https://sputnik.az/20240228/cagirisci-hekimler-istifade-edilmeyen-narkotikleri-novbe-deyismesinde-tehvil-vermeyib-462925889.html
Çağırışçı həkimlər istifadə edilməyən narkotikləri növbə dəyişməsində təhvil verməyib
Çağırışçı həkimlər istifadə edilməyən narkotikləri növbə dəyişməsində təhvil verməyib
Sputnik Azərbaycan
Hesablama Palatası Gəncə Şəhər Birləşmiş Xəstəxanasında aparılmış auditə dair məlumat yayıb. 28.02.2024, Sputnik Azərbaycan
2024-02-28T19:59+0400
2024-02-28T19:59+0400
2024-02-28T19:59+0400
həkim
cəmiyyət
əmək məcəlləsi
gəncə şəhəri
narkotik
narkotik maddə
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/1c/425830080_0:0:3123:1757_1920x0_80_0_0_758021ab3d671782075f6e9a76a3862f.jpg
BAKI, 28 fevral — Sputnik. Gəncə Şəhər Birləşmiş Xəstəxanasının Təcili Təxirəsalınmaz Tibbi Yardım Şöbəsinin aptek otağında saxlanılan narkotik vasitələrin miqdarı göstərilən tələbata uyğun olmayıb, çağırışçı həkimlər tərəfindən tələbnamə əsasında götürülən narkotik vasitələrin, istifadə olunmadığı halda, növbənin dəyişməsi zamanı təhvil-təslim edilmədiyi, narkotik vasitələrin üzərində nəzarətin qanunvericiliyin tələblərinə uyğun təşkil edilmədiyi müəyyən edilib. Bu, Hesablama Palatasının 2023-cü ilin iş planına əsasən Gəncə Şəhər Birləşmiş Xəstəxanasında həyata keçirdiyi auditin nəticələrində yer alıb. Eyni zamanda, laboratoriya müayinə sənədləri olmadan analıq və terapevtik xəstəlik məzuniyyəti üçün xəstəlik vərəqələri verilib, bəzi hallarda verilmiş xəstəlik vərəqinin müddəti ilə elektron sistem üzrə məlumatlar uyğun olmayıb, hamiləliyə görə analıq məzuniyyəti vərəqi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələbləri pozularaq gecikmə ilə verilməsi halları müəyyən edilib. Eləcə də, 1 halda 10 ay ərzində psixotrop hesab edilən 2 dərman 10 dəfə təyin edilib. 2023-cü ilin iş planına əsasən həyata keçirilmiş audit Gəncə Şəhər Birləşmiş Xəstəxanası tərəfindən dövlət vəsaitinin və digər dövlət əmlakının istifadə olunmasının hüquqi aktlara uyğunluğunun qiymətləndirilməsi məqsədi daşıyıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/1c/425830080_392:0:3123:2048_1920x0_80_0_0_b9be02a05e5ab2e6e23a4555c6b6ccbb.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
həkim, əmək məcəlləsi, gəncə şəhəri, narkotik, narkotik maddə
həkim, əmək məcəlləsi, gəncə şəhəri, narkotik, narkotik maddə
Çağırışçı həkimlər istifadə edilməyən narkotikləri növbə dəyişməsində təhvil verməyib
Hesablama Palatası Gəncə Şəhər Birləşmiş Xəstəxanasında aparılmış auditə dair məlumat yayıb.
BAKI, 28 fevral — Sputnik. Gəncə Şəhər Birləşmiş Xəstəxanasının Təcili Təxirəsalınmaz Tibbi Yardım Şöbəsinin aptek otağında saxlanılan narkotik vasitələrin miqdarı göstərilən tələbata uyğun olmayıb, çağırışçı həkimlər tərəfindən tələbnamə əsasında götürülən narkotik vasitələrin, istifadə olunmadığı halda, növbənin dəyişməsi zamanı təhvil-təslim edilmədiyi, narkotik vasitələrin üzərində nəzarətin qanunvericiliyin tələblərinə uyğun təşkil edilmədiyi müəyyən edilib.
Bu, Hesablama Palatasının 2023-cü ilin iş planına əsasən Gəncə Şəhər Birləşmiş Xəstəxanasında həyata keçirdiyi auditin nəticələrində yer alıb.
Eyni zamanda, laboratoriya müayinə sənədləri olmadan analıq və terapevtik xəstəlik məzuniyyəti üçün xəstəlik vərəqələri verilib, bəzi hallarda verilmiş xəstəlik vərəqinin müddəti ilə elektron sistem üzrə məlumatlar uyğun olmayıb, hamiləliyə görə analıq məzuniyyəti vərəqi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələbləri pozularaq gecikmə ilə verilməsi halları müəyyən edilib. Eləcə də, 1 halda 10 ay ərzində psixotrop hesab edilən 2 dərman 10 dəfə təyin edilib.
2023-cü ilin iş planına əsasən həyata keçirilmiş audit Gəncə Şəhər Birləşmiş Xəstəxanası tərəfindən dövlət vəsaitinin və digər dövlət əmlakının istifadə olunmasının hüquqi aktlara uyğunluğunun qiymətləndirilməsi məqsədi daşıyıb.