https://sputnik.az/20240228/azerbaycanda-su-qitligi-neden-yaranir-462915855.html
Azərbaycanda su qıtlığı nədən yaranır?
Azərbaycanda su qıtlığı nədən yaranır?
Sputnik Azərbaycan
Komitə sədri bildirib ki, Azərbaycana Kür çayı vasitəsilə daxil olan suların çox hissəsi Gürcüstan və Ermənistan ərazisində formalaşır. 28.02.2024, Sputnik Azərbaycan
2024-02-28T16:56+0400
2024-02-28T16:56+0400
2024-02-28T17:00+0400
su
cəmiyyət
milli məclis
ekologiya və təbii sərvətlər nazirliyinin (etsn) milli hidrometeorologiya departamenti
cənubi qafqaz
kür çayı
araz
https://cdnn1.img.sputnik.az/img/42179/37/421793721_38:0:1000:541_1920x0_80_0_0_880844ba6e12ce1c9cc1937f7de20f7b.jpg
BAKI, 28 fevral — Sputnik. Cənubi Qafqazdakı ümumi su ehtiyatının 62 faizi Gürcüstanın, 28 faizi Ermənistanın, 10 faizi isə Azərbaycanın payına düşür. Orta illik yerüstü su ehtiyatı isə 32,3 milyard kubmetrdir. Bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Milli Məclisdə "Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar" mövzusunda ictimai dinləmədə deyib. Komitə sədr bildirib ki, respublikamızın ərazisinin dörddə üç hissəsi Kür çayı hövzəsinə düşür və bu çay ölkə əhalisi üçün əsas içməli su mənbəyidir: "Azərbaycana Kür çayı vasitəsilə daxil olan suların çox hissəsi Gürcüstan və Ermənistan ərazisində formalaşır. Təəssüf ki, bu sular da qonşu ölkələr tərəfindən daim çirkləndirilir. Ermənistan və Gürcüstan hələ də Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Konvensiyaya qoşulmayıb. Azərbaycan isə bu sahədə 17 müxtəlif beynəlxalq konvensiyanın, o cümlədən transsərhəd suların mühafizəsi üzrə konvensiyanın iştirakçısıdır. Şirin su ehtiyatlarımızın kiçik bir qismi də Araz çayı hesabına formalaşır ki, bu da İran və Ermənistan tərəfindən çirkləndirilir. Şimaldan-Rusiyanın Dağıstan ərazisindən gələn Samur çayı da normalara uyğun deyil". O bildirib ki, proqnozlara görə ölkəmizin ərazisində 2040-cı ilə kimi çayların sululuğunun orta hesabla 15-25 faiz azalma ehtimalı var: "2070-ci ilə qədər isə həmin göstəricinin 20-25 faiz olması gözlənilir. Ölkəmizdə su qıtlığını yaradan digər bir amil isə suya olan tələbatın getdikcə artmasıdır. Suvarma üçün əkilən ərazilərin sahəsi ümumiyyətlə 70 faizdən çox artıb. Başqa bir amil isə su itkiləridir. Çox təəssüf ki, götürdüyümüz suyun istifadəsi zamanı 50 faizə yaxını itkiyə gedir. Torpaqlarımızın şoranlaşmasında da su itkilərinin xüsusi payı var". "Bu məsələdə obyektiv və subyektiv səbəblər var. Başqa bir misal, sayğaclaşma hələ də başa çatmayıb, 90 faizdir. Bu səbəbdən abonentlərə verilən su adambaşı kvota ilə hesablanır, yəni bir nəfərə 5 kub su hesablanır" - o əlavə edib. Qeyd edək ki, fevralın 28-də Milli Məclisdə "Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar" mövzusunda ictimai dinləmə keçirilir. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin və Aqrar siyasət komitəsinin birgə təşkilatçılığı ilə keçirilən dinləmədə deputatlarla yanaşı, müvafiq dövlət orqanlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri, bu sahənin ekspertləri və digər aidiyyəti şəxslər iştirak edirlər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42179/37/421793721_178:0:899:541_1920x0_80_0_0_63bced7d459ed7d1c9c56bf1df471959.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
su, milli məclis, ekologiya və təbii sərvətlər nazirliyinin (etsn) milli hidrometeorologiya departamenti, cənubi qafqaz, kür çayı, araz
su, milli məclis, ekologiya və təbii sərvətlər nazirliyinin (etsn) milli hidrometeorologiya departamenti, cənubi qafqaz, kür çayı, araz
Azərbaycanda su qıtlığı nədən yaranır?
