Математика - Sputnik Azərbaycan, 1920
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

"Şəfəq" GES - işğaldan azad edilmiş ərazilərdə ilk günəş elektrik stansiyası

Abunə olmaq
240 MVt gücündə günəş elektrik stansiyasının tikintisi layihəsinə sərmayələrin həcmi 200 milyon dollar təşkil edəcək. Bu barədə ətraflı Sputnik Azərbaycan-ın infoqrafikasında oxuyun.
İşğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerji mənbələrinin imkanlarının genişləndirilməsi sahəsində ilk layihə Şərqi Zəngəzur iqtisadi rayonunun Cəbrayıl rayonunda Şəfəq günəş elektrik stansiyasının tikintisi olub.
240 MVt gücündə günəş elektrik stansiyasının tikintisi layihəsinə investisiyaların 200 milyon dollar təşkil edəcəyi gözlənilir. Layihə hələ 2021-ci ildə elan edilmişdi və ilkin olaraq onun istismarına bu il başlanacağı planlaşdırılırdı.
Layihə BP-nin törəmə şirkəti olan "Lightsource" tərəfindən həyata keçiriləcək.
Layihənin tikintisinə 2024-cü ildə başlanacağı, günəş elektrik stansiyasının isə 2025-ci ilin dekabrında istifadəyə veriləcəyi gözlənilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0