https://sputnik.az/20240228/azerbaycan-ve-ermenistan-xn-rehberlerinin-gorus-vaxti-aciqlandi-462886382.html
Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü üçtərəfli formatda davam edir
Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü üçtərəfli formatda davam edir
Sputnik Azərbaycan
Görüş "Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli saziş"in müzakirəsi istiqamətində keçirilir. 28.02.2024, Sputnik Azərbaycan
2024-02-28T17:50+0400
2024-02-28T17:50+0400
2024-02-28T21:56+0400
ceyhun bayramov
siyasət
ararat mirzoyan
görüş
abş dövlət departamenti
dövlət departamenti
https://cdnn1.img.sputnik.az/img/07e8/02/1c/462927582_0:63:1200:738_1920x0_80_0_0_37e1d09a6921de8c7c4cdb276cdd9489.jpg
BAKI, 28 fevral — Sputnik. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Berlindəki görüşü üçtərəfli formatda davam edir.Bu gün Berlində danışıqlardan sonra Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramov, Ermənistan XİN rəhbəri Ararat Mirzoyan və Almaniya XİN rəhbəri Annalena Berbok arasında üçtərəfli formatda davam edir.***Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Berlində görüşü başlayıb. Görüş "Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli saziş"in müzakirəsi istiqamətində keçirilir. Xatırladaq ki, fevralın 27-də Ceyhun Bayramov Almaniyaya işgüzar səfərə yola düşüb. Səfər çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında "Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli saziş" layihəsi üzrə danışıqların növbəti raundunun, habelə Almaniyanın rəsmi şəxsləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulub. ***ABŞ Dövlət Departamenti XİN rəhbərlərinin görüşünü şərh etməkdən yayınıbABŞ-nin Dövlət Departamenti Azərabaycanın xarici işlər naziri Ceyhun Bayramov və ermənistanlı həmkarı Ararat Mirzoyanın Almaniyanın paytaxtı Berlində keçirilməsi nəzərdə tutulan görüşünü şərh etməyib.Dövlət Departamentinin mətbuat katibi Metyu Miller ona verilmiş müvafiq sualı açıqlamasız buraxaraq tərəfləri “uzunmüddətli razılığa gəlməyə” çağırmaqla kifayətlənib.“Xarici işlər nazirləri sabah Berlində görüşəcəklər. Bilirəm ki, Katib [Entoni Blinken] dekabr ayından onları burada, Vaşinqtonda, istəyirdi. Bu, Vaşinqton prosesinin sonu deməkdirmi? Bundan başqa, sabahkı (bu gün, fevralın 28-də - red.) görüşdən gözləntiniz nədir?” – jurnalist sözçüyə brifinqdə sual ünvanlayıb.“Heç bir anonsum yoxdur, sadəcə biz hər iki tərəfi davamlı, uzunmüddətli razılaşma əldə etməyə çalışmağa təşviq etməyə davam edirik” – mətbuat katibi cavab verib.Xatırladaq ki, fevralın 28-29-da Almaniyanın paytaxtı Berlində Azərbaycan və Ermənistan XİN başçıları Ceyhun Bayramovla Ararat Mirzoyan arasında görüş olacaq.Fevralın 27-də Ceyhun Bayramov Almaniyaya işgüzar səfərə yola düşüb. Səfər çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli saziş” layihəsi üzrə danışıqların növbəti raundunun, habelə Almaniyanın rəsmi şəxsləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulub.26.02.24, 16:56Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüş vaxtı açıqlandıErmənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü fevralın 28-29-da Berlində baş tutacaq. Bu barədə TASS-a Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib. Bu açıqlamadan əvvəl isə Ermənistan Baş naziri Nikol Paşinyan Almaniya Bundestaqının hüquq məsələləri üzrə komissiyasının rəhbəri Elizabet Vinkelmeyer-Bekerin başçılıq etdiyi Almaniya nümayəndə heyəti ilə görüşüb. Paşinyan Almaniya kansleri Olaf Şoltsun Ermənistanla Azərbaycan arasında sülh prosesi çərçivəsində töhfəsini qeyd edib. Baş nazir Ermənistanda demokratik islahatlar məsələsində, eləcə də Cənubi Qafqazda sabitliyin və sülhün təmin olunmasında Berlinin köməyinə də diqqət çəkib. Xatırladaq ki, Almaniya kansleri Olaf Şoltsun vasitəçiliyi ilə fevralın 17-də Münhendə Ermənistan və Azərbaycan liderləri arasında danışıqlar baş tutub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/02/1c/462927582_67:0:1134:800_1920x0_80_0_0_104faed7f11b546c27f39259bf311dbb.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ceyhun bayramov, ararat mirzoyan, görüş, abş dövlət departamenti, dövlət departamenti
ceyhun bayramov, ararat mirzoyan, görüş, abş dövlət departamenti, dövlət departamenti
Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü üçtərəfli formatda davam edir
17:50 28.02.2024 (Yenilənib: 21:56 28.02.2024) Görüş "Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli saziş"in müzakirəsi istiqamətində keçirilir.
