https://sputnik.az/20240227/abs-diplomatlari-turkiye-sirketlerini-rusiya-ile-ticarete-gore-hedeleyirler-462898409.html
ABŞ diplomatları Türkiyə şirkətlərini Rusiya ilə ticarətə görə hədələyirlər
ABŞ diplomatları Türkiyə şirkətlərini Rusiya ilə ticarətə görə hədələyirlər
Sputnik Azərbaycan
Rusiyanın Ankaradakı səfiri Aleksey Yerxov ötən ilin sonunda ABŞ-ın sanksiyalarının sərtləşdirilməsinin Rusiya ilə Türkiyə arasında ticarət-iqtisadi... 27.02.2024, Sputnik Azərbaycan
2024-02-27T13:56+0400
2024-02-27T13:56+0400
2024-02-27T14:12+0400
türkiyə
dünya xəbərləri
abş
abş
diplomat
amerikalı diplomat
rusiya
şirkət
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/13/434355738_0:0:3073:1728_1920x0_80_0_0_419db9bb9e107486294864d2fc3166db.jpg
BAKI, 27 fevral — Sputnik. ABŞ-ın Ankara və İstanbuldakı səfirliyi və baş konsulluğunun diplomatları Türkiyə şirkətlərinə və maliyyə qurumlarına baş çəkərək, onları Rusiya ilə ticarət əlaqələrinə görə hədələyirlər. "Aydınlık" qəzeti bu barədə mənbələrə istinadən yazıb. Nəşrin məlumatına görə, ABŞ-ın Türkiyədə çalışan səfirlik və konsulluq əməkdaşları şirkətləri sanksiyalar siyahısına salmaqla hədələyirlər. Adının açıqlanmasını istəməyən şirkət əməkdaşı bildirib ki, həmin şəxslərdən biri ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun ixraca nəzarət üzrə mütəxəssisi Gülin Kan Yükseltandır. Adlarını açıqlamayan iş adamları, həmçinin bildiriblər ki, səfər zamanı Amerika rəsmiləri onlara sanksiya siyahısına salınacaqları ilə bağlı şəxsən xəbərdarlıq ediblər. Bundan əvvəl Rusiyanın Ankaradakı səfiri Aleksey Yerxov ötən ilin sonunda ABŞ-ın sanksiyalarının sərtləşdirilməsinin Rusiya ilə Türkiyə arasında ticarət-iqtisadi münasibətlərdə ciddi çətinliklər yaratdığını bildirib. Bundan başqa, məlum olub ki, Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar çərçivəsində Çin, Hindistan və Türkiyə şirkətlərinə məhdudiyyətlər qoya bilər.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/13/434355738_0:0:2731:2048_1920x0_80_0_0_587413461c5caa56a826f06e36979892.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
türkiyə, abş, abş, diplomat, amerikalı diplomat, rusiya, şirkət
türkiyə, abş, abş, diplomat, amerikalı diplomat, rusiya, şirkət
ABŞ diplomatları Türkiyə şirkətlərini Rusiya ilə ticarətə görə hədələyirlər
13:56 27.02.2024 (Yenilənib: 14:12 27.02.2024) Rusiyanın Ankaradakı səfiri Aleksey Yerxov ötən ilin sonunda ABŞ-ın sanksiyalarının sərtləşdirilməsinin Rusiya ilə Türkiyə arasında ticarət-iqtisadi münasibətlərdə ciddi çətinliklər yaratdığını bildirib.
BAKI, 27 fevral — Sputnik. ABŞ-ın Ankara və İstanbuldakı səfirliyi və baş konsulluğunun diplomatları Türkiyə şirkətlərinə və maliyyə qurumlarına baş çəkərək, onları Rusiya ilə ticarət əlaqələrinə görə hədələyirlər.
"Aydınlık" qəzeti bu barədə mənbələrə istinadən yazıb.
Nəşrin məlumatına görə, ABŞ-ın Türkiyədə çalışan səfirlik və konsulluq əməkdaşları şirkətləri sanksiyalar siyahısına salmaqla hədələyirlər. Adının açıqlanmasını istəməyən şirkət əməkdaşı bildirib ki, həmin şəxslərdən biri ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun ixraca nəzarət üzrə mütəxəssisi Gülin Kan Yükseltandır.
Adlarını açıqlamayan iş adamları, həmçinin bildiriblər ki, səfər zamanı Amerika rəsmiləri onlara sanksiya siyahısına salınacaqları ilə bağlı şəxsən xəbərdarlıq ediblər.
Bundan əvvəl Rusiyanın Ankaradakı səfiri Aleksey Yerxov ötən ilin sonunda ABŞ-ın sanksiyalarının sərtləşdirilməsinin Rusiya ilə Türkiyə arasında ticarət-iqtisadi münasibətlərdə ciddi çətinliklər yaratdığını bildirib.
Bundan başqa, məlum olub ki, Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar çərçivəsində Çin, Hindistan və Türkiyə şirkətlərinə məhdudiyyətlər qoya bilər.