CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qaçırılan 16 yaşlı qız atası evinə geri qaytarıldı

© iStock.com / Chinnapongqız
qız - Sputnik Azərbaycan, 1920, 27.02.2024
Abunə olmaq
Hər iki tərəfin valideynlərinin də iştirakı ilə qanunvericiliyin tələblərinə uyğun söhbət aparılaraq yetkinlik yaşına çatmayan Məmmədova Xatirə Məmməd qızı (ad şərtidir) ailəsinin yanına qaytarılıb.
BAKI, 27 fevral — Sputnik. Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Xok kəndində qaçırılan 16 yaşlı qız ata evinə geri qaytarılıb. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Eltun Həziyev məlumat verib.
O, bildirib ki, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi fevralın 24-də Kəngərli rayonunun Xok kənd sakini 2008-ci il təvəllüdlü Məmmədova Xatirə Məmməd qızının (ad şərtidir) Xok kənd sakini 2002-ci il təvəllüdlü Həsənov Həsən Hüseyn oğlu (ad şərtidir) tərəfindən qaçırılması barədə məlumat əldə edib.
Komitə tərəfindən məsələyə dərhal reaksiya verilərək qanunamüvafiq araşdırılması və Məmmədova Xatirənin (ad şərtidir) ailəsinin yanına qaytarılması istiqamətində Kəngərli Rayon İcra Hakimiyyəti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya və rayon Polis Şöbəsinin aid əməkdaşları ilə birgə tədbirlər görülüb, müvafiq ünvana baxış keçirilib, hər iki tərəfin valideynlərinin də iştirakı ilə qanunvericiliyin tələblərinə uyğun söhbət aparılaraq yetkinlik yaşına çatmayan Məmmədova Xatirə Məmməd qızı (ad şərtidir) ailəsinin yanına qaytarılıb.
E. Həziyev bildirib ki, qızın ailəsi də bildirib ki, onların bu izdivaca razılığı olmayıb. Qız öz razılığı ilə sevdiyi oğlana qoşulub qaçıb. Bununla belə ona nikah yaşının 18 yaş, istisna hallarda 17 yaş olduğu izah olunub.
Eş Həziyev ötən ilin yanvar ayında da Naxçıvanda bir erkən nikahın qarşısının alındığını bildirib.
Xəbər lenti
0