https://sputnik.az/20240226/abs-turkiye-sirketlerini-rusiya-ile-islediklerine-gore-teqib-edir---kv-462868946.html
ABŞ Türkiyə şirkətlərini Rusiya ilə işlədiklərinə görə təqib edir - KİV
ABŞ Türkiyə şirkətlərini Rusiya ilə işlədiklərinə görə təqib edir - KİV
Sputnik Azərbaycan
Türkiyənin Ticarət Nazirliyi məsələni öz üzərinə götürüb və Moskva Ankara ilə dialoq aparır. 26.02.2024, Sputnik Azərbaycan
2024-02-26T12:55+0400
2024-02-26T12:55+0400
2024-02-26T13:33+0400
abş
dünya xəbərləri
türkiyə
rusiya
sanksiya
qərb
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/13/434355320_0:257:3073:1985_1920x0_80_0_0_bbdcae0a65c0cd34d6af9a52a8b8c5d8.jpg
BAKI, 26 fevral — Sputnik. ABŞ Rusiya ilə ticarət əlaqələri olan Türkiyə şirkətlərini təqib edir və sanksiyalarla hədələyir. Bu barədə Türkiyənin "Aydınlık" qəzeti şirkət rəhbərlərinə istinadən yazıb. Yanvarın 1-dən etibarən türkiyəli ixracatçılar bankların Rusiyadan pul köçürmələrini qəbul etməkdən imtinası ilə üzləşiblər. RİA Novosti-nin mənbəsinin məlumatına görə, problem qismən ABŞ-ın sanksiyalarla bağlı Türkiyəyə təzyiqi ilə əlaqədardır. Türkiyənin Ticarət Nazirliyi məsələni öz üzərinə götürüb və Moskva Ankara ilə dialoq aparır. Ölkənin prezident administrasiyasındakı mənbə RİA Novosti-yə bildirib ki, Türkiyə tərəfi Rusiya ilə ödəniş köçürmələrində mövcud problemlərdən rəsmən xəbərdardır, vəziyyəti fəlakətli hesab etmir, iki ölkənin müvafiq qurumları vəziyyəti həll etmək üçün çalışırlar. Eyni zamanda, bank sektorundakı mənbə fevralın 14-də bildirib ki, ABŞ sanksiya siyasətinə əsaslanaraq, Türkiyədəki bir sıra özəl banklara Rusiya ilə ödəniş köçürmələrinin diqqətlə yoxlanılmasının zəruriliyi barədə xəbərdarlıq edir. Rusiya dəfələrlə bəyan edib ki, ölkə Qərbin bir neçə il əvvəl Rusiyaya qarşı tətbiq etməyə başladığı və artırmaqda davam etdiyi sanksiya təzyiqinin öhdəsindən gələcək. Moskvada qeyd edirlər ki, Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların uğursuzluğunu etiraf etmək cəsarəti yoxdur. Qərb ölkələrinin özündə də anti-Rusiya sanksiyalarının səmərəsiz olması ilə bağlı fikirlər dəfələrlə səsləndirilib. Rusiya Prezidenti Vladimir Putin bu yaxınlarda bəyan edib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/13/434355320_54:0:2785:2048_1920x0_80_0_0_e3b071d2f41da13e6a6d47098480a0f9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
abş, türkiyə, rusiya, sanksiya, qərb
abş, türkiyə, rusiya, sanksiya, qərb
ABŞ Türkiyə şirkətlərini Rusiya ilə işlədiklərinə görə təqib edir - KİV
12:55 26.02.2024 (Yenilənib: 13:33 26.02.2024) Türkiyənin Ticarət Nazirliyi məsələni öz üzərinə götürüb və Moskva Ankara ilə dialoq aparır.
BAKI, 26 fevral — Sputnik. ABŞ Rusiya ilə ticarət əlaqələri olan Türkiyə şirkətlərini təqib edir və sanksiyalarla hədələyir. Bu barədə Türkiyənin "Aydınlık" qəzeti şirkət rəhbərlərinə istinadən yazıb.
"Dekabr və yanvar aylarının göstəriciləri narahatlıq doğurur. 2023-cü ilin yanvar ayı ilə müqayisədə azalma (Rusiya ilə ixracda) 30 faizdən çoxdur. Buna səbəb isə ABŞ-ın tətbiq etdiyi sanksiyalar və təzyiqlərdir. Şirkətlər sanksiyalardan narahatdırlar. Mən onların rəhbərləri ilə görüşdüm və onların söylədiklərinə görə, ABŞ onları təkbətək təqib edir. Bizi rəsmən hədələyirlər. Biz dövlət qurumlarına müraciət edirik, onlar isə ancaq dinləyirlər. Bu problemi biz bir müddət əvvəl İranla da yaşamışıq. İndi isə bunu Rusiya ilə yaşayırıq" - qəzetin köşə yazarı İsmət Özçelik qeyd edib.
Yanvarın 1-dən etibarən türkiyəli ixracatçılar bankların Rusiyadan pul köçürmələrini qəbul etməkdən imtinası ilə üzləşiblər. RİA Novosti-nin mənbəsinin məlumatına görə, problem qismən ABŞ-ın sanksiyalarla bağlı Türkiyəyə təzyiqi ilə əlaqədardır.
Türkiyənin Ticarət Nazirliyi məsələni öz üzərinə götürüb və Moskva Ankara ilə dialoq aparır. Ölkənin prezident administrasiyasındakı mənbə RİA Novosti-yə bildirib ki, Türkiyə tərəfi Rusiya ilə ödəniş köçürmələrində mövcud problemlərdən rəsmən xəbərdardır, vəziyyəti fəlakətli hesab etmir, iki ölkənin müvafiq qurumları vəziyyəti həll etmək üçün çalışırlar. Eyni zamanda, bank sektorundakı mənbə fevralın 14-də bildirib ki, ABŞ sanksiya siyasətinə əsaslanaraq, Türkiyədəki bir sıra özəl banklara Rusiya ilə ödəniş köçürmələrinin diqqətlə yoxlanılmasının zəruriliyi barədə xəbərdarlıq edir.
Rusiya dəfələrlə bəyan edib ki, ölkə Qərbin bir neçə il əvvəl Rusiyaya qarşı tətbiq etməyə başladığı və artırmaqda davam etdiyi sanksiya təzyiqinin öhdəsindən gələcək. Moskvada qeyd edirlər ki, Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların uğursuzluğunu etiraf etmək cəsarəti yoxdur. Qərb ölkələrinin özündə də anti-Rusiya sanksiyalarının səmərəsiz olması ilə bağlı fikirlər dəfələrlə səsləndirilib. Rusiya Prezidenti Vladimir Putin bu yaxınlarda bəyan edib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.