SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Bu il Xocalı faciəsinin ildönümünü fərqli mühitdə qeyd edirik - Ceyhun Bayramov

© Sputnik / Алексей Филиппов / Mediabanka keçidAzərbaycanın xarici işlər naziri Ceyhun Bayramov
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov - Sputnik Azərbaycan, 1920, 26.02.2024
Abunə olmaq
İlk dəfədir ki, bütün ölkə ərazisində suverenlik bərpa olunub, Xocalıda da üçrəngli bayrağımız dalğalanır.
BAKI, 26 fevral — Sputnik. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Xocalı soyqırımını törədən şəxslərin cinayət məsuliyyətinə cəlb olunması istiqamətində işlərin davam etdirildiyini bildirib.
Nazir jurnalistlərə açıqlamasında uzun illər ərzində Azərbaycan dövlətinin Xocalı soyqırımını törədən şəxslərin cinayət məsuliyyətinə cəlbi və tarixi ədalətin bərpası istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə ardıcıl, sistemli tədbirlər görüldüyünü deyib:

"Bütün bu addımların nəticəsidir ki, bu il Xocalı faciəsinin ildönümünü fərqli mühitdə qeyd edirik. İlk dəfədir ki, bütün ölkə ərazisində suverenlik bərpa olunub, Xocalıda da üçrəngli bayrağımız dalğalanır. Cinayətkarların cəzasız qalması müəyyən mənada Ermənistanda həmin şəxslər arasında cəzasızlıq mühiti yaradıb. Ona görə də Azərbaycan dövləti bu istiqamətdə işləri davam etdirir və bundan sonra da mütləq şəkildə davam etdirəcək. Artıq Xocalı cinayətkarlarının bir hissəsi cinayət məsuliyyətinə cəlb olunub və məhkəmə qarşısında cavab verməyə məcbur ediliblər".

Xatırladaq ki, Azərbaycanın Xocalı şəhərində dinc sakinlərə qarşı törətdilən qətliamın 32-ci ili tamam olur.
Sputnik Azərbaycan-ın məlumatına görə, erməni silahlı birləşmələri SSRİ dövründən Xankəndi şəhərində dislokasiya olunmuş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinə hücuma keçiblər.
Mühasirəyə alınan şəhərin 2500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Lakin pusquda dayanan ermənilər dinc sakinləri gülləbaran ediblər. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
Xocalı soyqırımının ildönümü hər il Azərbaycan və dünyanın bir çox ölkəsində qeyd olunur. Bu tədbirlərdə ermənilərin Xocalıda törətdiklərini əks etdirən foto-stendlər, sənədli filmlər nümayiş olunur, soyqırımı həqiqətlərini əks etdirən kitablar sərgilənir.
2008-cu ilin mayından İslam Konfransı Təşkilatı Gənclər Forumunun (İKGF) Mədəniyyətlərarası Dialoq üzrə baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya Ədalət" kampaniyası keçirilir. Kampaniyanın məqsədi beynəlxalq ictimaiyyətin Xocalı faciəsi ilə bağlı məlumatlandırılması, faciəyə beynəlxalq aləmdə mənəvi-siyasi qiymət verilməsi və beynəlxalq səviyyədə anılmasını təmin etməkdir. Kampaniyanın beynəlxalq əlaqələndirilməsi www.justiceforkhojaly.org saytı vasitəsilə aparılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0