https://sputnik.az/20240223/qerb-rusiya-ile-emekdasliq-etmeyi-planlasdirir-462806210.html
Qərb Rusiya ilə əməkdaşlıq etməyi planlaşdırır
Qərb Rusiya ilə əməkdaşlıq etməyi planlaşdırır
Sputnik Azərbaycan
Avropalı diplomatlar Ukrayna üçün vəziyyətdən ən optimal çıxış yolu kimi münaqişənin sabitləşməsini qeyd edirlər. 23.02.2024, Sputnik Azərbaycan
2024-02-23T08:01+0400
2024-02-23T08:01+0400
2024-02-23T08:01+0400
rusiya
dünya xəbərləri
qərb
ukrayna
sergey ryabkov
vladimir putin
avropa parlamenti
https://cdnn1.img.sputnik.az/img/07e5/06/0e/427209659_0:0:3058:1720_1920x0_80_0_0_2095d26d6e00a480f98b4b7a12a483b4.jpg
BAKI, 23 fevral — Sputnik. Qərb ölkələri Ukraynada münaqişə bitdikdən sonra Rusiya ilə əməkdaşlığı bərpa etməyi planlaşdırır. Bu barədə "Politico" Avropadakı mənbələrə istinadən məlumat yayıb. Nəşr yazır ki, Qərbdə bəziləri münaqişə səngidikdən sonra Rusiya ilə biznesi bərpa etməyə ümid edirlər. "Politico"nun həmsöhbətləri qeyd edirlər ki, bu mövqe həm də dondurulmuş Rusiya vəsaitlərini müsadirə etmək istəyinə Moskvanın güzgü reaksiyası verə biləcəyi və Rusiyadakı Avropa şirkətlərinin yüz milyonlarla avro dəyərində olan aktivlərini öz xeyrinə ələ keçirə biləcəyi qorxusu ilə izah edilə bilər. Nəşr vurğulayır ki, avropalı diplomatlar Ukrayna üçün vəziyyətdən ən optimal çıxış yolu kimi münaqişənin sabitləşməsini qeyd edirlər. Bu o deməkdir ki, Kiyev Qərbin təhlükəsizlik zəmanəti və Aİ-yə mümkün üzvlük müqabilində Moskva ilə danışıqlara sövq ediləcək. Fevralın 12-də Aİ Şurası Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirin Ukrayna üçün saxlanmasını və istifadəsini qanuniləşdirən qətnaməni təsdiqləyib. Sənəddə qeyd edilib ki, şura, xüsusən də Rusiya Federasiyası Mərkəzi Bankının 1 milyon avro dəyərindən çox aktivə malik olan mərkəzi depozitarların Aİ-nin məhdudlaşdırıcı tədbirləri nəticəsində yığılmış əlavə pul qalıqlarını ayrıca uçota almaları barədə qərar qəbul edib. Bundan əlavə, depozitarlara alınan xalis mənfəətdən sərəncam vermək qadağandır. Sənəddə vurğulanır ki, bu, şuraya Ukraynanı və onun sonrakı mərhələdə bərpasını dəstəkləmək üçün qərar qəbul etməyə imkan verir. Bundan əlavə, bu maliyyə töhfəsi Aİ büdcəsi vasitəsilə Aİ Şurası və Avropa Parlamentinin 6 fevral 2024-cü ildə ilkin razılığa gəldiyi Ukrayna fonduna yönəldilə bilər. Rusiya aktivləri Aİ, Kanada, ABŞ və Yaponiya Rusiyanın təqribən 300 milyard dollar məbləğində aktivlərini dondurub.Bunların təxminən 5-6 milyard dolları ABŞ-da, böyük hissəsi isə Avropada, o cümlədən Belçikada beynəlxalq Euroclear platformasındadır. Burada təxminən 191 milyard avro dondurulub. Avropa rəsmiləri görünməmiş müsadirənin qanuniliyindən, həm də avro üçün potensial nəticələrdən narahatdırlar. İnvestorlar vəsaitlərinin bir gün müsadirə oluna biləcəyi qorxusu səbəbindən Avro aktivlərdən çıxa bilərlər. Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, Qərbin Rusiya aktivlərini müsadirə etməklə bağlı təhdidləri reallaşarsa, Rusiya güzgü tədbirləri görəcək. O qeyd edib ki, Rusiya Qərbdəki düşmənlərindən bu mövzunun müzakirəsinin nə qədər zərərli və qeyri-məhsuldar olduğunu ən azı minimal şəkildə başa düşəcək hər hansı bir məntiqli hərəkət və ya addım gözləmir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/06/0e/427209659_327:0:3058:2048_1920x0_80_0_0_3b5c6478df1402cf775ad4fa9743118d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiya, qərb, ukrayna, sergey ryabkov, vladimir putin, avropa parlamenti
rusiya, qərb, ukrayna, sergey ryabkov, vladimir putin, avropa parlamenti
Qərb Rusiya ilə əməkdaşlıq etməyi planlaşdırır
Avropalı diplomatlar Ukrayna üçün vəziyyətdən ən optimal çıxış yolu kimi münaqişənin sabitləşməsini qeyd edirlər.
