CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ramazan bayramında ardıcıl 5 gün iş olmayacaq

© Sputnik / Murad OrujovПраздничный намаз в мечети Тязяпир в Баку
Праздничный намаз в мечети Тязяпир в Баку - Sputnik Azərbaycan, 1920, 24.02.2024
Abunə olmaq
Baş nazirin qərarına əsasən Ramazan bayramı ilə əlaqədar iş və istirahət günlərinin yerləri dəyişdirildi.
BAKI, 24 fevral — Sputnik. Ramazan bayramı ilə əlaqədar iş və istirahət günlərinin yerləri dəyişdirilib.
Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 12 aprel iş günü ilə 6 aprel istirahət gününün yerləri dəyişdirilib.
Qeyd edək ki, 10, 11 aprel Azərbaycanda Ramazan bayramıdır. Aprelin 12-si həftənin cümə gününə təsadüf etdiyindən aprelin 6-sı şənbə günü ilə yerləri dəyişdirilib. Bu da o deməkdir ki, ardıcıl 5 gün (aprelin 10,11,12,13 və 14-ü) iş olmayacaq. Aprelin 6-sı isə rəsmi iş günü elan edilib.
20.02.24, 16:52
Ramazan ayının təqvimi açıqlanıb
Azərbaycanda Ramazan ayı martın 11-də başlayacaq. Bununla bağlı Qafqaz Müsəlmanları İdarəsi məlumat yayıb.
İdarənin təqviminə əsasən, martın 28-i və 30-u, aprelin 1-i və 5-i Qədr gecələridir.
Ramazan bayramı aprelin 10-11-nə təsadüf edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0