Вид на город Ханкенди, фото из архива - Sputnik Azərbaycan, 1920, 19.09.2023
Qarabağın dirçəlişi və reinteqrasiyası

Xocalı məktəbində görülən işlər bitmək üzrədir - Nazir

© iStock.com / skynesherMəktəb, arxiv
Məktəb, arxiv - Sputnik Azərbaycan, 1920, 26.02.2024
Abunə olmaq
Emin Əmrullayev bildirib ki, orada nə qədər şagirdin təhsil alacağı son tamamlanma işlərindən sonra məlum olacaq.
BAKI, 26 fevral — Sputnik. Xocalı məktəbində görülən işlər bitmək üzrədir. Bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.
"İnanırıq ki, Xocalı məktəbi növbəti tədris ilində Qarabağda fəaliyyətə başlayan məktəblərimizdən biri olacaq" - nazir qeyd edib.
© Sputnik / Murad OrujovTəhsil naziri Emin Əmrullayev
Təhsil naziri Emin Əmrullayev - Sputnik Azərbaycan, 1920, 26.02.2024
Təhsil naziri Emin Əmrullayev
Nazir bildirib ki, orada nə qədər şagirdin təhsil alacağı son tamamlanma işlərindən sonra məlum olacaq:

"Orada təxminən 130-150 şagirdin təhsil alacağı nəzərdə tutulur. Təbii ki, köçürülmə prosesində yerli əhalinin sayına uyğunlaşdırılacaq. Kəlbəcərdə, Zəngilan və digər işğaldan azad edilmiş ərazilərimizdəki məktəblərdə də tikinti işləri davam etdirilir. Antiterror tədbirlərindən sonra azad edilmiş ərazilərimizdə də müvafiq işlər aparılır. Oradakı tədris müəssisələrinin uçotu aparılıb. Orada müxtəlif vəziyyətdə olan binalar var. O cümlədən də Xankəndi şəhərindəki məktəblər Azərbaycan təhsil sisteminin standartlarına uyğunlaşdırılaraq istifadəyə veriləcək. Əhali oraya köçdükcə məktəblərin fəaliyyəti bərpa ediləcək".

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0