/img/42432/74/424327457_0:38:3077:1769_1920x0_80_0_0_e0ebe25632c54a066a5a032ae1bcda70.jpg
BAKI, 28 fevral — Sputnik. Ölkə əhalisinin təsərrüfat-içməli su təchizatına nəzarət məqsədi ilə bilavasitə respublikanın 61 şəhər və rayonlarının su təchizatı sistemlərindən götürülmüş və Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin laboratoriyasında il ərzində müayinə edilmiş 763 su nümunəsinin 0,7%-i (2022-ci ildə 1,2%) kimyəvi göstəricilərinə, 3,9%-i (2022-ci ildə 7,9%) bakterioloji göstəricilərinə görə dövlət standartlarının tələblərinə cavab verməyib. Bunu Milli Məclisdə "Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar" mövzusunda keçirilən dinləmədə parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bildirib. Komitə sədr bildirib ki, suyun keyfiyyəti ilə bağlı məsələ ürəkaçan deyil: "Bakı şəhəri üzrə mövcud olan 94 mərkəzi və məhəllədaxili su anbarlarının "Azərsu" ASC tərəfindən yuyulub zərərsizləşdirilməsi təmin edilib, bu tədbirlərdən sonra sanitariya nəzarəti zamanı laboratoriya müayinəsi üçün götürülmüş 112 su nümunəsindən 9,8 %-nin bakterioloji göstəriciləri qeyri-kafi olub, fiziki-kimyəvi göstəriciləri isə norma daxilində olub. Dövlət standartının tələblərinə uyğun gəlməyən nəticələr üzrə müvafiq tədbirlər görülüb, təkrar müayinələr aparılıb. Göstərilən müddət ərzində Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin laboratoriyasında ayrı-ayrılıqda müayinə olunmuş 473 (2022-ci ildə 402) su nümunəsinin 33%-i (2022-ci ildə 41,2%) fiziki-kimyəvi və 12%-i (2022-ci ildə 19,6%) bakterioloji göstəricilərinə görə dövlət standartlarının tələblərinə cavab verməyib". O bildirib ki, respublikada yerli su təchizatı mənbələri üzərində nəzarət tədbirlərinin həyat keçirilməsi məqsədilə respublikanın 16 rayonunda yerləşən 460 su mənbəyi laborator tədqiqat üsulunun tətbiqi ilə müayinə olunub: "Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin laboratoriyasında müayinə olunmuş 529 nümunədən 23,2%-i orqanoleptik, 11,8%-i kimyəvi, 40,3%-i bakterioloji göstəricilərinə görə dövlət standartlarının tələblərinə cavab verməyib. O cümlədən, Yevlax şəhərinin içməli su təchizatı ilə bağlı aparılmış müayinələr zamanı bir sıra nöqsan və çatışmazlıqlar aşkar edilib". "Regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramının qəbul edildiyi 2004-cü ildə Azərbaycanda içməli su ilə təminat 40 faiz səviyyəsində idi. Bu gün isə bu rəqəm 70 faizə çatıb. Bakı şəhərində içməli suyu davamlı şəkildə alan əhalinin sayı 29 faiz idi. Bu gün bu rəqəm təxminən 82 faizə çatıb. Regionlarda isə əhalinin içməli su ilə əhatə dairəsi cəmi 9 faiz idi. Bu gün bu rəqəm 63 faizdir. Bütün bunlar uğur göstəriciləridir”- o əlavə edib. Qeyd edək ki, fevralın 28-də Milli Məclisdə "Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar" mövzusunda ictimai dinləmə keçirilir. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin və Aqrar siyasət komitəsinin birgə təşkilatçılığı ilə keçirilən dinləmədə deputatlarla yanaşı, müvafiq dövlət orqanlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri, bu sahənin ekspertləri və digər aidiyyəti şəxslər iştirak edirlər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42432/74/424327457_232:0:2961:2047_1920x0_80_0_0_c8fb021fddb03865df6464aad85773c9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
su, içməli su, türkiyənin enerji və təbii ehtiyatlar naziri, milli məclis
su, içməli su, türkiyənin enerji və təbii ehtiyatlar naziri, milli məclis
Əhaliyə verilən içməli su heç bir dövlət standartına cavab vermir - Komitə sədri
14:00 28.02.2024 (Yenilənib: 15:43 28.02.2024) Sadiq Qurbanovun sözlərinə görə, laborator müayinələrin nəticələrinə əsasən ölkədə əhaliyə verilən içməli su kimyəvi və bakterioloji göstəricilərinə görə dövlət standartlarının tələblərinə cavab verməyib.
