https://sputnik.az/20240224/resmi-paris-iii-qarabag-muharibesi-ucun-zemin-hazirlayir-462804473.html
Fransa Ermənistanı III Qarabağ müharibəsinə hazırlaşdırır
Fransa Ermənistanı III Qarabağ müharibəsinə hazırlaşdırır
Sputnik Azərbaycan
Deputatın fikrincə, Afrikadan qovulan Fransa öz strateji məğlubiyyətini Cənubi Qafqaz hesabına kompensasiya etmək istəyir və bunun üçün Ermənistandan istifadə... 24.02.2024, Sputnik Azərbaycan
2024-02-24T15:59+0400
2024-02-24T15:59+0400
2024-02-24T14:33+0400
paris
siyasət
ermənistan
elman nəsirov
ermənistanın baş naziri nikol paşinyan
fransa
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/1c/461632602_0:0:3072:1728_1920x0_80_0_0_4ba6401af853462080b50251f5b93cfc.jpg
BAKI, 24 fevral — Sputnik. Ermənistan Baş naziri Nikol Paşinyanın Fransaya səfəri fonunda yaşananlar Fransa ilə bu ölkənin əməkdaşlığının hərbi müstəvidə güclənməsindən xəbər verir. Fransa Prezidenti Emmanuel Makronun Ermənistana müdafiə təyinatlı məhsullar verəcəkləri ilə bağlı açıqlamasından bir qədər sonra isə Fransanın müdafiə naziri Sebastyan Lekornenin Ermənistana səfər edəcəyi üzə çıxdı. Ermənistana səfərinin gündəliyi barədə danışan müdafiə naziri Cənubi Qafqaz ölkəsinə verəcəkləri silah və texnika haqqında da danışıb. Fransa-Ermənistan əməkdaşlığının hərbi elemntlərlə gücləndirilməsi Bakıda da diqqətlə izlənilir. Sputnik Azərbaycna Fransa-Ermənistan əməkdaşlığının Cənubi Qafqaza təsiri ilə bağlı millət vəkili Elman Nəsirovun və hərbi ekspert Ramil Məmmədlinin fikirlərini öyrənib. Millət vəkili Elman Nəsirov deyir ki, Makronun Paşinyanla görüşdən sonra verdiyi açıqlamalar Fransa dövlət başçısının köhnə ampluasında olduğunu göstərdi: "Makron son insidentlərlə bağlı Ermənistanı müdafiə edir, eyni zamanda Azərbaycana təzyiq göstərmək istəyir. Fransa Ermənistanı təhlükəsizlik və müdafiə adı altında silahlandırır. Bu gün Fransanın Ermənistana göndərdiyi silahlar revanşizmin gücləndirilməsi deməkdir. Görünür, rəsmi Paris Üçüncü Qarabağ Müharibəsi düşüncələrinə qapılıb". Elman Nəsirov deyir ki, Afrikadan qovulan Fransa öz strateji məğlubiyyətini Cənubi Qafqaz hesabına kompensasiya etmək istəyir və bunun üçün Ermənistandan istifadə olunur. Millət vəkilinin sözlərinə görə, Ermənistanın davranışları bölgədə konfranstasiya mühitinin formalaşmasına gətirib çıxara bilər: "Silah alış-verişi kontekstində ortaya çıxan digər bir məqam Ermənistandakı konstitusiya islahatları ilə bağlıdır. İslahatlarda Ermənistanda başqa bir ölkənin hərbi bazasının saxlanılmaması məsələsi də yer alır. Bu isə o deməkdir ki, Rusiya Gümrüdəki 102-ci hərbi bazadan imtina etməlidir. Belə aydın olur ki, Ermənistanda konstitusiya islahatları adı altında Rusiyanı Fransa ilə əvəz etmək planları icra olunur. Bu isə yaxın bir zamanda Rusiya və Ermənistan arasında çox ciddi gərginliyin formlaşmasına gətirib çıxaracaq. Bunun Paşinyan hakimiyyəti üçün mürəkkəb nəticələr verəcəyini proqnozlaşdırmaq olar". Hərbi ekspert Ramil Məmmədli isə deyir ki, Fransa Cənubi Qafqazla bağlı istək və məqsədlərinə çatmaq üçün fürsət əldə edib. Onun sözlərinə görə, bu ABŞ-a bağlı olan Nikol Paşinyan iqtidarının Qərblə isti münasibətlərinin olması ilə bağlıdır:"Fransa mövcud vəziyyətdən istifadə edərək Cənubi Qafqazda möhkəmlənmək niyyətindədir. Bu planlar Azərbaycanın maraqlarına ziddir və bölgədə mövcud münaqişə ocağı ilə bağlı vəziyyətin yeni gərginlik mərhələsinə keçməsinə gətirib çıxara bilər". Hərbi ekspert deyir ki, Fransa Qərbdə ABŞ-ın jandarmı