https://sputnik.az/20240225/prezident-lham-eliyev-xocali-soyqiriminin-ildonumu-ile-bagli-paylasim-edib-462860338.html
Prezident İlham Əliyev Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyev Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
Sputnik Azərbaycan
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin keçmiş SSRİ-nin 366-cı alayının dəstəyi ilə Xocalı şəhərinə hücumu və zəbt etməsi... 25.02.2024, Sputnik Azərbaycan
2024-02-25T23:27+0400
2024-02-25T23:27+0400
2024-02-26T10:33+0400
xocalı soyqırımı
xocalı faciəsi
xocalıya ədalət” kampaniyası
"xocalıya ədalət" kampaniyası
azərbaycan xəbərləri
https://cdnn1.img.sputnik.az/img/07e6/02/1a/439634370_0:103:2000:1228_1920x0_80_0_0_e4abbcf68e35889e7bcf4320d8e1c91d.jpg
BAKI, 25 fevral - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün "X" hesabında Xocalı faciəsinin 32-ci ildönümü ilə bağlı paylaşım edib.Paylaşımda "26 fevral 1992. Xocalı soyqırımı" sözləri yer alıb.***1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin keçmiş SSRİ-nin 366-cı alayının dəstəyi ilə Xocalı şəhərinə hücumu və zəbt etməsi nəticəsində 613 dinc azərbaycanlı, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca amansızcasına qətlə yetirilib.Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X"dəki hesabında yazıb.“Daha 1 000 nəfər yaralanıb, 1 275 nəfər girov götürülüb. Bu günədək Xocalıdan 150 nəfər itkin düşüb.1992-ci il fevralın 25-26-da Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərində azərbaycanlı mülki əhalinin qəsdən törədilmiş kütləvi qırğını “soyqırımı” və “insanlığa qarşı cinayət”dir.Xocalıda törədilmiş cinayətlər ayrı-ayrılıqda və ya təsadüfi akt deyil, Ermənistanın geniş yayılmış və sistemli etnik təmizləmə siyasətinin və təcrübəsinin tərkib hissəsidir.Xocalı soyqırımı İkinci Dünya Müharibəsindən sonra Avropada günahsız dinc əhaliyə qarşı törədilmiş ən dəhşətli kütləvi qırğın idi.Xocalı soyqırımı beynəlxalq ictimaiyyətin tam sükut və laqeydliyi şəraitində baş verib. Xocalı qurbanlarının ədalətini Azərbaycan dövlətinin özü təmin edib. Xocalı 2023-cü ilin sentyabrında işğaldan azad edilib və bu cinayətin bir qrup təşkilatçısı və icraçısı tezliklə məhkəmə qarşısına çıxarılacaq. Amma bizim ən böyük təsəllimiz odur ki, Xocalıdan sağ çıxanlar və hər bir Azərbaycan vətəndaşı artıq azad edilmiş Xocalıya, bütün Qarabağa və Şərqi Zəngəzuru azad, ləyaqət və qürurla ziyarət edə bilər”, - H.Hacıyev qeyd edib.***Kütləvi informasiya vasitələrində geniş yayılan foto və videofaktlar, habelə cinayəti törədənlərin etirafları Xocalıda zorakılıqdan xəbər verir. Təəssüf ki, günahkarlar hələ də məsuliyyətə cəlb olunmayıb.Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı "X" səhifəsindəki paylaşımında deyilir."Soyqırımın 32-ci ildönümündə Xocalıya ədalət tələb edirik. Şəhidlərin qəbri nurla dolsun!", - A.Hacızadə qeyd edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/1a/439634370_114:0:1887:1330_1920x0_80_0_0_954c6ba91bd47f5f4ca2ff9a075e493f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xocalı soyqırımı, xocalı faciəsi, xocalıya ədalət” kampaniyası, "xocalıya ədalət" kampaniyası
xocalı soyqırımı, xocalı faciəsi, xocalıya ədalət” kampaniyası, "xocalıya ədalət" kampaniyası
Prezident İlham Əliyev Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
23:27 25.02.2024 (Yenilənib: 10:33 26.02.2024) 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin keçmiş SSRİ-nin 366-cı alayının dəstəyi ilə Xocalı şəhərinə hücumu və zəbt etməsi nəticəsində 613 dinc azərbaycanlı, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca amansızcasına qətlə yetirilib.
BAKI, 25 fevral - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün "X" hesabında Xocalı faciəsinin 32-ci ildönümü ilə bağlı paylaşım edib.
Paylaşımda "26 fevral 1992. Xocalı soyqırımı" sözləri yer alıb.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin keçmiş SSRİ-nin 366-cı alayının dəstəyi ilə Xocalı şəhərinə hücumu və zəbt etməsi nəticəsində 613 dinc azərbaycanlı, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca amansızcasına qətlə yetirilib.
Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X"dəki hesabında yazıb.
“Daha 1 000 nəfər yaralanıb, 1 275 nəfər girov götürülüb. Bu günədək Xocalıdan 150 nəfər itkin düşüb.
1992-ci il fevralın 25-26-da Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərində azərbaycanlı mülki əhalinin qəsdən törədilmiş kütləvi qırğını “soyqırımı” və “insanlığa qarşı cinayət”dir.
Xocalıda törədilmiş cinayətlər ayrı-ayrılıqda və ya təsadüfi akt deyil, Ermənistanın geniş yayılmış və sistemli etnik təmizləmə siyasətinin və təcrübəsinin tərkib hissəsidir.
Xocalı soyqırımı İkinci Dünya Müharibəsindən sonra Avropada günahsız dinc əhaliyə qarşı törədilmiş ən dəhşətli kütləvi qırğın idi.
Xocalı soyqırımı beynəlxalq ictimaiyyətin tam sükut və laqeydliyi şəraitində baş verib. Xocalı qurbanlarının ədalətini Azərbaycan dövlətinin özü təmin edib. Xocalı 2023-cü ilin sentyabrında işğaldan azad edilib və bu cinayətin bir qrup təşkilatçısı və icraçısı tezliklə məhkəmə qarşısına çıxarılacaq. Amma bizim ən böyük təsəllimiz odur ki, Xocalıdan sağ çıxanlar və hər bir Azərbaycan vətəndaşı artıq azad edilmiş Xocalıya, bütün Qarabağa və Şərqi Zəngəzuru azad, ləyaqət və qürurla ziyarət edə bilər”, - H.Hacıyev qeyd edib.
Kütləvi informasiya vasitələrində geniş yayılan foto və videofaktlar, habelə cinayəti törədənlərin etirafları Xocalıda zorakılıqdan xəbər verir. Təəssüf ki, günahkarlar hələ də məsuliyyətə cəlb olunmayıb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı "X" səhifəsindəki paylaşımında deyilir.
"Soyqırımın 32-ci ildönümündə Xocalıya ədalət tələb edirik. Şəhidlərin qəbri nurla dolsun!", - A.Hacızadə qeyd edib.