16:56 28.02.2024 (Yenilənib: 17:00 28.02.2024) Komitə sədri bildirib ki, Azərbaycana Kür çayı vasitəsilə daxil olan suların çox hissəsi Gürcüstan və Ermənistan ərazisində formalaşır.
BAKI, 28 fevral — Sputnik. Cənubi Qafqazdakı ümumi su ehtiyatının 62 faizi Gürcüstanın, 28 faizi Ermənistanın, 10 faizi isə Azərbaycanın payına düşür. Orta illik yerüstü su ehtiyatı isə 32,3 milyard kubmetrdir.
Bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Milli Məclisdə "Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar" mövzusunda ictimai dinləmədə deyib.
Komitə sədr bildirib ki, respublikamızın ərazisinin dörddə üç hissəsi Kür çayı hövzəsinə düşür və bu çay ölkə əhalisi üçün əsas içməli su mənbəyidir:
"Azərbaycana Kür çayı vasitəsilə daxil olan suların çox hissəsi Gürcüstan və Ermənistan ərazisində formalaşır. Təəssüf ki, bu sular da qonşu ölkələr tərəfindən daim çirkləndirilir. Ermənistan və Gürcüstan hələ də Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Konvensiyaya qoşulmayıb. Azərbaycan isə bu sahədə 17 müxtəlif beynəlxalq konvensiyanın, o cümlədən transsərhəd suların mühafizəsi üzrə konvensiyanın iştirakçısıdır. Şirin su ehtiyatlarımızın kiçik bir qismi də Araz çayı hesabına formalaşır ki, bu da İran və Ermənistan tərəfindən çirkləndirilir. Şimaldan-Rusiyanın Dağıstan ərazisindən gələn Samur çayı da normalara uyğun deyil".
O bildirib ki, proqnozlara görə ölkəmizin ərazisində 2040-cı ilə kimi çayların sululuğunun orta hesabla 15-25 faiz azalma ehtimalı var: "2070-ci ilə qədər isə həmin göstəricinin 20-25 faiz olması gözlənilir. Ölkəmizdə su qıtlığını yaradan digər bir amil isə suya olan tələbatın getdikcə artmasıdır. Suvarma üçün əkilən ərazilərin sahəsi ümumiyyətlə 70 faizdən çox artıb. Başqa bir amil isə su itkiləridir. Çox təəssüf ki, götürdüyümüz suyun istifadəsi zamanı 50 faizə yaxını itkiyə gedir. Torpaqlarımızın şoranlaşmasında da su itkilərinin xüsusi payı var".
"Bu məsələdə obyektiv və subyektiv səbəblər var. Başqa bir misal, sayğaclaşma hələ də başa çatmayıb, 90 faizdir. Bu səbəbdən abonentlərə verilən su adambaşı kvota ilə hesablanır, yəni bir nəfərə 5 kub su hesablanır" - o əlavə edib.
Qeyd edək ki, fevralın 28-də Milli Məclisdə "Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar" mövzusunda ictimai dinləmə keçirilir.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin və Aqrar siyasət komitəsinin birgə təşkilatçılığı ilə keçirilən dinləmədə deputatlarla yanaşı, müvafiq dövlət orqanlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri, bu sahənin ekspertləri və digər aidiyyəti şəxslər iştirak edirlər.