Вид на город Ханкенди, фото из архива - Sputnik Azərbaycan, 1920, 19.09.2023
Qarabağın dirçəlişi və reinteqrasiyası

Qarabağ yolları: Azərbaycan Orta Dəhliz marşrutlarını necə şaxələndirir

© Photo : Azerbaijan Highway State AgencyƏhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi
Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi - Sputnik Azərbaycan, 1920, 26.02.2024
Abunə olmaq
İşğaldan azad edilmiş ərazilərdə yollar və beynəlxalq hava limanları tikən, eləcə də Azərbaycan ərazisindən Naxçıvan Muxtar Respublikasına nəqliyyat dəhlizini bərpa edən Bakı yükgöndərənlərə Asiyadan Avropaya birbaşa çatdırılma üçün başqa marşrut təklif edir.
BAKI, 26 fevral — Sputnik. İşğaldan azad edilmiş ərazilərin bərpası və Azərbaycan iqtisadiyyatına inteqrasiyası məsələsində yol infrastrukturu, enerji və sənaye sahələrinin yenidən qurulması ilə birgə əsas rol oynayır.
Avtomobil yollarının tikintisinə və müasirləşdirilməsinə artıq 2020-ci ildə başlanılıb və üç il ərzində Qarabağ və Şərqi Zəngəzur rayonlarının infrastrukturunun bərpası üçün kifayət qədər işlər görülüb. Təkcə ötən il bu məqsədlər üçün dövlət büdcəsindən 5,5 milyard dollardan çox vəsait ayrılıb, daha 3,8 milyard dollar investisiya şəklində cəlb edilib. Bu il isə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən layihələrə dövlət büdcəsindən daha 2,4 milyard dollar vəsaitin ayrılması nəzərdə tutulur.
Şübhəsiz ki, bu vəsaitin əhəmiyyətli hissəsi həmin ərazilərin minalardan təmizlənməsinə və yol infrastrukturunun qurulmasına sərf olunacaq. Avtomobil Yolları Dövlət Agentliyinin hesabatında bildirilib ki, 2023-cü ildə 881,7 km uzunluğunda avtomobil yolları, prospekt və küçələr salınıb, yenidən qurulub və təmir edilib.
Regionun inkişafı üçün aktiv tikinti
Bu gün Qarabağ və Şərqi Zəngəzur rayonlarında yol layihələrinin icrası çərçivəsində 3 layihə artıq başa çatdırılıb, daha 13 layihənin tikintisi davam etdirilir. Bundan əlavə, bu il üç avtomobil yolunun - Ağdam-Əsgəran-Xocalı-Xankəndi-Şuşa (34 km), Tərtər-Ağdərə (24,2 km) və Füzuli-Xocavənd-Ağdam (55,7 km) avtomobil yollarının yenidən qurulması və müasirləşdirilməsinə başlanılması nəzərdə tutulub.
© Photo : Azerbaijan Highway State AgencyBərdə-Ağdam avtomobil yolunun tikintisi
Bərdə-Ağdam avtomobil yolunun tikintisi - Sputnik Azərbaycan, 1920, 26.02.2024
Bərdə-Ağdam avtomobil yolunun tikintisi
İşğaldan azad edilmiş ərazilərdə ümumilikdə 2157 km uzunluğunda yol tikintisi layihələri həyata keçirilir. 2024-cü ilin sonu - 2025-ci ilin ortalarına qədər davam edən layihələrin 80-90%-nin tamamlanacağı gözlənilir.
Avtomobil yolları ilə yanaşı, beynəlxalq hava limanlarının yaradılmasına da xüsusi diqqət yetirilir. Gələn il Laçında beynəlxalq hava limanının istifadəyə verilməsi nəzərdə tutulub.
2021-ci və 2022-ci illərdə istifadəyə verilən iki beynəlxalq hava limanından - Füzuli və Zəngilandan sonra Laçın hava limanının işğaldan azad edilmiş ərazilərdə beynəlxalq daşımaların yeni mərkəzinə çevriləcəyi gözlənilir.