BAKI, 28 fevral — Sputnik. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Berlindəki görüşü üçtərəfli formatda davam edir.
Bu gün Berlində danışıqlardan sonra Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramov, Ermənistan XİN rəhbəri Ararat Mirzoyan və Almaniya XİN rəhbəri Annalena Berbok arasında üçtərəfli formatda davam edir.
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Berlində görüşü başlayıb.
Görüş "Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli saziş"in müzakirəsi istiqamətində keçirilir.
Xatırladaq ki, fevralın 27-də Ceyhun Bayramov Almaniyaya işgüzar səfərə yola düşüb. Səfər çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında "Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli saziş" layihəsi üzrə danışıqların növbəti raundunun, habelə Almaniyanın rəsmi şəxsləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulub.
ABŞ Dövlət Departamenti XİN rəhbərlərinin görüşünü şərh etməkdən yayınıb
ABŞ-nin Dövlət Departamenti Azərabaycanın xarici işlər naziri Ceyhun Bayramov və ermənistanlı həmkarı Ararat Mirzoyanın Almaniyanın paytaxtı Berlində keçirilməsi nəzərdə tutulan görüşünü şərh etməyib.
Dövlət Departamentinin mətbuat katibi Metyu Miller ona verilmiş müvafiq sualı açıqlamasız buraxaraq tərəfləri “uzunmüddətli razılığa gəlməyə” çağırmaqla kifayətlənib.
“Xarici işlər nazirləri sabah Berlində görüşəcəklər. Bilirəm ki, Katib [Entoni Blinken] dekabr ayından onları burada, Vaşinqtonda, istəyirdi. Bu, Vaşinqton prosesinin sonu deməkdirmi? Bundan başqa, sabahkı (bu gün, fevralın 28-də - red.) görüşdən gözləntiniz nədir?” – jurnalist sözçüyə brifinqdə sual ünvanlayıb.
“Heç bir anonsum yoxdur, sadəcə biz hər iki tərəfi davamlı, uzunmüddətli razılaşma əldə etməyə çalışmağa təşviq etməyə davam edirik” – mətbuat katibi cavab verib.
Xatırladaq ki, fevralın 28-29-da Almaniyanın paytaxtı Berlində Azərbaycan və Ermənistan XİN başçıları Ceyhun Bayramovla Ararat Mirzoyan arasında görüş olacaq.
Fevralın 27-də Ceyhun Bayramov Almaniyaya işgüzar səfərə yola düşüb. Səfər çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli saziş” layihəsi üzrə danışıqların növbəti raundunun, habelə Almaniyanın rəsmi şəxsləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulub.
Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüş vaxtı açıqlandı
Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü fevralın 28-29-da Berlində baş tutacaq. Bu barədə TASS-a Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib.
"Münhendə keçirilən üçtərəfli görüşdə əldə olunmuş razılığa əsasən, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin nümayəndə heyətlərinin görüşü fevralın 28-29-da Berlində baş tutacaq" - o qeyd edib.
Bu açıqlamadan əvvəl isə Ermənistan Baş naziri Nikol Paşinyan Almaniya Bundestaqının hüquq məsələləri üzrə komissiyasının rəhbəri Elizabet Vinkelmeyer-Bekerin başçılıq etdiyi Almaniya nümayəndə heyəti ilə görüşüb. Paşinyan Almaniya kansleri Olaf Şoltsun Ermənistanla Azərbaycan arasında sülh prosesi çərçivəsində töhfəsini qeyd edib.
Baş nazir Ermənistanda demokratik islahatlar məsələsində, eləcə də Cənubi Qafqazda sabitliyin və sülhün təmin olunmasında Berlinin köməyinə də diqqət çəkib.
Xatırladaq ki, Almaniya kansleri Olaf Şoltsun vasitəçiliyi ilə fevralın 17-də Münhendə Ermənistan və Azərbaycan liderləri arasında danışıqlar baş tutub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.