ELM

Qurbağanın belində bitən müdhiş göbələk aşkarlandı

© Sputnik / Валерий МельниковQurbağa, arxiv
Qurbağa, arxiv - Sputnik Azərbaycan, 1920, 25.02.2024
Abunə olmaq
Bu tip göbələklərə, adətən çürüyən ağaclarda rast gəlinir.
BAKI, 25 fevral — Sputnik. Hindistanın cəngəlliklərində ilk dəfə olaraq üzərində göbələk bitən qurbağa aşkar edilib.
Bu barədə "Reptiles & Amphibians" elmi jurnalının məqaləsində məlumat verilib.
Kəşf keçən yay Karnataka meşəsinə ekspedisiya təşkil edən zooloqlar Çinmay Maliye və Uay Ti Lohit tərəfindən edilib. Yol kənarındakı gölməçələrin birində zooloqlar "Hylarana intermedi" cinsinə aid 40-a yaxın ensiz başlı qurbağaya rast gəliblər. Qurbağalardan biri diqqəti xüsusi cəlb edib - onun üzərində bitən "Mitsena" cinsindən olan meyvə göbələyinin gövdəsi də var idi.
"Bildiyimiz kimi, canlı qurbağanın böyründə inkişaf edən göbələkləri qeydə almaq heç vaxt mümkün olmayıb" - tədqiqatçılar deyiblər.
Nəşr vurğulayıb ki, bu tip göbələklərə, adətən çürüyən ağaclarda rast gəlinir. Alimlər bu fenomeni amfibiyalarda xəstəliklərə səbəb olan parazit göbələklərlə müqayisə ediblər, lakin tapılan fərd "canlı və aktiv" görünürdü. Alimlər onu özləri ilə aparmayıblar, sadəcə olaraq, bir neçə bucaqdan şəklini çəkiblər.
Xəbər lenti
0