DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Pakistanda 10-dan çox ölkənin silahlı qüvvələrinin iştirakı ilə hərbi təlimlər başlayıb

© AP Photo / Muhammad SajjadPakistanda
Pakistanda - Sputnik Azərbaycan, 1920, 26.02.2024
Abunə olmaq
Təlimlərdə Pakistan, Bəhreyn, İordaniya, Qazaxıstan, Səudiyyə Ərəbistanı, Maldiv adaları, Mərakeş, Qətər, Şri-Lanka, Tayland, Türkiyə, ABŞ və Özbəkistan ordularının hərbi bölmələri iştirak edir.
BAKI, 26 fevral — Sputnik. Pakistanın şimal-qərbindəki Xayber Paxtunxva əyalətində 10-dan çox ölkənin silahlı qüvvələrinin iştirakı ilə hərbi təlimlər başlayıb.
Sinxua agentliyinin məlumatına görə, Pakistan ordusunun yaydığı açıqlamada təlimlərin açılış mərasiminin əyalətin Pabbi bölgəsində keçirildiyi bildirilir.
Təlimlərdə Pakistan, Bəhreyn, İordaniya, Qazaxıstan, Səudiyyə Ərəbistanı, Maldiv adaları, Mərakeş, Qətər, Şri-Lanka, Tayland, Türkiyə, ABŞ və Özbəkistan ordularının hərbi bölmələri iştirak edir.
Məlumatda qeyd olunur ki, bu təlimlər Pakistanda hər il təşkil olunur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0