rolunu oynayır: "Əslində isə Fransanın Ermənistanda möhkəmləməsində əsas maraqlı tərəf ABŞ-dır. Ermənistan bu istiqamətdə və onların məqsədinə çatması üçün siyasət yürüdür. Paşinyan ABŞ və Fransanın dəstəyi ilə hakimiyyətini uzatmağa, maksimum şəkildə Rusiyanın bölgədə və Ermənistandakı dayaqlarını zəiflətməyə çalışır". Ramil Məmmədlinin fikrincə, qısa zamanda Fransadan Ermənistana sürətli şəkildə strateji hərbi texniki vasitələrin göndərilməsi mümkün olmayacaq: "Bu baş versə belə effektiv nəticə verməyəcək. Ermənistanın Fransadan aldığı hava hücumundan müdafiə sistemləri ilə bağlı məsələyə Rusiyanın mövqeyi maraqlı olacaq. Biz bilirik ki, hava hücumundan müdafiə sistemləri radiolokasiya sistemləri ilə kompleks təşkil edir. Bu sistem həm də Rusiyanın Ermənistanda olan hərbi vasitələrinin nəzarət altında saxlanılması deməkdir. Rusiyanın bu məsələ üzərindən sükutla keçəcəyini düşünmürəm. Hesab edirəm ki, Rusiya Ermənistanın Qərblə hərbi-texniki əməkdaşlığına isti yanaşmayacaq". R.Məmmədli Azərbaycan Prezidentinin fikrini xatırladaraq deyib ki, Fransa-Ermənistan hərbi əməkdaşlığı hazırkı mərhələdə ölkəmizi narahat etmir, ancaq məsələ strateji silahların verilməsi mərhələsinə keçid edərsə, Azərbaycanın da reaksiyası olacaq. "Məncə Ermənistan bölgədə Rusiya, İran və Azərbaycan amilini nəzərə alacaq və Fransa üzərindən ABŞ-la hərbi-texniki əməkdaşlığı dərinləşdirməyəcək. Nəzərə almaq lazımdır ki, Fransanın quraşdırdığı radiolokasiya sistemləri İran ərazisinin şimal-qərb hissəsini görmək imkanı əldə edəcək və bu, Cənub qonşumuz üçün də arzuolunmazdır" – hərbi ekspert əlavə edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/1c/461632602_341:0:3072:2048_1920x0_80_0_0_c246e4d402fcbfaf7eff76ccda042520.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
paris, ermənistan, elman nəsirov, ermənistanın baş naziri nikol paşinyan, fransa
paris, ermənistan, elman nəsirov, ermənistanın baş naziri nikol paşinyan, fransa
Fransa Ermənistanı III Qarabağ müharibəsinə hazırlaşdırır
Deputatın fikrincə, Afrikadan qovulan Fransa öz strateji məğlubiyyətini Cənubi Qafqaz hesabına kompensasiya etmək istəyir və bunun üçün Ermənistandan istifadə edir.
BAKI, 24 fevral — Sputnik. Ermənistan Baş naziri Nikol Paşinyanın Fransaya səfəri fonunda yaşananlar Fransa ilə bu ölkənin əməkdaşlığının hərbi müstəvidə güclənməsindən xəbər verir. Fransa Prezidenti Emmanuel Makronun Ermənistana müdafiə təyinatlı məhsullar verəcəkləri ilə bağlı açıqlamasından bir qədər sonra isə Fransanın müdafiə naziri Sebastyan Lekornenin Ermənistana səfər edəcəyi üzə çıxdı. Ermənistana səfərinin gündəliyi barədə danışan müdafiə naziri Cənubi Qafqaz ölkəsinə verəcəkləri silah və texnika haqqında da danışıb.
Fransa-Ermənistan əməkdaşlığının hərbi elemntlərlə gücləndirilməsi Bakıda da diqqətlə izlənilir.
Sputnik Azərbaycna Fransa-Ermənistan əməkdaşlığının Cənubi Qafqaza təsiri ilə bağlı millət vəkili Elman Nəsirovun və hərbi ekspert Ramil Məmmədlinin fikirlərini öyrənib.
Millət vəkili Elman Nəsirov deyir ki, Makronun Paşinyanla görüşdən sonra verdiyi açıqlamalar Fransa dövlət başçısının köhnə ampluasında olduğunu göstərdi:
"Makron son insidentlərlə bağlı Ermənistanı müdafiə edir, eyni zamanda Azərbaycana təzyiq göstərmək istəyir. Fransa Ermənistanı təhlükəsizlik və müdafiə adı altında silahlandırır. Bu gün Fransanın Ermənistana göndərdiyi silahlar revanşizmin gücləndirilməsi deməkdir. Görünür, rəsmi Paris Üçüncü Qarabağ Müharibəsi düşüncələrinə qapılıb".
