Tarixdə bu gün: 23 fevral – FOTO
15:00 23.02.2024 (Yenilənib: 15:27 23.02.2024)
© Sputnik / Elnur Salayev23 fevral
© Sputnik / Elnur Salayev
Abunə olmaq
Bu gün dünyada və ölkədə müxtəlif illərdə hansı hadisələr baş verib - Sputnik Azərbaycan icmalında oxuyun.
BAKI, 23 fevral — Sputnik. Fevralın 23-də bir çox dünya şöhrətli aktyorlar, elm adamları, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəliblər. Bu gündə tarixə düşən hadisələr də baş verib.
Fevralın 23-də kimlər dünyaya gəlib?
Şəmsi Bədəlbəyli (1911-1986) - Azərbaycan SSR xalq artisti və teatr rejissorudur. Onun səhnələşdirdiyi tamaşalar arasında "Arşın mal alan", "Durna", "Hicran" tamaşalarını qeyd etmək olar.
© Photo : Azerbaijanfilm studioŞəmsi Bədəlbəyli
Şəmsi Bədəlbəyli
© Photo : Azerbaijanfilm studio
Anatoli Banişevski (1946-1997) - sovet futbolçusu, "Neftçi" futbol klubunun kapitanı, SSRİ beynəlxalq dərəcəli idman ustasıdır. Anatoli SSRİ milli komandasının heyətində 50 oyun keçirib və 20 qol vurub.
© Sputnik/ Yuri SomovBakının "Neftçi" komandasının hücumçusu, SSRİ yığmasının üzvü Anatoli Banişevski. 1971-ci il.
Bakının "Neftçi" komandasının hücumçusu, SSRİ yığmasının üzvü Anatoli Banişevski. 1971-ci il.
© Sputnik/ Yuri Somov
Həmid Araslı (1909-1983) - Azərbaycan ədəbiyyatşünası, akademiki, professoru və filologiya elmləri doktorudur. Alim müxtəlif illərdə Nəsimi, Kişvəri, Əmani, Saib Təbrizi, Qövsi Təbrizi, Məhcür Şirvani, Vaqif, Vidadi və başqa görkəmli şairlər haqqında tədqiqatların müəllifidir. O, Nizami və Füzuli irsinin öyrənilməsinə mühüm töhfələr verib.
Karl Yaspers (1883-1969) - alman filosofu, psixoloqu və psixiatrı, ekzistensializmin əsas nümayəndələrindən biridir. Psixogen xəstəliklərin diaqnostikası üçün meyarları işləyib hazırlayıb, şüur pozuntularının təsnifatını verib.
© Photo : Public DomenKarl Yaspers
Karl Yaspers
© Photo : Public Domen
Yevgeni Krılatov (1934-2019) - Sovet və Rusiya bəstəkarı, Rusiyanın Xalq artistidir. O, 160-dan çox film və cizgi filminin musiqi müəllifidir.
© Sputnik / Сергей МальгавкоYevgeni Krılatov
Yevgeni Krılatov
© Sputnik / Сергей Мальгавко
Oleq Yankovski (1944-2009) - Sovet və Rusiya teatr, kino aktyoru, kinorejissoru və SSRİ xalq artistidir. O, "Qalxan və qılınc", "İki yoldaş xidmət edirdi", "Eyni Münxauzen", "Yuxuda və reallıqda uçuşlar", "Nostalji", "Adi bir möcüzə" filmlərindəki rolları ilə tanınıb.
Oleq Yankovski
© Sputnik / Vladimir Vyatkin
/ Fevralın 23-də dünyada baş verən tarixi hadisələr
1874-cü ildə Böyük Britaniyada mayor Uolter Vinqfild açıq havada oynanılan tennis oyunu üçün patent alıb.
1893-cü ildə alman mühəndisi Rudolf Dizel dizel mühərriki üçün patent alıb.
Mühərrik
© Sputnik / Vitaliy Ankov
/ 1941-ci ildə ABŞ-da Qlenn Siborqun rəhbərliyi ilə Kaliforniya Universitetinin bir qrup alimi ilk dəfə olaraq plutonium radioaktiv elementini əldə edib.
2010-cu ildə BMT Baş Assambleyasının qətnaməsinə əsasən, martın 21-i Beynəlxalq Novruz Günü elan edilib.
© Sputnik / Murad OrujovNovruz
Novruz
© Sputnik / Murad Orujov
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.