Tarixdə bu gün: 24 fevral – FOTO
© Sputnik / Elnur Salayev24 fevral
© Sputnik / Elnur Salayev
Abunə olmaq
Bu gün dünyada və ölkədə müxtəlif illərdə hansı hadisələr baş verib - Sputnik Azərbaycan icmalında oxuyun.
BAKI, 24 fevral — Sputnik. Fevralın 24-də bir çox dünya şöhrətli aktyorlar, elm adamları, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəliblər. Bu gündə tarixə düşən hadisələr də baş verib.
Fevralın 24-də kimlər dünyaya gəlib?
Əli bəy Hüseynzadə (1864-1940) - Azərbaycan rəssamı, alimi və filosofudur. O, sonralar Azərbaycan Respublikasının bayrağı olan Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının müəllifidir.
© Photo : Public DomenƏli bəy Hüseynzadə
Əli bəy Hüseynzadə
© Photo : Public Domen
Abdulla Şaiq (1881-1959) - Azərbaycan şairi, dramaturq, tərcüməçi və Azərbaycan SSR əməkdar incəsənət xadimidir. Onun Azərbaycan uşaq ədəbiyyatının formalaşmasında müstəsna xidmətləri var.
Oqtay Sadıqzadə (1921-2014) - Azərbaycanın xalq rəssamıdır. Ustadın müasir Azərbaycan təsviri sənətinin inkişafında xüsusi xidmətləri var. Rəssam Azərbaycan xalqının görkəmli nümayəndələrinin portretlərindən ibarət qalereya yaradıb.
Stiv Cobs (1955-2011) informasiya texnologiyaları dövrünün qabaqcıllarından biri kimi tanınan amerikalı sahibkar, mühəndis və sənaye dizayneridir. O, "Apple" korporasiyasının təsisçilərindən biri, direktorlar şurasının sədri və baş direktordur.
© AP Photo / Paul SakumaStiv Cobs
Stiv Cobs
© AP Photo / Paul Sakuma
Fevralın 24-də dünyada baş verən tarixi hadisələr
1446-cı ildə ilk məlum lotereya Belçikanın Brügge şəhərində keçirilib. Bu tarix lotereyanın yaranma günü hesab olunur.
© AFP 2024 / MARK RALSTONLotereya, arxiv şəkli
Lotereya, arxiv şəkli
© AFP 2024 / MARK RALSTON
1902-ci ildə doktor Lançester Böyük Britaniyada diskli əyləc layihəsini patentləşdirib.
Təkər
© Sputnik / Aleksandr Kondratyuk
/ 1938-ci ildə ABŞ-ın Arlinqton şəhərində ilk neylon məhsul olan diş fırçası satışa çıxarılıb.
1942-ci ildə "Amerikanın səsi" radiostansiyası alman dilində yayımlanmağa başlayıb.
1999-cu ildə Çinin Vençjou yaxınlığında "China Southwest Airlines" şirkətinin Tu-154M təyyarəsi qəzaya uğrayaraq 61 nəfərin həlak olmasına səbəb olub. Bu fəlakətdən sonra Çində Tu-154-dən istifadə etməkdən imtina ediblər.
1994-cü ildə Azərbaycan parlamenti "Xocalı Soyqırımı Günü haqqında" xüsusi qərar qəbul edib. Bu qərara əsasən, hər il fevralın 26-sı Xocalı Soyqırımı Günü kimi qeyd edilir və faciə haqqında məlumatlar beynəlxalq təşkilatlara çatdırılır.
© Sputnik / Murad OrujovXocalı soyqırımı qurbanlarının xatirəsini anım mərasimi, 26 fevral 2021-ci il
Xocalı soyqırımı qurbanlarının xatirəsini anım mərasimi, 26 fevral 2021-ci il
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.