Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyanın xaricdəki aktivləri ilə bağlı hər bir hərəkət simmetrik cavab alacaq - Siluanov

© SputnikRusiyanın maliyyə naziri Anton Siluanov, arxiv
Rusiyanın maliyyə naziri Anton Siluanov, arxiv - Sputnik Azərbaycan, 1920, 26.02.2024
Abunə olmaq
Kreml bəyan edib ki, bu cür qərarların qəbulu beynəlxalq hüququn bütün qayda və normalarını pozmaq üçün növbəti addım olar.
BAKI, 26 fevral — Sputnik. Rusiyanın xaricdəki aktivləri ilə bağlı istənilən hərəkətə simmetrik cavab veriləcək, Rusiyadakı aktivlər daha az dondurulmuş deyil. Bunu Rusiyanın maliyyə naziri Anton Siluanov RİA Novosti-yə müsahibəsində bildirib.
Siluanov qızılın mümkün taleyi ilə bağlı sualı cavablandırarkən deyib:

"Bu, bizim üçün sual deyil, biz Qərb ölkələrinin qərarlarına əməl edirik. Bizdə də dondurulmuş aktivlər az deyil. Aktivlərimizlə hər hansı bir hərəkət simmetrik cavab alacaq".

Qeyri-dost ölkələr 2022-ci ilin fevralından Rusiyaya qarşı sanksiyalar tətbiq edir, nəticədə həm suveren aktivləri, həm də özəl investorların vəsaitləri dondurulub. Rusiyanın 300 milyard dollara yaxın valyuta ehtiyatları dondurulub. Demək olar ki, dərhal bu aktivlərin müxtəlif məqsədlər üçün xarici dövlətlər tərəfindən müsadirə edilməsi məsələsi gündəmə gətirilib. 2022-ci ilin oktyabrında Aİ liderləri Avropa Komissiyasına Ukraynanın yenidən qurulmasını maliyyələşdirmək üçün dondurulmuş aktivlərdən istifadəyə dair təkliflər hazırlamağı tapşırıblar.
Kreml bəyan edib ki, bu cür qərarların qəbulu beynəlxalq hüququn bütün qayda və normalarını pozmaq üçün növbəti addım olar. Rusiya Xarici İşlər Nazirliyi Rusiyanın Avropadakı aktivlərinin dondurulmasını oğurluq adlandıraraq, Aİ-nin təkcə fərdi şəxslərin vəsaitlərini deyil, həm də Rusiyanın dövlət aktivlərini hədəf aldığını qeyd edib.
Siluanovun sözlərinə görə, digər ölkələr artıq bundan öz nəticələrini çıxarırlar.

"Çinlilər ABŞ qiymətli kağızlarında iştirakını azaldır ki, bu, baş verənlərin nəticəsidir. Dolların və avronun etibarlılığı sarsıdılıb" - o deyib.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Rusiya və Aİ bayraqları - Sputnik Azərbaycan, 1920, 23.02.2024
DÜNYA XƏBƏRLƏRİ
Qərb Rusiya ilə əməkdaşlıq etməyi planlaşdırır
Xəbər lenti
0