https://sputnik.az/20240224/beynelxalq-axtarisda-olan-sexs-almaniyada-tutularaq-azerbaycana-getirilib-462848072.html
Beynəlxalq axtarışda olan şəxs Almaniyada tutularaq Azərbaycana gətirilib
Beynəlxalq axtarışda olan şəxs Almaniyada tutularaq Azərbaycana gətirilib
Sputnik Azərbaycan
Bundan əvvəl cari ildə beynəlxalq axtarışda olan üç nəfər Kolumbiya, Macarıstan və Polşadan Azərbaycana gətirilib. 24.02.2024, Sputnik Azərbaycan
2024-02-24T11:20+0400
2024-02-24T11:20+0400
2024-02-24T11:20+0400
ekstradisiya
cəmiyyət
interpol
interpol
interpol
interpolun milli mərkəzi bürosu
azərbaycan
almaniya
https://cdnn1.img.sputnik.az/img/07e8/01/07/461806358_0:160:3072:1888_1920x0_80_0_0_eb13a46af16483310f1a28b8134cc2b1.jpg
BAKI, 24 fevral - Sputnik. Beynəlxalq axtarışda olan şəxs Almaniyada tutularaq Azərbaycana ekstradisiya edilib.Bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.Qeyd olunub ki, nazirlik İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosunun beynəlxalq axtarışa verdiyi Azərbaycan vətəndaşı Marvud Vaqifzadəni ölkəmizə ekstradisiyasını həyata keçirib.Belə ki, 2021-ci ildə “Vorld Telekom” MMC-nin Yasamal filialında kredit mütəxəssisi vəzifəsində işləyərkən saxtakarlıq edərək qulluq mövqeyindən istifadə etməklə külli miqdarda özgənin əmlakını ələ keçirtməkdə (AR Cinayət Məcəlləsinin 179.3.2 və 313-cü maddələri) ittiham edilmiş M.Vaqifzadənin yeri Almaniyada müəyyən olunub və o, həbs edilib.Həmin şəxsin ekstradisiyası ilə bağlı Baş Prokurorluğun sorğusu və beynəlxalq prosedurlara uyğun Ədliyyə Nazirliyinin təqdim etdiyi zəmanətlər əsasında razılıq əldə olunaraq o, nazirliyin Beynəlxalq əməkdaşlıq idarəsinin və Penitensiar xidmətin məsul əməkdaşları tərəfindən Almaniyadan ölkəmizə gətirilib və məhkəmənin həbs qərarına əsasən Bakı İstintaq Təcridxanasına yerləşdirilib.Qeyd edək ki, bundan əvvəl cari ildə beynəlxalq axtarışda olan üç nəfər Kolumbiya, Macarıstan və Polşadan Azərbaycana gətirilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/01/07/461806358_171:0:2902:2048_1920x0_80_0_0_d2e2e0ac263f87f43851f3a80d15eed1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ekstradisiya, interpol, interpol, interpol, interpolun milli mərkəzi bürosu, azərbaycan, almaniya
ekstradisiya, interpol, interpol, interpol, interpolun milli mərkəzi bürosu, azərbaycan, almaniya
Beynəlxalq axtarışda olan şəxs Almaniyada tutularaq Azərbaycana gətirilib
Bundan əvvəl cari ildə beynəlxalq axtarışda olan üç nəfər Kolumbiya, Macarıstan və Polşadan Azərbaycana gətirilib.
BAKI, 24 fevral - Sputnik. Beynəlxalq axtarışda olan şəxs Almaniyada tutularaq Azərbaycana ekstradisiya edilib.
Bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, nazirlik İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosunun beynəlxalq axtarışa verdiyi Azərbaycan vətəndaşı Marvud Vaqifzadəni ölkəmizə ekstradisiyasını həyata keçirib.
Belə ki, 2021-ci ildə “Vorld Telekom” MMC-nin Yasamal filialında kredit mütəxəssisi vəzifəsində işləyərkən saxtakarlıq edərək qulluq mövqeyindən istifadə etməklə külli miqdarda özgənin əmlakını ələ keçirtməkdə (AR Cinayət Məcəlləsinin 179.3.2 və 313-cü maddələri) ittiham edilmiş M.Vaqifzadənin yeri Almaniyada müəyyən olunub və o, həbs edilib.
Həmin şəxsin ekstradisiyası ilə bağlı Baş Prokurorluğun sorğusu və beynəlxalq prosedurlara uyğun Ədliyyə Nazirliyinin təqdim etdiyi zəmanətlər əsasında razılıq əldə olunaraq o, nazirliyin Beynəlxalq əməkdaşlıq idarəsinin və Penitensiar xidmətin məsul əməkdaşları tərəfindən Almaniyadan ölkəmizə gətirilib və məhkəmənin həbs qərarına əsasən Bakı İstintaq Təcridxanasına yerləşdirilib.
Qeyd edək ki, bundan əvvəl cari ildə beynəlxalq axtarışda olan üç nəfər Kolumbiya, Macarıstan və Polşadan Azərbaycana gətirilib.