Azərbaycan və Rusiyanın yeni transfer sistemlərinə ehtiyacı varmı?
© Sputnik / Murad OrujovManat, dollar və rubl əskinasları, arxiv şəkli
© Sputnik / Murad Orujov
Abunə olmaq
Rusiya Mərkəzi Bankı KİVİ Bankın lisenziyasını ləğv etdikdən sonra "Contact" ödəniş sistemi Azərbaycanda fəaliyyətini dayandırıb. Bakı və Rusiya Federasiyası öz pul köçürmə sistemlərini yarada biləcəklərmi?
BAKI, 27 fevral — Sputnik. Artıq son illərdə bir sıra məhdudiyyətlərə məruz qalan Azərbaycan və Rusiya arasında pul köçürmələri iki ölkə vətəndaşları və biznes nümayəndələri üçün çətin proses olmaqda davam edir.
Belə ki, Rusiya Mərkəzi Bankı fevralın 21-də bu sistemin operatoru olan KİVİ Bankın (QIWI-bank) lisenziyasını ləğv etdikdən sonra "Contact" ödəniş sistemi fəaliyyətini, o cümlədən Azərbaycan banklarında fəaliyyətini dayandırıb.
Rusiya Federasiyası Mərkəzi Bankının açıqlamasına görə, lisenziyanın ləğv edilməsinə səbəb bu bankın "fiziki şəxslər və kölgə biznesi arasında hesablaşmaların təmin edilməsinə yönəlmiş yüksək riskli əməliyyatlar", o cümlədən pul vəsaitlərinin kript mübadiləçilərinin, qanunsuz onlayn kazinoların, bukmeyker kontorlarının xeyrinə köçürülməsi ilə məşğul olunması olub.
Alternativ getdikcə azalır
Qərb Rusiyanın maliyyə sektoruna qarşı sanksiyalar tətbiq etdikdən və ölkəni məlumatların ötürülməsi və ödənişlərin həyata keçirilməsi üçün SWIFT banklararası sistemindən kənarlaşdırdıqdan sonra Rusiya Federasiyası ilə Azərbaycan arasında köçürmələrin həyata keçirilməsindən ötrü yalnız "Contact", "Zolotaya Korona" kimi sistemlər, daha sonra isə yeni "Granat" sistemi mövcuddur.
Hazırda "Contact" bu siyahıdan silindiyi üçün alternativlər getdikcə azalır. Eyni zamanda, "Granat" və "Zolotaya Korona" sistemlərindən istifadə etməklə kartdan karta onlayn köçürmələr də mümkündür.
Bundan əlavə, bəzi banklarda və Azərpoçt poçt şəbəkəsinin filiallarında pul köçürmələrini yalnız "Zolotaya Korona" sistemi vasitəsilə həyata keçirmək mümkündür. Eyni zamanda, bir sıra banklar və bəzi poçt şöbələri yalnız "Granat" sistemi ilə işləyir, dollar və manatla yanaşı, müştərilərə rublla köçürmələr etməyi təklif edirlər.
© AR Ministry of Transport, Communications and High Technologies"Azərpoçt"un binası
"Azərpoçt"un binası
© AR Ministry of Transport, Communications and High Technologies
Digər və şübhəsiz ki, daha bahalı və mürəkkəb üsul üçüncü ölkələr, məsələn, Azərbaycandan fərqli olaraq Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzvü olan Qazaxıstan vasitəsilə köçürmələrdir.
Ekspertlərin fikrincə, Qazaxıstanla Rusiya arasında daxili pul köçürmələri kimi bir çox beynəlxalq ödəniş köçürmə xidmətləri yaradılıb.
"Yəni, daxili köçürmələr çərçivəsində Rusiyadan Qazaxıstana, oradan da Azərbaycana pul köçürmək olar. Amma bu, daha mürəkkəb və daha bahalı sistemdir" - iqtisadçı ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a bildirib.
© Sputnik / Murad OrujovNatiq Cəfərli
Natiq Cəfərli
© Sputnik / Murad Orujov
Azərbaycan Respublikası və Rusiya Federasiyası niyə öz ödəniş sistemini yarada bilmir?
Rusiya artıq bir neçə ildir ki, özünün Maliyyə Mesajlarının Köçürmə Sisteminə (MMKS) malikdir və bunun sayəsində Qərb maliyyə institutlarından asılılıq əhəmiyyətli dərəcədə azalır.
Bundan əlavə, Çin də SWIFT-ə alternativ olaraq öz sistemini inkişaf etdirib və istifadə edir. CIPS sistemi dünyada yuanın istifadəsini genişləndirmək üçün 2015-ci ildə istifadəyə verilib və bu gün Çin və Rusiya Federasiyası arasında pul köçürmələri üçün fəal şəkildə istifadə olunur.
Bundan əlavə, İran da maliyyə məlumatlarının ötürülməsi proqramını - "Shetab"ı işə salıb. Moskva və Tehran daha əvvəl bəyan etmişdilər ki, onlar öz ödəniş sistemlərinin inteqrasiyası üzrə əməkdaşlıq etmək, həmçinin bu alternativ SWIFT sistemlərində iştirakçı ölkələrin siyahısını genişləndirmək niyyətindədirlər.
İqtisadçı ekspert Emin Qəribli hesab edir ki, Rusiyanın ödəniş sisteminin Azərbaycanda işləməsinə uyğunlaşdırılması texniki baxımdan mürəkkəb prosesdir. Bundan əlavə, ölkədə onun kütləvi istifadəsini təmin etmək çox çətindir.
© Photo : From the personal archive of Emin Garibliİqtisadçı ekspert - Emin Qəribli
İqtisadçı ekspert - Emin Qəribli
© Photo : From the personal archive of Emin Garibli
"Lakin qarşıdakı illərdə həm Rusiyada, həm Azərbaycanda, həm də digər ölkələrdə tətbiq oluna biləcək alternativ sistemin hazırlanacağı gözlənilir" - Qəribli Sputnik Azərbaycan-a bildirib.
Eyni zamanda, onun sözlərinə görə, Azərbaycan qlobal ödəniş sisteminə daxildir və paralel olaraq iki sistemdə işləmək çox çətin olacaq.
"Alternativ SWIFT ödəniş sistemləri hazırda kifayət qədər aktualdır, lakin onların dünyada inkişafı kifayət qədər çətindir - bunun üçün xeyli vəsait və bu sistemə qoşulacaq ölkələrin cəlb edilməsi lazımdır" - iqtisadçı qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.