Вид на город Ханкенди, фото из архива - Sputnik Azərbaycan, 1920, 19.09.2023
Qarabağın dirçəlişi və reinteqrasiyası

Azad olunmuş ərazilərdəki dini abidələr təmir olunur - Şeyxdən açıqlama

© Sputnik / Murad Orujov Allahşükür Paşazadə, arxiv
 Allahşükür Paşazadə, arxiv - Sputnik Azərbaycan, 1920, 26.02.2024
Abunə olmaq
Allahşükür Paşazadə bildirib ki, Şuşada və Qarabağın digər ərazilərində məscidlərin tikintisi aparılır.
BAKI, 26 fevral — Sputnik. "İşğal dövründə məscidlərin dağıdılması kimi hallar olub". Sputnik Azərbaycan xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə deyib.

"Bu gün isə işğaldan azad olunmuş ərazilərdəki məscidlər, kilsələr, bütün mədəni abidələr təmir olunur. Eləcə də Şuşada və Qarabağın digər ərazilərində məscidlərin tikintisi aparılır. Qarabağa qayıdan soydaşlarımız həmin məscidlərdə ibadətlərini edəcəklər" - o bildirib.

Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərdə 10-na yaxın məscidin tikintisi davam edir. Prezident İlham Əliyev həmin ərazilərdə sökülən məbədlərin bərpasına diqqətlə yanaşır. Məscidlərlə yanaşı, kilsələr də təmir olunur.
Xatırladaq ki, Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz "Twitter" hesabında bir müddət öncə qeyd etmişdi ki, Qəbələ rayonunda XII əsrə aid Müqəddəs Məryəm Ana kilsəsi tam təmir olunub və Azərbaycanın xristian icmasının istifadəsinə verilib.
Onun təmirini bir müddət əvvəl Heydər Əliyev Fondu başlayıb. Onun sözlərinə görə, prezidentin tapşırığına əsasən işğaldan azad edilmiş Azərbaycan torpaqlarındakı bütün kilsələr və məscidlər bərpa ediləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0