https://sputnik.az/20240223/zahid-oruc-azerbaycanlilar-zengezur-yolunu-acacaqlar-462829052.html
Zahid Oruc: “Azərbaycanlılar Zəngəzur yolunu açacaqlar”
Zahid Oruc: “Azərbaycanlılar Zəngəzur yolunu açacaqlar”
Sputnik Azərbaycan
Deputat bildirib ki, 12 fevral tarixində sərhəddəki insidentin səbəbi məhz Zəngəzur dəhlizinə Qərbin hərbi korpusunu gətirməkdir. 23.02.2024, Sputnik Azərbaycan
2024-02-23T12:29+0400
2024-02-23T12:29+0400
2024-02-23T12:46+0400
cəmiyyət
zəngəzur
azərbaycan
ermənistan
avropa birliyi
https://cdnn1.img.sputnik.az/img/40534/01/405340143_0:33:1689:983_1920x0_80_0_0_5dac65de2eba316269aad74c0d5cb53d.jpg
BAKI, 23 fevral - Sputnik. “Nikol Paşinyan 19 fevralda Münhen sammiti proqramında “Təşəkkür” medalı ilə təltif etdiyi Avroparlamentin Təhlükəsizlik Komitəsinin sədri, Azərbaycana qarşı şəbəkənin əsas simalarından olan Natali Luazo bəyan etdi ki, onların əsas məqsədi bölgədə yerləşdirdikləri Avromissiyanın fəaliyyətidir. Bəli, strateji hədəf NATO-nun hərbi qüvvələrinin regiona müdaxiləsi üçün zəmin hazırlamaqdır və 12 fevral tarixində sərhəddəki insidentin səbəbi məhz Zəngəzur dəhlizinə Qərbin hərbi korpusunu gətirməkdir”. Bunu Milli Məclisin bugünkü iclasında deputat Zahid Oruc deyib. Zahid Oruc Avropa İttifaqının Ermənistandakı səfiri Vasili Maraqosun fevralın 12-də verdiyi müsahibəyə də toxunub:Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40534/01/405340143_7:0:1604:1198_1920x0_80_0_0_ca31fb7973aeb81e7c6098dfff90f124.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
zəngəzur, azərbaycan, ermənistan, avropa birliyi
zəngəzur, azərbaycan, ermənistan, avropa birliyi
Zahid Oruc: “Azərbaycanlılar Zəngəzur yolunu açacaqlar”
12:29 23.02.2024 (Yenilənib: 12:46 23.02.2024) Deputat bildirib ki, 12 fevral tarixində sərhəddəki insidentin səbəbi məhz Zəngəzur dəhlizinə Qərbin hərbi korpusunu gətirməkdir.
BAKI, 23 fevral - Sputnik. “Nikol Paşinyan 19 fevralda Münhen sammiti proqramında “Təşəkkür” medalı ilə təltif etdiyi Avroparlamentin Təhlükəsizlik Komitəsinin sədri, Azərbaycana qarşı şəbəkənin əsas simalarından olan Natali Luazo bəyan etdi ki, onların əsas məqsədi bölgədə yerləşdirdikləri Avromissiyanın fəaliyyətidir. Bəli, strateji hədəf NATO-nun hərbi qüvvələrinin regiona müdaxiləsi üçün zəmin hazırlamaqdır və 12 fevral tarixində sərhəddəki insidentin səbəbi məhz Zəngəzur dəhlizinə Qərbin hərbi korpusunu gətirməkdir”. Bunu Milli Məclisin bugünkü iclasında deputat Zahid Oruc deyib.
Zahid Oruc Avropa İttifaqının Ermənistandakı səfiri Vasili Maraqosun fevralın 12-də verdiyi müsahibəyə də toxunub:
“Vasili Maraqos müsahibəsində deyir ki, Syunik Ermənistanın təhlükəsizliyi üçün çox vacib bölgədir və xariclə əlaqəni təmin etmək strateji yoldur. Biz həmin bölgənin təhlükəsizliyi üçün 110 milyon avro vəsait ayırmışıq. Sual olunur: Ölkəmiz nə vaxt həmin əraziləri müharibə yolu ilə alacağını bəyan edib ki, Avropa Birliyi belə böyük vəsaitləri Zəngəzura yatırır? Unutmayaq ki, Avropa Birliyinin missiyalarının Bosniyada 20 il, Gürcüstanda 13 il, Liviyada 13 illik fəaliyyəti sülhə deyil, münaqişələri idarə etməklə ölkələrin iqtisadi sərvətlərini sümürməyə yönəlmişdi. Ona görə də bütün beynəlxalq missiyalar unutmasınlar: o torpaqların tarixi sahibləri olan azərbaycanlılar Zəngəzur yolunu açacaqlar”.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.