CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Müəllimlərdən dərs saatlarına görə rüşvət alan direktor işdən çıxarılıb

© Sputnik / Павел Бедняковməmur
məmur - Sputnik Azərbaycan, 1920, 27.02.2024
Abunə olmaq
Əmək fəaliyyətində yol verdiyi hüquqpozmaya və kobud nöqsana görə məktəbin direktoru Azər Qazıyev işdən azad edilib.
BAKI, 27 fevral — Sputnik. Mingəçevir şəhər 4 nömrəli tam orta məktəbin direktoru Azər Qazıyevin müəllimlərdən dərs saatlarına görə rüşvət alması barədə yayılan görüntülərlə bağlı araşdırma aparılıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin məlumatında bildirilib.
Araşdırmanın nəticəsinə əsasən, əmək fəaliyyətində yol verdiyi hüquqpozmaya və kobud nöqsana görə məktəbin direktoru Azər Qazıyev Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun müvafiq əmrinə əsasən işdən azad edilib.
Agentlik təhsil müəssisələrində əmək fəaliyyətində yol verilən nöqsan, hüquqpozmaların aşkarlanması, qarşısının alınması və aradan qaldırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi məqsədilə monitorinqlərə başlayıb.
Xatırladaq ki, bundan əvvəl də Bakı Şəhəri üzrə Təhsil İdarəsi 189-190 nömrəli tam orta məktəbin direktorunun müəllimlərdən pul yığılmasını əks etdirən səs yazısı yayılmışdı. Bundan öncə isə Abşeron rayonu Mehdiabad qəsəbəsi 5 saylı tam orta məktəbin sabiq direktoru Samirə Əkbərovanın qanunsuz əməlləri barədə cinayət işi açılmışdı.
Xəbər lenti
0