Zəngəzur dəhlizi
Qeyd etmək lazımdır ki, avtomobil yolları ilə birlikdə Azərbaycan ərazisinin Ermənistan ərazisindən Naxçıvan Muxtar Respublikası ilə birləşməsini nəzərdə tutan Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsinə mühüm töhfə olacaq dəmir yolu xətləri də tikilir. Belə ki, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti Füzuli rayonunun Horadiz qəsəbəsindən respublikanın Ermənistanla həmsərhəd olan Zəngilan rayonunun Ağbənd kəndinə qədər olan Horadiz-Ağbənd hissəsinin tikintisini davam etdirir.
Layihəyə əsasən, uzunluğu 110 km-dən çox olan dəmir yolu xətti boyunca doqquz stansiya və 500-ə yaxın müxtəlif tikili - körpülər, nəqliyyat vasitələri üçün keçidlər, tunellər və drenaj boruları tikiləcək. Azərbaycan Dəmir Yollarının məlumatına görə, bu günə kimi tikinti işlərinin 45 faizi yerinə yetirilib, 69 kilometrdən artıq dəmir yolu xətti çəkilib.
Zəngəzur dəhlizi layihəsinin icrası çərçivəsində dəmir yolu ilə paralel olaraq avtomobil marşrutu da yaradılır. Dövlət Avtomobil Yolları Agentliyindən verilən məlumata görə, Horadizdən Ağbəndə qədər olan 124 km-lik bu avtomobil yolunun 80 faizinin tikintisi artıq başa çatıb.
© Photo : AZERTAGZəngəzur dəhlizinin tikintisi
Zəngəzur dəhlizinin tikintisi - Sputnik Azərbaycan, 1920, 26.02.2024
Zəngəzur dəhlizinin tikintisi
Eyni zamanda, İran və Azərbaycan ötən ilin oktyabrında Zəngəzur dəhlizinə paralel olaraq Azərbaycan Respublikasının əsas hissəsini İslam Respublikası ərazisindən Naxçıvanla birləşdirəcək dəmir yolunun tikintisi barədə razılığa gəliblər.
Bununla yanaşı, NMR-in İran sərhədində buraxılış qabiliyyətini və tranzit yükdaşımalarını artırmaq üçün ötən il Bakı və Tehran tərəfindən Zəngilan rayonunun Ağbənd kəndi ərazisində Azərbaycan və İran arasında avtomobil körpüsü salınıb və sərhəd-gömrük infrastrukturu çəkilib.
Transxəzər marşrutuna töhfə
İşğaldan azad edilmiş ərazilərdə nəqliyyat və logistika infrastrukturunun inkişafı regionun beynəlxalq nəqliyyat dəhlizlərinin tərkib hissəsi kimi tranzit qovşağına çevrilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Belə ki, son illərdə Çinin "Bir kəmər, bir yol" təşəbbüsünün tərkib hissəsi kimi Transxəzər marşrutunun (Orta Dəhliz/Transxəzər nəqliyyat marşrutu) əhəmiyyəti artmaqdadır ki, bu da əslində Böyük İpək Yolunun canlanmasıdır.
Xarici yükgöndərənləri əlavə nəqliyyat marşrutları ilə təmin etməklə Azərbaycan həm Transxəzər nəqliyyat marşrutu tədarük marşrutlarını, həm də üsullarını şaxələndirir. Qeyd etmək yerinə düşər ki, bu gün dəmir yolu daşımaları gömrük prosedurlarına vaxt itirmədən malların fasiləsiz çatdırılması imkanlarına görə getdikcə aktuallaşır. Bu çatdırılma növü tez xarab olan malların daşınması zamanı böyük əhəmiyyət kəsb edir, avtomobil nəqliyyatı isə toplu və maye yüklərin çatdırılması üçün daha əlverişlidir.
Beləliklə, azad edilmiş ərazilərdə yollar və beynəlxalq hava limanları tikərək, həmçinin Azərbaycan ərazisindən NMR-ə, bundan sonra da Türkiyəyə nəqliyyat dəhlizini bərpa edərək Bakı, Transkaspi marşrutu çərçivəsində Asiyadan Avropaya daha bir birbaşa çatdırılma yolu təklif edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0