BAKI, 23 fevral — Sputnik. Qərb ölkələri Ukraynada münaqişə bitdikdən sonra Rusiya ilə əməkdaşlığı bərpa etməyi planlaşdırır. Bu barədə "Politico" Avropadakı mənbələrə istinadən məlumat yayıb.
Nəşr yazır ki, Qərbdə bəziləri münaqişə səngidikdən sonra Rusiya ilə biznesi bərpa etməyə ümid edirlər.
"Politico"nun həmsöhbətləri qeyd edirlər ki, bu mövqe həm də dondurulmuş Rusiya vəsaitlərini müsadirə etmək istəyinə Moskvanın güzgü reaksiyası verə biləcəyi və Rusiyadakı Avropa şirkətlərinin yüz milyonlarla avro dəyərində olan aktivlərini öz xeyrinə ələ keçirə biləcəyi qorxusu ilə izah edilə bilər.
Nəşr vurğulayır ki, avropalı diplomatlar Ukrayna üçün vəziyyətdən ən optimal çıxış yolu kimi münaqişənin sabitləşməsini qeyd edirlər. Bu o deməkdir ki, Kiyev Qərbin təhlükəsizlik zəmanəti və Aİ-yə mümkün üzvlük müqabilində Moskva ilə danışıqlara sövq ediləcək.
Fevralın 12-də Aİ Şurası Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirin Ukrayna üçün saxlanmasını və istifadəsini qanuniləşdirən qətnaməni təsdiqləyib. Sənəddə qeyd edilib ki, şura, xüsusən də Rusiya Federasiyası Mərkəzi Bankının 1 milyon avro dəyərindən çox aktivə malik olan mərkəzi depozitarların Aİ-nin məhdudlaşdırıcı tədbirləri nəticəsində yığılmış əlavə pul qalıqlarını ayrıca uçota almaları barədə qərar qəbul edib. Bundan əlavə, depozitarlara alınan xalis mənfəətdən sərəncam vermək qadağandır.
Sənəddə vurğulanır ki, bu, şuraya Ukraynanı və onun sonrakı mərhələdə bərpasını dəstəkləmək üçün qərar qəbul etməyə imkan verir. Bundan əlavə, bu maliyyə töhfəsi Aİ büdcəsi vasitəsilə Aİ Şurası və Avropa Parlamentinin 6 fevral 2024-cü ildə ilkin razılığa gəldiyi Ukrayna fonduna yönəldilə bilər.
Aİ, Kanada, ABŞ və Yaponiya Rusiyanın təqribən 300 milyard dollar məbləğində aktivlərini dondurub.Bunların təxminən 5-6 milyard dolları ABŞ-da, böyük hissəsi isə Avropada, o cümlədən Belçikada beynəlxalq Euroclear platformasındadır. Burada təxminən 191 milyard avro dondurulub. Avropa rəsmiləri görünməmiş müsadirənin qanuniliyindən, həm də avro üçün potensial nəticələrdən narahatdırlar. İnvestorlar vəsaitlərinin bir gün müsadirə oluna biləcəyi qorxusu səbəbindən Avro aktivlərdən çıxa bilərlər.
Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, Qərbin Rusiya aktivlərini müsadirə etməklə bağlı təhdidləri reallaşarsa, Rusiya güzgü tədbirləri görəcək. O qeyd edib ki, Rusiya Qərbdəki düşmənlərindən bu mövzunun müzakirəsinin nə qədər zərərli və qeyri-məhsuldar olduğunu ən azı minimal şəkildə başa düşəcək hər hansı bir məntiqli hərəkət və ya addım gözləmir.