Elman Nəsirov deyir ki, Afrikadan qovulan Fransa öz strateji məğlubiyyətini Cənubi Qafqaz hesabına kompensasiya etmək istəyir və bunun üçün Ermənistandan istifadə olunur.
Millət vəkilinin sözlərinə görə, Ermənistanın davranışları bölgədə konfranstasiya mühitinin formalaşmasına gətirib çıxara bilər:
"Silah alış-verişi kontekstində ortaya çıxan digər bir məqam Ermənistandakı konstitusiya islahatları ilə bağlıdır. İslahatlarda Ermənistanda başqa bir ölkənin hərbi bazasının saxlanılmaması məsələsi də yer alır. Bu isə o deməkdir ki, Rusiya Gümrüdəki 102-ci hərbi bazadan imtina etməlidir. Belə aydın olur ki, Ermənistanda konstitusiya islahatları adı altında Rusiyanı Fransa ilə əvəz etmək planları icra olunur. Bu isə yaxın bir zamanda Rusiya və Ermənistan arasında çox ciddi gərginliyin formlaşmasına gətirib çıxaracaq. Bunun Paşinyan hakimiyyəti üçün mürəkkəb nəticələr verəcəyini proqnozlaşdırmaq olar".
Hərbi ekspert Ramil Məmmədli isə deyir ki, Fransa Cənubi Qafqazla bağlı istək və məqsədlərinə çatmaq üçün fürsət əldə edib.
Onun sözlərinə görə, bu ABŞ-a bağlı olan Nikol Paşinyan iqtidarının Qərblə isti münasibətlərinin olması ilə bağlıdır:
"Fransa mövcud vəziyyətdən istifadə edərək Cənubi Qafqazda möhkəmlənmək niyyətindədir. Bu planlar Azərbaycanın maraqlarına ziddir və bölgədə mövcud münaqişə ocağı ilə bağlı vəziyyətin yeni gərginlik mərhələsinə keçməsinə gətirib çıxara bilər".
Hərbi ekspert deyir ki, Fransa Qərbdə ABŞ-ın jandarmı rolunu oynayır:
"Əslində isə Fransanın Ermənistanda möhkəmləməsində əsas maraqlı tərəf ABŞ-dır. Ermənistan bu istiqamətdə və onların məqsədinə çatması üçün siyasət yürüdür. Paşinyan ABŞ və Fransanın dəstəyi ilə hakimiyyətini uzatmağa, maksimum şəkildə Rusiyanın bölgədə və Ermənistandakı dayaqlarını zəiflətməyə çalışır".
Ramil Məmmədlinin fikrincə, qısa zamanda Fransadan Ermənistana sürətli şəkildə strateji hərbi texniki vasitələrin göndərilməsi mümkün olmayacaq:
"Bu baş versə belə effektiv nəticə verməyəcək. Ermənistanın Fransadan aldığı hava hücumundan müdafiə sistemləri ilə bağlı məsələyə Rusiyanın mövqeyi maraqlı olacaq. Biz bilirik ki, hava hücumundan müdafiə sistemləri radiolokasiya sistemləri ilə kompleks təşkil edir. Bu sistem həm də Rusiyanın Ermənistanda olan hərbi vasitələrinin nəzarət altında saxlanılması deməkdir. Rusiyanın bu məsələ üzərindən sükutla keçəcəyini düşünmürəm. Hesab edirəm ki, Rusiya Ermənistanın Qərblə hərbi-texniki əməkdaşlığına isti yanaşmayacaq".
R.Məmmədli Azərbaycan Prezidentinin fikrini xatırladaraq deyib ki, Fransa-Ermənistan hərbi əməkdaşlığı hazırkı mərhələdə ölkəmizi narahat etmir, ancaq məsələ strateji silahların verilməsi mərhələsinə keçid edərsə, Azərbaycanın da reaksiyası olacaq.
"Məncə Ermənistan bölgədə Rusiya, İran və Azərbaycan amilini nəzərə alacaq və Fransa üzərindən ABŞ-la hərbi-texniki əməkdaşlığı dərinləşdirməyəcək. Nəzərə almaq lazımdır ki, Fransanın quraşdırdığı radiolokasiya sistemləri İran ərazisinin şimal-qərb hissəsini görmək imkanı əldə edəcək və bu, Cənub qonşumuz üçün də arzuolunmazdır" – hərbi ekspert əlavə edib.