CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 27 fevral – FOTO

© Sputnik / Elnur Salayev27 fevral
27 fevral - Sputnik Azərbaycan, 1920, 27.02.2024
Abunə olmaq
Bu gün dünyada və ölkədə müxtəlif illərdə hansı hadisələr baş verib - Sputnik Azərbaycan icmalında oxuyun.
BAKI, 27 fevral — Sputnik. Fevralın 27-də bir çox dünya şöhrətli aktyorlar, elm adamları, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəliblər. Bu gündə tarixə düşən hadisələr də baş verib.
Fevralın 27-də kimlər dünyaya gəlib?
Əli Vəliyev (1901 - 1983, Bakı) - Azərbaycan SSR xalq yazıçısı və M.F.Axundov adına mükafat laureatıdır. Onun ən məşhur əsərləri "Qəhrəman", "Ötən günlər", "Gülşən", "Çiçəkli" və digərləridir.
© Photo : AZƏRTACƏli Vəliyev
Əli Vəliyev - Sputnik Azərbaycan, 1920, 26.02.2024
Əli Vəliyev
Çarlz Best (1899 - 1978) - kanadalı həkim və fizioloqdur. Onun əsas elmi işləri maddələr mübadiləsi və hormonların fiziologiyası məsələlərinə həsr edilib.
© AFP 2023Kanadalı fizioloq Çarlz Best həyat yoldaşı ilə
Kanadalı fizioloq Çarlz Best həyat yoldaşı ilə - Sputnik Azərbaycan, 1920, 26.02.2024
Kanadalı fizioloq Çarlz Best həyat yoldaşı ilə
Elizabet Teylor (1932 – 2011) - Böyük Britaniya əsilli ABŞ teatr və kino aktrisasıdır. O, Hollivudun "Qızıl dövrü"ndə kino kraliçası, habelə üç dəfə ən yaxşı qadın roluna görə "Oskar" mükafatı laureatıdır. Elizabet "Kleopatra" filmindəki Kleopatra roluna görə qonorarı milyon dollar olan ilk aktrisadır.
© AFP 2023 / GABRIEL BOUYSElizabet Teylor
Elizabet Teylor  - Sputnik Azərbaycan, 1920, 26.02.2024
Elizabet Teylor
Yevgeni Urbanski (1932 – 1965) - Sovet teatr və kino aktyoru, RSFSR-in əməkdar artistidir. O, "Kommunist", "Təmiz səma", "Oğlan və göyərçin" və s. filmlərdəki rolları ilə tanınıb.
© Sputnik / Лев ИвановYevgeni Urbanski
Актер театра и кино, заслуженный артист РСФСР Евгений Яковлевич Урбанский (1932—1965) - Sputnik Azərbaycan, 1920, 26.02.2024
Yevgeni Urbanski
Tatyana Dogileva (1957) - Sovet və Rusiya aktrisası, teatr və kino rejissoru, yazıçı, televiziya aparıcısı, Rusiya Federasiyasının Xalq artistidir.
© Sputnik / Yekaterina Chesnokova / Mediabanka keçidTatyana Dogileva
Актриса и режиссер Татьяна Догилева на церемонии открытия XXVI Открытого Российского кинофестиваля Кинотавр в Сочи - Sputnik Azərbaycan, 1920, 26.02.2024
Tatyana Dogileva
Fevralın 27-də dünyada baş verən tarixi hadisələr
1693-cü ildə Londonda qadınlar üçün dünyanın ilk "The Ladies' Mercury" jurnalı nəşr olunub. Bu jurnal ingilis naşiri və jurnalist Con Danton tərəfindən təsis edilib.
1883-cü ildə amerikalı iş adamı, bəstəkar, teatr impresariosu Oskar Hammerşteyn ilk siqar istehsal edən maşın üçün patent alıb.
1965-ci ildə SSRİ-də An-22 "Antey" ağır nəqliyyat təyyarəsi ilk uçuşunu həyata keçirib.
1974-cü ildə Nyu-Yorkda şou-biznes ulduzlarının həyatından bəhs edən "People" həftəlik jurnalının ilk sayı milyon tirajla nəşr olunub.
1991-ci ildə ABŞ Prezidenti Corc Buş İraqa qarşı "Səhrada tufan" əməliyyatı zamanı Küveytin azad edildiyini elan edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0