https://sputnik.az/20240227/yeni-edliyye-naziri-teyin-edilib-462898108.html
Yeni ədliyyə naziri təyin edilib
Yeni ədliyyə naziri təyin edilib
Sputnik Azərbaycan
Bundan öncə Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov olub. 27.02.2024, Sputnik Azərbaycan
2024-02-27T12:16+0400
2024-02-27T12:16+0400
2024-02-27T12:32+0400
azərbaycan xəbərləri
ədliyyə nazirliyi
ədliyyə naziri
prezident ilham əliyevin sərəncamı
sərəncam
sərəncam
ədliyyə naziri fikrət məmmədov
fikrət məmmədov
fikrət məmmədov
https://cdnn1.img.sputnik.az/img/40941/95/409419544_38:0:1000:541_1920x0_80_0_0_6ba9e2ddc943f33a31fadba294c97aa6.jpg
BAKI, 27 fevral - Sputnik. Fərid Turab oğlu Əhmədov Azərbaycan Respublikasının ədliyyə naziri təyin edilib.Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.Qeyd edək ki, Fərid Əhmədov 1979-cu ildə Bakıda anadan olub. 2000-ci ildə Bakı Dövlət Universitetində (BDU) hüquqşünaslıq ixtisası üzrə bakalavr, 2002-ci ildə Beynəlxalq hüquq üzrə magistr təhsilini bitirib. 2003-cü ildə “Chevening” təqaüdçüsü olaraq İngiltərənin Esseks Universitetində beynəlxalq insan hüquqları ixtisası üzrə magistr dərəcəsi alıb. 2009-cu ildə doktorantura pilləsi üzrə təhsilini almaq məqsədilə İngiltərənin Oksford Universitetinə “Weidenfeld” təqaüdçüsü olaraq daxil olub. 2016-cı ildə Oksford Universitetinin hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.2006-2007-ci illərdə Milli Məclis Aparatının İnzibati və Hərbi qanunvericilik şöbəsində məsləhətçi vəzifəsində çalışıb. 2015-2017-ci illərdə “Azərbaycan” Universitetinin rektoru olub. 2017-2020-ci illərdə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də baş direktorun müavini vəzifəsində çalışıb.2021-ci ildə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müşaviri təyin edilib. Prezident İlham Əliyevin 2022-ci il 24 may tarixli sərəncamı ilə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilmişdi.Xatırladaq ki, bundan öncə Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov olub. O, 2000-ci il aprelin 19-dan 2024-cü il fevralın 14-dək həmin vəzifədə çalışıb. Fevralın 16-dan ədliyyə naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası ədliyyə nazirinin müavini Azər Cəfərova həvalə olunmuşdu.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40941/95/409419544_279:0:1000:541_1920x0_80_0_0_8ef2fe32937c754cf20ed855947967f8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ədliyyə nazirliyi, ədliyyə naziri, prezident ilham əliyevin sərəncamı, sərəncam, sərəncam, ədliyyə naziri fikrət məmmədov, fikrət məmmədov, fikrət məmmədov
ədliyyə nazirliyi, ədliyyə naziri, prezident ilham əliyevin sərəncamı, sərəncam, sərəncam, ədliyyə naziri fikrət məmmədov, fikrət məmmədov, fikrət məmmədov
Yeni ədliyyə naziri təyin edilib
12:16 27.02.2024 (Yenilənib: 12:32 27.02.2024) Bundan öncə Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov olub.
BAKI, 27 fevral - Sputnik. Fərid Turab oğlu Əhmədov Azərbaycan Respublikasının ədliyyə naziri təyin edilib.
Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Qeyd edək ki, Fərid Əhmədov 1979-cu ildə Bakıda anadan olub. 2000-ci ildə Bakı Dövlət Universitetində (BDU) hüquqşünaslıq ixtisası üzrə bakalavr, 2002-ci ildə Beynəlxalq hüquq üzrə magistr təhsilini bitirib. 2003-cü ildə “Chevening” təqaüdçüsü olaraq İngiltərənin Esseks Universitetində beynəlxalq insan hüquqları ixtisası üzrə magistr dərəcəsi alıb. 2009-cu ildə doktorantura pilləsi üzrə təhsilini almaq məqsədilə İngiltərənin Oksford Universitetinə “Weidenfeld” təqaüdçüsü olaraq daxil olub. 2016-cı ildə Oksford Universitetinin hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.
2006-2007-ci illərdə Milli Məclis Aparatının İnzibati və Hərbi qanunvericilik şöbəsində məsləhətçi vəzifəsində çalışıb. 2015-2017-ci illərdə “Azərbaycan” Universitetinin rektoru olub. 2017-2020-ci illərdə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də baş direktorun müavini vəzifəsində çalışıb.
2021-ci ildə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müşaviri təyin edilib. Prezident İlham Əliyevin 2022-ci il 24 may tarixli sərəncamı ilə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilmişdi.
Xatırladaq ki, bundan öncə Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov olub. O, 2000-ci il aprelin 19-dan 2024-cü il fevralın 14-dək həmin vəzifədə çalışıb. Fevralın 16-dan ədliyyə naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası ədliyyə nazirinin müavini Azər Cəfərova həvalə olunmuşdu.