BAKI, 28 fevral — Sputnik. Ölkə əhalisinin təsərrüfat-içməli su təchizatına nəzarət məqsədi ilə bilavasitə respublikanın 61 şəhər və rayonlarının su təchizatı sistemlərindən götürülmüş və Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin laboratoriyasında il ərzində müayinə edilmiş 763 su nümunəsinin 0,7%-i (2022-ci ildə 1,2%) kimyəvi göstəricilərinə, 3,9%-i (2022-ci ildə 7,9%) bakterioloji göstəricilərinə görə dövlət standartlarının tələblərinə cavab verməyib.
Bunu Milli Məclisdə "Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar" mövzusunda keçirilən dinləmədə parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bildirib.
Komitə sədr bildirib ki, suyun keyfiyyəti ilə bağlı məsələ ürəkaçan deyil:
"Bakı şəhəri üzrə mövcud olan 94 mərkəzi və məhəllədaxili su anbarlarının "Azərsu" ASC tərəfindən yuyulub zərərsizləşdirilməsi təmin edilib, bu tədbirlərdən sonra sanitariya nəzarəti zamanı laboratoriya müayinəsi üçün götürülmüş 112 su nümunəsindən 9,8 %-nin bakterioloji göstəriciləri qeyri-kafi olub, fiziki-kimyəvi göstəriciləri isə norma daxilində olub. Dövlət standartının tələblərinə uyğun gəlməyən nəticələr üzrə müvafiq tədbirlər görülüb, təkrar müayinələr aparılıb. Göstərilən müddət ərzində Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin laboratoriyasında ayrı-ayrılıqda müayinə olunmuş 473 (2022-ci ildə 402) su nümunəsinin 33%-i (2022-ci ildə 41,2%) fiziki-kimyəvi və 12%-i (2022-ci ildə 19,6%) bakterioloji göstəricilərinə görə dövlət standartlarının tələblərinə cavab verməyib".
O bildirib ki, respublikada yerli su təchizatı mənbələri üzərində nəzarət tədbirlərinin həyat keçirilməsi məqsədilə respublikanın 16 rayonunda yerləşən 460 su mənbəyi laborator tədqiqat üsulunun tətbiqi ilə müayinə olunub:
"Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin laboratoriyasında müayinə olunmuş 529 nümunədən 23,2%-i orqanoleptik, 11,8%-i kimyəvi, 40,3%-i bakterioloji göstəricilərinə görə dövlət standartlarının tələblərinə cavab verməyib. O cümlədən, Yevlax şəhərinin içməli su təchizatı ilə bağlı aparılmış müayinələr zamanı bir sıra nöqsan və çatışmazlıqlar aşkar edilib".
"Regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramının qəbul edildiyi 2004-cü ildə Azərbaycanda içməli su ilə təminat 40 faiz səviyyəsində idi. Bu gün isə bu rəqəm 70 faizə çatıb. Bakı şəhərində içməli suyu davamlı şəkildə alan əhalinin sayı 29 faiz idi. Bu gün bu rəqəm təxminən 82 faizə çatıb. Regionlarda isə əhalinin içməli su ilə əhatə dairəsi cəmi 9 faiz idi. Bu gün bu rəqəm 63 faizdir. Bütün bunlar uğur göstəriciləridir”- o əlavə edib.
Qeyd edək ki, fevralın 28-də Milli Məclisdə "Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar" mövzusunda ictimai dinləmə keçirilir.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin və Aqrar siyasət komitəsinin birgə təşkilatçılığı ilə keçirilən dinləmədə deputatlarla yanaşı, müvafiq dövlət orqanlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri, bu sahənin ekspertləri və digər aidiyyəti şəxslər iştirak edirlər.