https://sputnik.az/20240223/taksilere-tetbiq-edilecek-cerimeler-qiymetleri-artiracaq-462806365.html
Taksilərə tətbiq ediləcək cərimələr qiymətləri artıracaq?
Taksilərə tətbiq ediləcək cərimələr qiymətləri artıracaq?
Sputnik Azərbaycan
Ekspert hesab edir ki, taksi sürücüsü öz məsuliyyətsizliyinə görə olunduğu cəriməni sərnişinin cibindən çıxartmamalıdır. 23.02.2024, Sputnik Azərbaycan
2024-02-23T09:01+0400
2024-02-23T09:01+0400
2024-02-23T09:01+0400
taksi
cəmiyyət
minik avtomobilləri
cərimə
elməddin muradlı
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/12/461391469_0:160:3072:1888_1920x0_80_0_0_fb0e5445aaf7b38ad98ffb03e7a027d9.jpg
BAKI, 23 fevral — Sputnik. Buraxılış kartı olmadan minik avtomobilləri ilə sərnişin daşınmasına tətbiq ediləcək cərimələr taksidə qiymət artımına səbəb ola bilməz. Çünki, proqramda göstərilən qiymətdən artıq ödəniş tələb edən sürücüyə 50 manat cərimə cəzası var. Bunu Sputnik Azərbaycan-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib. Ekspert deyib ki, taksi sürücüləri cərimələnməmək üçün qanuna əməl etməlidirlər.Xatırladaq ki, indiyədək taksi sürücülərinin çoxu qeyri-qanuni fəaliyyət göstərirdi. Artıq bundan sonra buraxılış kartı olmadan minik avtomobilləri ilə sərnişinlərə taksi xidməti göstərənlər cərimələnəcək. Elməddin Muradlı bildirib ki, taksi sürücüsü öz məsuliyyətsizliyinə görə olunduğu cəriməni sərnişinin cibindən çıxartmamalıdır: "Qayda pozmayan sürücüyə heç kəs cərimə yaza bilməz. Qanun tələb edir ki, taksi sürücü buraxılış kartı almalıdır. Artıq buna ciddi nəzarət tətbiq ediləcək. Qeyri-müntəzəm sərnişin daşınması ilə məşğul olan şəxslər, eləcə də taksi sürücüləri bunu nəzərə alaraq qaydalara əməl etməlidirlər". Qeyd edək ki, Daxili İşlər Nazirliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə yeni səlahiyyətlər verilib. Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla "İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nda edilən dəyişiklikdə əksini tapıb. Beləliklə, aşağıda nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə həmin işlər üzrə inzibati icraata başlamış Daxili İşlər Nazirliyi və ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi baxacaq: - Buraxılış kartı olmadan taksi minik avtomobilləri ilə sərnişin daşınması (əlli manat məbləğində cərimə edilir) - Bu xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi (səksən manat məbləğində cərimə edilir) - Buraxılış kartı olmadan yük və qeyri-müntəzəm sərnişin daşınması (əlli manat məbləğində cərimə edilir); - Bu xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi (yüz manat məbləğində cərimə edilir) - Xarici dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində ölkədaxili sərnişin və yük daşımalarının yerinə yetirilməsi (Xarici dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində ölkədaxili sərnişin və yük daşımalarının yerinə yetirilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir. Nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə min manat məbləğində cərimə edilir).
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/12/461391469_171:0:2902:2048_1920x0_80_0_0_ebd75bdcb000e760ff01b8239ed4ca39.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
taksi, minik avtomobilləri, cərimə, elməddin muradlı
taksi, minik avtomobilləri, cərimə, elməddin muradlı
Taksilərə tətbiq ediləcək cərimələr qiymətləri artıracaq?
Ekspert hesab edir ki, taksi sürücüsü öz məsuliyyətsizliyinə görə olunduğu cəriməni sərnişinin cibindən çıxartmamalıdır.
BAKI, 23 fevral — Sputnik. Buraxılış kartı olmadan minik avtomobilləri ilə sərnişin daşınmasına tətbiq ediləcək cərimələr taksidə qiymət artımına səbəb ola bilməz. Çünki, proqramda göstərilən qiymətdən artıq ödəniş tələb edən sürücüyə 50 manat cərimə cəzası var.
Bunu Sputnik Azərbaycan-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib. Ekspert deyib ki, taksi sürücüləri cərimələnməmək üçün qanuna əməl etməlidirlər.
Xatırladaq ki, indiyədək taksi sürücülərinin çoxu qeyri-qanuni fəaliyyət göstərirdi. Artıq bundan sonra buraxılış kartı olmadan minik avtomobilləri ilə sərnişinlərə taksi xidməti göstərənlər cərimələnəcək.
Elməddin Muradlı bildirib ki, taksi sürücüsü öz məsuliyyətsizliyinə görə olunduğu cəriməni sərnişinin cibindən çıxartmamalıdır:
"Qayda pozmayan sürücüyə heç kəs cərimə yaza bilməz. Qanun tələb edir ki, taksi sürücü buraxılış kartı almalıdır. Artıq buna ciddi nəzarət tətbiq ediləcək. Qeyri-müntəzəm sərnişin daşınması ilə məşğul olan şəxslər, eləcə də taksi sürücüləri bunu nəzərə alaraq qaydalara əməl etməlidirlər".
Qeyd edək ki, Daxili İşlər Nazirliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə yeni səlahiyyətlər verilib.
Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla "İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nda edilən dəyişiklikdə əksini tapıb.
Beləliklə, aşağıda nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə həmin işlər üzrə inzibati icraata başlamış Daxili İşlər Nazirliyi və ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi baxacaq:
- Buraxılış kartı olmadan taksi minik avtomobilləri ilə sərnişin daşınması (əlli manat məbləğində cərimə edilir)
- Bu xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi (səksən manat məbləğində cərimə edilir)
- Buraxılış kartı olmadan yük və qeyri-müntəzəm sərnişin daşınması (əlli manat məbləğində cərimə edilir);
- Bu xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi (yüz manat məbləğində cərimə edilir)
- Xarici dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində ölkədaxili sərnişin və yük daşımalarının yerinə yetirilməsi (Xarici dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində ölkədaxili sərnişin və yük daşımalarının yerinə yetirilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir. Nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə min manat məbləğində cərimə edilir).